Animafilm Beynəlxalq Animasiya Festivalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
ANİMAFİLM
Başlayıb2018
Ən son6-10 sentyabr 2023
III ANİMAFİLM-in posteri. Müəllif: Nəzrin Ağamalıyeva

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı (ANIMAFILM International Animation Festival) —2018-ci ildə yaradılmış Azərbaycanın ilk beynəlxalq animasiya festivalı.[1]

Festival ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini nümayiş etdirilir. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.[2]

ANİMAFİLM festivalının təsisçisi və təşkilatçısı “PERİ FİLM” MMC-dir. Festivalın direktoru rejissor və prodüser Rəşid Ağamalıyevdir.[3]

Festivalın keçmiş və hazırkı tərəfdaşları: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, "YARAT" Müasir İncəsənət Məkanı, "Nizami" Kino Mərkəzi, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, "Çinar Yayımları" nəşriyyatı, "Buta Film" studiyası, "Müasir İncəsənət Mərkəzi" qalereyası, Birləşmiş Rəssamlar Klubu.

I ANİMAFİLM (2018)

[redaktə | mənbəni redaktə et]
I ANİMAFİLM (2018)

I ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 19–21 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində YARAT Müasir İncəsənət Məkanı, Buta Film, "Müasir İncəsənət Mərkəzi" qalereyası, Birləşmiş Rəssamlar Klubu (BRK), Nizami Kino Mərkəzinin dəstəyi ilə keçirilib.

Festivalın mövzusu Azərbaycan animasiyası idi. Festivalda müsabiqədənkənar proqramda Azərbaycan filmlərinə iki baxış təşkil olunub, festivalın plakatı isə Azərbaycan rəssamı Vüqar Muradova məxsusdur.

Festivalı çərçivəsində "ReAnimasiya" adlı sərgi təşkil olundu[5], “Azərbaycan animasiyası” kitabının təqdimatı keçirlidi, Azərbaycan, Gürcüstan və Rusiyanın retrospektiv filmləri nümayiş etdirildi, uşaqlar üçün animasiya ustad dərsləri və kukla tamaşası göstərildi.

Belə ki, iki beynəlxalq və bir yerli müsabiqəyə dünyanın 63 ölkəsindən 480 film, 15 ssenari təqdim edildi. Əvvəlcədən 3 nəfərdən ibarət seçim komissiyası tərəfindən müsabiqə proqramı üçün 20 film və 5 ssenari seçildi. Nominasiyalara uyğun yaradılmış 2 müsabiqə komissiyası həm ssenariləri, həm də hazır animasiya məhsullarını dəyərləndirdilər.

I ANİMAFİLM-in posteri. Müəllif: Vüqar Muradov

— Ən yaxşı qısametrajlı animasiya filmi — "Late Afternoon" ("Günortadan sonra"). Rejissor: Louise Bagnall (İrlandiya)

— Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi — "Continuity" ("Aramsızlıq"). Rejissor Samir Salahov (Azərbaycan)

— Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari — "The Nakhkesh" ("Süzülən insan"). Müəllif: Zeynəb Qurbani Fəryad (İran)

— "Azərbaycan animasiyasına verdiyi töhfəyə görə" xüsusi "Qızıl qayıq" heykəlcik-mükafatı — Məsud Pənahi (Azərbaycan)

Beynəlxalq Münsiflər Heyəti[7]

[redaktə | mənbəni redaktə et]
Animasiya filmləri üzrə Münsiflər Heyəti:
[redaktə | mənbəni redaktə et]

Elçin Hami Axundov (Azərbaycan)

— Cahangir Süleymanov (Rusiya)

— Ketevan Janelidze (Gürcüstan)

— Məhəmməd Qazala (Misir)

— Andrey Xovanets (Slovakiya)

Ssenarilər üzrə Münsiflər Heyəti:
[redaktə | mənbəni redaktə et]

— Yefim Abramov (İsrail)

Sevinc Əzimova (Azərbaycan)

— Leyla Novruzi (İran)

Aygün Aslanova (Azərbaycan)

— Kəmalə Rövşən (Azərbaycan)

II ANİMAFİLM (2019)

[redaktə | mənbəni redaktə et]
II ANİMAFİLM-in posteri (2019). Müəllif: Filip Poşivaç

II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 18–20 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çexiya Respublikasının və Fransanın Azərbaycandakı səfirliklərinin, "Çinar Yayımları" nəşriyyatı, Azərbaycandakı Fransız İnstitutu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.

Festivalın müsabiqə proqramına 50 ölkədən 268-dən çox müraciət daxil olmuşdu. Seçim komissiyası onların arasından 24 ölkədən 54 film və ssenari seçib.[9]

İkinci ANİMAFİLM-in mövzusu Çex animasiyası idi. Festivalda müsabiqədənkənar proqramda Çexiya filmlərinə baxış təşkil olunub, festivalın plakatını da çexiyalı animator Filip Poşivaç hazırlayıb.

Festivalın ilk günü Azərbaycanın animasiyasının 50 illiyinə həsr olunmuş konfrans keçirilib, uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri nümayiş etdirilib.

II ANİMAFİLM festivalında ilk dəfə Uşaq münsiflər heyəti yaradılmışdır. Bu heyətə uşaqlar açıq onlayn müsabiqə əsasında seçildi. Uşaq münsiflər heyətinə üzvlər seçimini və təlimini Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirdi.

Növbəti iki gündə əvvəlki ildəki kimi müxtəlif yaş qrupları üzrə uşaqlar üçün animasiya vorkşopları təşkil olunub. Vorkşopları fransız və yunanıstan animatorları aparıb. Festivalın gedişində münsiflərin proqramlarının, yunan və çexiya animasiyalarının təqdimatları, müsabiqə proqramları və s. tədbirlərin keçirilib.

Festivalın sonunda iştirakçılar ölkə prezidenti İlham Əliyevin adına milli animasiyanın acınacaqlı durumu, onun diqqət və qayğıya ehtiyacı olduğu barədə açıq məktub imzaladılar.

II ANİMAFİLM (2019)

— Ən yaxşı qısametrajlı animasiya filmi — "Qız" (Daughter). Rejissor: Daria Kashcheeva (Çexiya)

— Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi — "Papito". Rejissorlar: Sarika Persaud, Kenneth Rosen (ABŞ)

— Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari — "Nəfəs" (Blowing). Müəlliflər: Məhəmməd Zare, Rəna Vəzi (İran)

— Tamaşaçı rəğbət mükafatı — "Anam ağaca çıxıb" (1986). Rejissor Firəngiz Qurbanova (Azərbaycan)

— "Azərbaycan animasiyasına verdiyi töhfəyə görə" xüsusi "Qızıl qayıq" heykəlcik-mükafatı — Elçin Hami Axundov, Firəngiz Qurbanova (Azərbaycan)

Beynəlxalq Münsiflər Heyəti[10]

[redaktə | mənbəni redaktə et]
Animasiya filmləri üzrə Münsiflər Heyəti:
[redaktə | mənbəni redaktə et]

Məsud Pənahi (Almaniya)

— Cahangir Süleymanov (Rusiya)

— Samir Salahov (Azərbaycan)

— Miroslava Yaniçatova (Çexiya)

Afət İlhamqızı (Azərbaycan)

Ssenarilər üzrə beynəlxalq münsiflər heyəti üzvləri:
[redaktə | mənbəni redaktə et]

Ramiz Fətəliyev (Azərbaycan)

— Zeynəb Qurbani Fəryad (İran)

İntiqam Qasımzadə (Azərbaycan)

Gülşən Tofiqqızı (Azərbaycan)

Uşaq münsiflər heyəti üzvləri:
[redaktə | mənbəni redaktə et]

— Aydan Kərimli (Azərbaycan)

— Beril Karaoğlu (Türkiyə)

— Fatimə Allahverdiyeva (Azərbaycan)

— Nilufər Əzimzadə (Azərbaycan)

— Zərif Qasımova (Azərbaycan)

III ANIMAFILM (2020)

[redaktə | mənbəni redaktə et]

III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 14–18 oktyabr 2020-ci il tarixlərində Azərbaycanın Bakı və Şəki şəhərlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çexiya Respublikasının və Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu və digər tərəfdaş və sponsorların dəstəyi ilə keçiriləcək.[12]

Festivalın mövzusu Fransız animasiyası olacaq. Festivalın plakatını Azərbaycan rəssamı Nəzrin Ağamalıyeva hazırladı.

Təşkilatçılar builki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun şərtlərini elan edib. Belə ki, "Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi" və "Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi" müsabiqəsinin qaliblərini 5–10 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.[12][13][14][15]

  1. Azerbaijan represented for the first time at Annecy International Animation Film Festival
  2. "В Баку состоялось торжественное открытие Международного фестиваля ANİMAFİLM". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  3. "Arxivlənmiş surət". 2020-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  4. "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  5. "Arxivlənmiş surət". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  6. "Arxivlənmiş surət". 2020-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  7. "Arxivlənmiş surət". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  8. 1 2 "Arxivlənmiş surət". 2020-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  9. "Arxivlənmiş surət". 2020-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  10. "Arxivlənmiş surət". 2020-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  11. "Arxivlənmiş surət". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  12. 1 2 "Arxivlənmiş surət". 2020-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  13. "Arxivlənmiş surət". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  14. "Arxivlənmiş surət". 2021-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  15. "Arxivlənmiş surət". 2020-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  • II ANİMAFİLM-in kataloqu.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]