Art-rok

Vikipediya, azad ensiklopediya
(Art rok səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Art-rok
ing. Art Rock
İstiqamət Rok
Mənbəsi eksperimental rok  • avanqard musiqi • psixodelik rok  • folk-musiqi  • caz  • klassik musiqi
Yarandığı dövr 1960lar
Ölkə
Törəmə formalar krautrok • post-proqressiv • postpank
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Art-rok (ing. Art Rock) — 1960-cı illərdə Böyük Britaniyada yaranmış rok musiqi janrıdır. Art Rok roka avanqard yanaşmanı əks etdirən, modernist, eksperimental və qeyri-ənənəvi elementlərdən istifadə edən rok musiqisinin alt janrıdır. Bu janr rok musiqisini incəsənətlə əlaqələndirməyə çalışaraq musiqiyə daha eksperimental və konseptual baxış sərgiləyir. Klassik musiqi, avanqard musiqi, folk musiqi, psixodelik rok, caz kimi musiqi janrlarından təsirlənir.[1] Art-rok janrında musiqi rəqs etməkdən daha çox dinləmək və düşünmək niyəti ilə bəstələnir.[2] Janrın populyarlığı, əsasən, Britaniyalı sənətçilər vasitəsilə 1970-ci illərin əvvəllərində idi. Musiqi və bu musiqi ilə uyğunlaşmış tamaşalar öz teatral xarakteri və lirik mürəkkəbliyi ilə bədii təmayüllü gəncləri və incəsənət sevərləri cəlb edə bilirdi. Art rok 1966–1967-ci illərdə başlayan və 1970-ci illərin ortalarında pank rokun yaranması ilə bitən müəyyən rok musiqi dövrü ilə əlaqələndirilir. Daha sonralar isə art-rok 1970–90-cı illərdə populyar olan musiqi janrları ilə birləşərək təkamülünü və varlığını davam etdirir.

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Tənqidçi Con Rokvell deyirdi ki, art rok özünün açıq yaradıcılıq hissi, klassik musiqi iddiaları, eksperimental/avanqard meylləri ilə rokun ən eklektik növlərindən biridir. Art-rok art-popun təcəssüm etdirdiyi birdəfəlik estetikadan fərqli olaraq romantik və avtonom ənənələri vurğulayır. Larri Starr və Kristofer Uoterman ingilis rok qrupları King Crimson, Emerson, Lake & Palmer və Pink Floydu misal gətirərək art-roku "rok və Avropa klassik musiqisinin elementlərini birləşdirən rok musiqi forması" kimi adlandırır.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]