Aspendos
Aspendos | |
Aspendos | |
---|---|
Aspendos | |
| |
36°56′20″ şm. e. 31°10′20″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | Antalya |
Salınma tarixi | E.ə. X əsr |
Digər adı | Belkıs |
Müasir yeri | Serik, Antalya, Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Aspendos və ya Belkıs — Antalya ilinin Serik ilçəsində olan Belkıs kəndində yerləşən ampiteatrı (açıq teatr) ilə məşhur bir antik şəhərdir.
Aspendos Serik ilçəsinin 8 kilometr şərqində, Köprüçayının dağlıq bölgəsindən düzlüyə çatdığı yerdə e.ə. X əsrdə Akalar tərəfindən qurulmuş və antik dövrün xoş zəngin şəhərlərindən biridir. Buradakı teatr II əsrdə Romalılar tərəfindən inşa edilmişdir. Şəhər biri böyük, biri kiçik iki təpə üzərinə qurulmuşdur. Coğrafiyaçı Strabon və Pamponrus Mela, şəhərin Agruslularca qurulduğunu yazırlar. Bölgəyə e.ə. 1200-cü ildən sonra Yunan köçləri olmuşdur halbuki Aspendos adının mənbəyi Rumlardan əvvəlki yerli Anadolu dilidir. Əhəmiyyətli bir ticarət yolu üzərində olduğu və Köprüçay çayı ilə limana bağlandığı üçün Aspendos, hər dövrdə ələ keçirilməyə istənilən şəhərlər arasında yer almışdır.
Aspendosun ən əhəmiyyətli abidəsi teatrıdır. Antik teatrlar arasında ən yaxşı şəkildə qorunanaraq gəlmiş bir açıq hava teatrıdır. Bu teatr Anadoludakı Roma teatrlarının günümüzə səhnəsi ilə çata bilən ən köhnə və möhkəm bir nümunəsidir. Memarı Aspendoslu Theodorusun oğlu Zenondur. Antonius Piu zamanında inşasına başlanmış Marcus Aurelius zamanında tamamlanmışdır (138-164). Teatr, şəhərin yerli tanrıları ilə imperator ailəsinə təqdim edilmişdir. Hər il minlərlə yerli, xarici turist Aspendosu gəzməkdədir. Antik teatr ayrıca konsertlər, tədbirlər üçün istifadə edilməkdədir.
Bir də Aspendos Antik teatrının kiçik bir əhvalatı var. Aspendos kralının bir zamanlar hər kəsin evlənmək istədiyi çox gözəl bir qızı vardır. Kral qızını kimə verəcəyini bilmədiyi üçün xalqa, "Kim xalqımız, şəhərimiz üçün ən faydalı şeyi etsə qızımı ona verəcəyəm" deyə eşitdirər. Bunu bilən iki əkiz qardaş iki böyük tikili inşa edərlər. Biri şəhərə çox uzaqlardan, kompleks yolları bir çox çətinliyi keçərək, su gətirən su kəmərləri, o biri ortasında yerə metal pul atıldığında üst sıralarda belə səsinin eşidildiyi dünyanın akustik olaraq ən yaxşı teatrıdır. Kral su kəmərlərini gördükdən sonra qızını su kəmərlərini inşa edənə vermək istəyir. Bunun eşidən teatrın memarı Zenon krala bir oyun oynayır. Kral teatrın üst sıralarında gəzərkən bir pıçıltı duyur: "Kral qızını mənə verməlidi." Akustikaya heyran qalan kral qızını böyük bir qılıncla ikiyə ayırır və qardaşlara verir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Aspendos Ampiteatrının peykdən görünüşü Google Maps