Anar Ağakişiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anar Ağakişiyev
Anar Ağakişiyev Samir oğlu
Doğum tarixi (40 yaş)
Doğum yeri Gürcüstan
Vətəndaşlığı Gürcüstan Gürcüstan
Atası Samir
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Stilist, Qrimçi
Mükafatları Azərbayca Moda Assosasiyası "İlin stilisti"
anaragakishiev.com

Anar Ağakişiyev (21 iyul 1984, Tbilisi) — Azərbaycan stilisti, qrimçi.

Stilist Anar 21 iyul 1984-cü ildə Gürcüstannın Tiflis şəhərində anadan olub. Uşaqlıqdan rəsm dərnəyində rəssamlığın sirrlərini öyrənməyə başlayıb. 1999-cu ildən saç ustası kimi fəaliyyətə başlayıb. Bu illər ərzində make-up sənətinə də yiyələnib. 2001-ci ildə hər iki sahə üzrə Moskvada xüsusi dərslər alıb. [1]Almaniya, İspaniyaİtaliyada təkminləşdirmə kursları və seminarlarda iştirak edib.

2010-cu ildə Validə Abbasova ilə birlikdə “Best model of Azerbaijan” modellik yarışmasına rəhbərlik etmişdir. [2]

Azərbaycanın Ruhi, Aygün Kazımova, Röya Ayxan, Nigar Camal və bir çox mügənnilərin imici üzərində çalışıb. Stilist Gürcüstanı 2011-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil edən Safo Nijaradze ilə də işləyib. 2012-ci ildə isə Anar Bakıda keçirilən Eurovision Mahnı Müsabiqəsinin core time grupunda müsabiqə iştirakçiları ilə çalışıb. 2012-ci ildə "Qrand Müstəqil Milli-İctimai Mükafatı-2011"in mükafatlandırılma mərasimində "İlin stilisti" mükafatı qazanmışdır. [3]

2013-cü ildə ATV-də yayımlanan "Özünə Bax" dəb verlişinin münsifi olub.[4]

Anar Ağakişiyev 2012-2013-cü illərdə “Kanal S”də “Dəbin hökmü” verilişinin layihə rəhbəri və aparıcısı olmuşdur. [5]

2018-ci ildə instaqram sosial şəbəkə platformasında makiyajla qadınları dəyişdirməsi ilə bağlı paylaşımları bütün dünya saytlarının diqqət mərkəzində olub. Nüfuzlu "Daily Mail"[6], "The Sun"[7] kimi saytlar bu haqda xəbərlər dərc ediblər.

Anar Ağakişiyev 2008-ci ildə[8], 2018-ci ildə “Best model of Azerbaijan” modellik yarışmasının münsifi olmuşdur.[9]

2020-ci ildə “Best model of Turkey” modellik yarışmasının münsifi olmuşdur.[10]

2021-ci ildə Xəzər TV-də yayılmanan "Dəyişən Cavab" verlişinin aparıcısı olub. Verlişin ilk qonağı Flora Kərimova olub. [11] 2024-cü ildə verlişin 2-ci mövsümü yayımlanmağa başlayıb. Bu dəfə isə verilişin ilk qonağı Nisə Qasımova olub. [12] 2024-cü ildən “Kanal S” televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsində də çalışır. [13]

Nikol Şerzinger, İrina Şayk, Alsu kimi ulduzların stilisti olmuşdur.

  • 2012 – "Grand 2011" — "İlin stilisti"
  • 2011 – "Şərəf" Media Mükafatı
  • "Ustad sənətkar" diplomu
  • "Mətbuatın dostu" mükafatı
  • "Persona" — "İlin stilisti"
  • "Qizil əllər" fəxri fərmanı
  • 2010 — "Persona" — "İlin stilisti"
  • AzərKİVİHİ "Azərbaycan bayrağı" mükafatı
  • 2008 – Womanpress "Uğur zirvəsi" mükafatı
  • "Persona" — "İlin zövqlü personası"
  • 2007 – "Persona" — "İlin stilisti"
  • 2006 – "Grand" – "İlin stilisti"
  • "Grand" – "İlin imicmeykeri"
  • 2004 — "Wella" peşəkar diplom
  • 2003 – "Schwarzkopf" peşəkar diplom
  • 2002 – Azərbayca Moda Assosasiyası Vizajistlərin I rəsmi çempionatı – I yer
  • Azərbayca Moda Assosasiyası "İlin stilisti" diplomu
  1. "Arxivlənmiş surət". 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.04.2018.
  2. "Arxivlənmiş surət". Archived from the original on 2023-12-02. İstifadə tarixi: 01.12.2010.
  3. "Arxivlənmiş surət". 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012.
  4. "Arxivlənmiş surət". 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.01.2013.
  5. "Arxivlənmiş surət". 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.02.2024.
  6. "Arxivlənmiş surət". Archived from the original on 2024-04-15. İstifadə tarixi: 04.01.2018.
  7. "Arxivlənmiş surət". Archived from the original on 2021-03-14. İstifadə tarixi: 04.01.2018.
  8. "Arxivlənmiş surət". 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008.
  9. "Arxivlənmiş surət". 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.09.2018.
  10. "Arxivlənmiş surət". 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020.
  11. "Arxivlənmiş surət". 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24-03-2021.
  12. "Arxivlənmiş surət". 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.01.2024.
  13. "Arxivlənmiş surət". 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.02.2024.