Anqara
Anqara | |
---|---|
Ангара | |
Ölkə | |
Regionlar | |
Mənbəyi | Baykal |
Mənsəbi | Yenisey vadisi |
Uzunluğu |
|
Su sərfi | 4.518 m³/s |
Hövzəsinin sahəsi | 1.039.000 km² |
|
|
DSR[rus.] | 16010100112116200000012 |
Vikianbarda əlaqəli mediafayllar |
Anqara — RF-nin İrkutsk vilayətində və Krasnoyarsk diyarında çay.
Adın etimologiyası
[redaktə | mənbəni redaktə et]Adı buryat dilində "oyuq", "yarğan", "dərə", habelə "açıq", "aralanmış" mənalarını verən "anqa" sözündən götürülmüşdür. Tarixi mənbələrdə ilk dəfə XIII əsrdə Ankara-Muren adı ilə xatırlanır.
Ümumi mməlumat
[redaktə | mənbəni redaktə et]Yeniseyin ən çoxsulu sağ qolu. Mənbəyini Baykal gölündən götürür. Orta Sibir yaylasının cənub hissəsindən keçərək Yeniseysk şərqindən yuxarıda Yenisey çayına tökülür. Uzunluğu 1779 km, hövzəsinin sahəsi - 1 040 min km², Baykal gölünün hövzəsini çıxmaqla 468 min km². İrkutsk, Bratsk və Ust-İlim SES-lərinin tikilməsi nəticəsində Anqaranın yuxarı axını su anbarına çevrilmişdir. Su anbarları arasındakı sahədə Anbarının dərəsi asimmetrik quruluşludur. Mənsəb hissəsində Yenisey təpəliyini kəsir və astana əmələ gətirir. Burada çay dərəsinin eni 3–5 km-dir (Motıgino qəsəbə yaxınlığında 10 km-ə çatır). Anqara çayı hövzəsində ümumi uzunluq təqribən 220 min km-ə bərabər 51 minə yaxın çay var; 93%-nin uzunluğu 10 km-dən azdır. Əsas qolları: soldan – İrkut, Kitoy, Belaya, Oka, İya, Kova, Mura, Taseyeva, sağdan – İlim, Çadobes, İrkineyeva. Anqara göl suyundan başqa qar və yağış suları ilə də qidalanır. Su rejimi Baykal gölü və su anbarları (İrkutsk, Bratsk, Ust-İlim) vasitəsilə tənzimlənir. İllik su axımı həcminin (140 km3) 43%-i Baykal gölünün payına düşür. Ortaillik su sərfi yuxarı axımında (Nikola kəndi yaxınlığında) 1730 m³/san, aşağıda (Tatarka kəndi yaxınlığında) 4400 m³/san-dir. Aşağı axınında oktyabrın sonu – noyabrın əvvəllərində, Bratsk və Ust-İlim su anbarlarında isə noyabr–dekabr aylarında donur. Mayın 1-ci yarısında donu açılır. Anqara çayı hövzəsində ümumi sahəsi 37,4 km2 olan 6 minə yaxın göl var. Anqara mənbəyindən mənsəbinə qədər gəmiçiliyə yararlıdır (SES bəndlərində ara verməklə). Anqara üzərində yeni Boquçan SES-i tikilir. İrkutsk, Anqarsk, UsolyeSibirskoe, Bratsk, Ust-İlimsk şəhərləri Anqara sahilindədir. Balıqla (çökə, nərə, xarius, nalim, alabalıq və s.) zəngindir.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 507 – 508. ISBN 978-9952-441-02-4.