Aristoksen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aristoksen
Doğum tarixi təq. e.ə. 360
Vəfat tarixi təq. e.ə. 300
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarentli Aristoksen (q.yun. Ἀριστόξενος ὁ Ταραντῖνος; təq. e.ə. 360təq. e.ə. 300, Afina) — qədim yunan filosofu və musiqi nəzəriyyəçisi.

E.ə. 360-cı ildə anadan olmuşdur. Güman edilir ki, doğum yeri Tarentdir. O, atası Spintara və sonra Misirli Lampra ilə oxumuşdur. Onun atası və müəllimi, musiqiçi Spintar pifaqorçu Tarentli Arxitasa yaxın idi və Aristoksenin müəllimləri də pifaqorçu Ksenofil, ExekratFilolayEvritin digər tələbələri idi. Peloponnesdə (MantineyaKorinfdə) qaldıqdan sonra artıq qurulmuş bir adam olan Aristoksen Aristotel likeionuna (e.ə. 335-ci ildə yaradılmışdır) qoşulmuşdur. Aristotelin ölümündən sonra Aristoksen orada qalaraq musiqidən mühazirələr oxumuşdur.[1]

  1. Жмудь Л. Я. Аристоксен // Античная философия: Энциклопедический словарь. М.: Прогресс-Традиция. Российская акад. наук, Ин-т философии ; [редкол.: М. А. Солопова (отв. ред.) и др.] 2008. 155–156. ISBN 5-89826-309-0.