Andranik Ozanyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Andranik Ozanyan
erm. Անդրանիկ Թորոսի Օզանյան
Doğum tarixi
Doğum yeri Sivas,  Osmanlı imperiyası
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Kaliforniya, ABŞ
Dəfn yeri
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, fədai
Fəaliyyət illəri 1888-ci ildən
Partiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andranik Ozanyan (erm. Անդրանիկ Թորոսի Օզանյան; 25 fevral 1865[1][2]31 avqust 1927[1][2], Fresno, Kaliforniya[1][2]) — Ermənistanın milli qəhrəmanı. 1918-ci ildə əsasən QarabağZəngəzurda azərbaycanlıların[3] yaşadıqları kəndlərin dağıdılmasında və əhalisinin qırğınında Andranikin başçılıq etdiyi dəstə böyük rol oynamışdır.[3][4][5][6][7][8][9]

Osmanlı imperiyasında anadan olub. Bir müddət "Hnçak" partiyasının, sonra isə "Daşnaksütunun" üzvü olub. 1880-ci illərdə Andranik Osmanlı dövlətinə xəyanət etdiyi üçün cəza kimi onun qulağını kəsirlər, bundan sonra ona xalq arasında "birqulaqlı Andranik" deyirlər. Andranik Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. 1890-cı illərdə Türk ordusuna qarşı döyüşlərdə iştirak edir. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andranik Türkiyədən qaçır. Bir müddət Qafqazda olur, sonra isə Avropaya yollanır. 1907-ci ildə Bolqarıstanda, Daşnaksütunun IV qurultayında iştirak edir.

Balkan müharibəsi

[redaktə | mənbəni redaktə et]

1912-ci ildə müharibə başlayanda, Qareqin Njde ilə birlikdə ermənilərdən ibarət könüllü dəstə yaradır. Burada erməni silahlı dəstələri yerli türk əhalisinə qarşı kütləvi qırğınlar törətməklə məşğul idi. Bu döyüşlərdə iştrakına görə Andranik Ozanyan Bolqarıstanın ali dövlət təltifi olan, "İgidliyə qörə qızıl xaç" ordeni ilə təltif olunur. Bundan əlavə onu digər mükafatlarla da təltif edirlər, həmçinin Andranik Bolqarıstan vətəndaşlığına qəbul olunur.[mənbə göstərin]

Birinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

1914-cü ilin avqustunda Andranik Rusiyanın Qafqaz ordusunun komandanı general Aleksandr Malışayevski ilə görüşür və rus ordusuna öz xidmətlərini təklif edir. Rus ordusu Andranikə erməni hərbi dəstələrini formalaşdırmağı tapşırır. Türk ordusuna qarşı hərbi əməliyyatlarda iştrakına görə rus və fransız ordusunun komandanlığı tərəfindən bir sıra orden və medallarla təltif edilir.

1916-cı ildə çar ordusunun komandanlığı ilə yaranan problemlərə görə cəbhəni tərk edir. Andranikin Türkiyənin şərqində olduğu bütün müddət ərzində, onun başçılıq etdiyi silahlı erməni dəstələri buradakı türkkürd əhalisinin kütləvi qətlləri ilə məşğul olurdular.

1917-ci ildən sonra

[redaktə | mənbəni redaktə et]

1917-ci il fevral inqilabından sonra Qafqazdakı rus ordusu tədricən dağılmağa başlayır. Yaranmış vəziyyətdən istifadə edən ermənilər, öz silahlı dəstələrini gücləndirir, çar ordusundan qalmış silah və sursatı mənimsəyirdilər. Bu zaman başsız qalmış Rusiyanın Qafqaz ordusunun komandanlığı Andranikə general-mayor rütbəsi verir, lakin qeyd etmək lazımdır ki, yaranmış vəziyyətdə komandanlığın verdiyi rütbələr daha çox rəmzi əhəmiyyət kəsb edirdi. Andranik 1918-ci ildə Ermənistanla Türkiyə arasında imzalanmış müqaviləni tanımaqdan imtina edir. Bu dəfə Andranik bolşeviklərlə əməkdaşlıq etməyə başlayır, o, 1918-ci ilin iyulunda Stepan Şaumyana teleqram qöndərir, teleqramda Andranik bildirir ki, "Naxçıvan qəzası özünü Sovet Rusiyasının bir hissəsi sayır, və o özü dəstəsi ilə birlikdə bolşeviklərin tabeliyinə keçməyə hazırdır". Lakin iyulun 19-u türk ordusu NaxçıvanıCulfanı tutur, Andranik Zəngəzura qaçır. Zəngəzurda Andranikin rəhbərlik etdiyi silahlı dəstələr Azərbaycan kəndlərini dağıtmaqla məşğul idilər. Bu kəndlərin əhalisi kütləvi şəkildə öldürülür, diri-diri yandırılır, qılıncdan keçirilirdi. Andranikin quldurlarının vəhşiliyi barədə erməni tarixçisi A. Lalayan bunları yazır:

"Andranikin başçılıq etdiyi daşnak dəstələri, türk kəndlilərinin uşaqların, qadınların və qocaların qətli zamanı "böyük şücaət" göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində, sağ adamlar qalmırdı, onlar insan qalıqları ilə dolu, xarabalığa çevrilirdi"

.

Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirir, meyitlərini isə Araz çayına atır. 1918-ci ilin sonlarında Andranikin dəstələri Qarabağda bir çox azərbaycan kəndlərinə hücum edərək kütləvi qətllər törədir, kəndləri talan edir. Rəsmi məlumatlara görə bu dövrdə 115[7] azərbaycan kəndi dağıdılmış, 10 mindən artıq[7] əhalisi qətlə yetirilmiş, əmlakları talan edilmişdir.[10]

1919-cu ilin aprelində Andranik Eçmiadzinə gəlir, burada o dəstəsinin böyük hissəsini sərbəst buraxır, bir hissəsini isə özü ilə mühacirətə aparır. Birinci Dünya Müharibəsindən sonra Türkiyə hökuməti Andranikin hərbi cinayətkar kimi beynəlxalq axtarışını elan edir. Andranik muhacirətdə Fransada, sonra isə ABŞ-də yaşayır. ABŞ-də Kaliforniya ştatının Fresno şəhərində vəfat edir.

28 may 2011-ci ildə Rusiyanın Soçi şəhərinin yaxınlığındakı Volkonka qəsəbəsində Andranik Ozonyananın abidəsi açılmalı idi. Tədbirdə Krasnodar diyarından 5–6 minə qədər erməninin gələcəyi gözlənilirdi. Ancaq yerli hakimiyyət orqanları tədbirə etiraz etdilər. Bildirildi ki, ermənilər abidəni sökməlidirlər, yoxsa yerli hakimiyyət onu dağıtmalı olacaqdır.[11]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 3 4 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1.
  3. 1 2 Mark Levene. Devastation: Volume I: The European Rimlands 1912–1938. Oxford University Press, 2013. S. 217.

    In Van and Bitlis provinces on the one hand, and in the cross-border Kars region on the other, Armenian units—notably those led by Andranik in the latter case—went on a veritable killing spree 'emptying one Tatar (Azeri) village after another'.

  4. The Modern Review, Volume 36, 1924.

    As soon as the troops of the Azerbaidjan government had departed, the bands of Andranik began again to pillage and massacre the population… Acts of savagery and revolutional atrocities were committed by Armenian insurgents of Turkey commanded by Andeanik who continued to destroy the Musulman villages of Karabakh.

  5. Donald Bloxham. The Great Game of Genocide: Imperialism, Nationalism, and the Destruction of the Ottoman Armenians (Oxford University Press, 2005)

    From mid-1918, Andranik was prominent in the destruction of Muslim settlements during the purging of the Armenian-Azeri border region of Zangezur.

  6. Аслан Халилов. Геноцид против мусульманского населения Закавказья в 1917–1920 гг. в исторических источниках. Arxivləşdirilib 2010-07-29 at the Wayback Machine
  7. 1 2 3 Haluk Selvi. Armenian question: from the first world war to the treaty of Lausanne. Sakarya University, 2007. S. 129.

    As well as assisting the policies of Great Powers in the region, Andranik was in search of making his ideals come true. Upon his arrival, the massacres in the region hastened and 10.068 people were killed and 115 villages destroyed.

  8. Mehmet Saray. The Principles of Turkish Administration and Their Impact on the Lives of Non-Muslim Peoples: The Armenians as a Case Study. Atatürk Research Center, 2003. S. 32.

    As a result of this British protection the Armenian terror organizations, under the command of Andranik, massacred thousands of Muslim Turks.

  9. Лалаян А., Журнал Революционный Восток, 1936, № 2–3. S. 36–37.

    Дашнакские отряды, возглавляемые Андраником, Амазаспом и другими, проявили максимум "отваги" в деле уничтожения тюркских женщин и детей, стариков и подростков. Села, захваченные дашнакскими отрядами, были ими "освобождены" от живых людей и превращены в переполненные обезображенными трупами руины.

  10. http://www.sherg.az/2012/07/05/get=51297[ölü keçid]
  11. "Arxivlənmiş surət". 2013-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-28.