37°58′20″ şm. e. 23°43′25″ ş. u.HGYO

Areopaq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Afina Akropolundan Areopaqın görünüşü

Areopaq (q.yun. Ἄρειος πάγος, hərfi — Aresin təpəsi) — Qədim Afinada hakimiyyət orqanı. Adını iclasların keçirildiyi Afina Akropolu yaxınlığında yerləşən Ares təpəsindən alır. Əfsanəyə görə bu təpədə Poseydonun oğlunun qanını axıtmış tanrı Aresin məhkəməsi keçirilmişdir[1]. Esxil bu təpənin adının Afina mühasirəsi zamanı orada məskən salmış amazonkaların şərəfinə adlandırıldığını irəli sürmüşdür.

Qəbilə-tayfa quruluşu zamanı ağsaqqallar şurası kimi fəaliyyətə başlamışdır. Tərkibi keçmiş arxontların sırasından areopaq tərəfindən seçilmiş ömürlük üzvlərdən ibarət idi. Geniş siyasi, məhkəmə və dini hakimiyyətə malik idi. 9 arxontdan ibarət idi. Əvvəlcə aristokratiyanın sonra isə oliqarxiyanın dayağı idi. Areopaqın əsas funksiyaları qanunlara riayət olunmasına nəzarət etmək və qətllə bağlı cinayət işlərini araşdırmaq idi.

Areopaqın hakimiyyətinin məhdudlaşdırılmasına demokratiyanın inkişafı zamanı başlandı. Efialtın e. ə. 462-ci ildə həyata keçirdiyi islahat nəticəsində Areopaqın əsas siyasi hakimiyyəti və nüfuzu azaldıldı, lakin qanunlara riayət olunmasına nəzarət və bəzi deini və mülki cinayətlər üzrə məhkəmə funksiyası onların səlahiyyətində saxlandı. Qədim Afinanın süqutunadək Areopaq mühüm hakimiyyət və məhkəmə orqanı kimi nüfuzunu qorudu.

Esxilin Evmenidlər faciəsində Areopaqın yaradıcısı kimi Afina göstərilir.

Areopaqdan Afinanın görünüşü

  1. F. F. Zelinski. Attika nağılları. Petroqrad, 1921, s. 27