Avropa adadovşanı
Avropa adadovşanı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Klad: Dəstə: Fəsilə: ???: Avropa adadovşanı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Avropa adadovşanı (lat. Oryctolagus cuniculus) Dovşanlar fəsiləsinə (lat. Leporidae) aid cins. Dünya faunasında 1 cins və 43 növü vardır. Azərbaycanda bir cins vardır. Avropa adadovşanı Azərbaycan ərazisinə introduksiya edilmişdir.[3]
Yayılması
[redaktə | mənbəni redaktə et]Əvvəllər Avropa adadovşanının arealı məhdud olub, İberiya yarımadasını, həmçinin Fransanın cənubundakı və Afrikanın şimal-qərbindəki izolyasiya olunmuş əraziləri əhatə edirdi. Məhz sonuncu böyük buz dövründən sonra adadovşanları yalnız bu ərazilərdə sağ qalmışlar, lakin insanın təsərrüfat fəaliyyəti nəticəsində adadovşanları Asiya və Antraktida istisna olmaqla, bütün qitələrdə yayılmışlar.[4]
Xarici görünüşü
[redaktə | mənbəni redaktə et]Bədən uzunluğu 31–45 sm-ə qədər, çəkisi isə 1,3–2,5 kq-a çatır. Qulaqların uzunluğu başın uzunluğundan qısa olub, 6–7,2 sm-ə çatır. Bədənin üst tərəfinin rəngi bəzən narıncı çalara malik qonurumtul-bozdur. Quyruğun ucu qara və ya bozdur. Adadovşanı gəmiricilər dəstəsinin bir nümayəndəsi olub, qazıcı yaşayış tərzi keçirir. Bütün məməlilərdə olduğu kimi, bədən baş, boyun və gövdə hissələrinə bölünür. Gövdə ətraflar üzərində nisbətən hündürdə dayanır və kiçik quyruğa malikdir. Baş qismən uzunsovdur. Gözlərdə üst, alt və qırpma pərdəsi adlanan göz qapaqları vardır. Gözün qırpma pərdəsi quşlardan və sürünənlərdən fərqli olaraq, gözün yalnız yarısını örtür. Kəllənin yan tərəflərində məməlilər üçün xarakter olan qulaq seyvanı vardır. Başın üz hissəsinin önündə üst və alt dodaqla əhatə olunmuş ağız yerləşir. Üz hissəsinin ön qurtaracağında bir cüt burun dəliyi və ondan arxaya doğru yanlarda bir cüt göz vardır. Üst dodaq üzərində seyrək, uzun və sərt olan bığ yerləşir. Bədən xaricdən uzun və yumşaq tüklə örtülü olur ki, bunların hamısı birlikdə sıx xəz əmələ gətirir. Arxa ətraflar ön ətraflara nisbətən yaxşı inki-şaf etmişdir. Ön ətrafda 5 barmaq, arxada isə 4 barmaq vardır. Barmaqlar caynaqlarla qurtarır.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Vəhşi dovşanlar adətən kolluq bitki örtüyünə və kobud relyefə malik ərazilərdə — yarğanlarda, dənizlərin və limalnların sıldırımlı sahillərində məskən salırlar. Nadir hallarda meşə zolaqlarında, bağlarda, parklarda və çox nadir hallarda əkin torpaqlarında rast gəlinirlər. Dağlarda dəniz səviyyəsindən 600 m-dək yüksəkliklərə qalxırlar. Qazımaq üçün əlverişli olan torpağın quruluşu adadovşanları üçün mühüm əhəmiyyətə malikdir. Onlar qumlu torpaqlarda yaşamağa üstünlük verir, sıx gilli və daşlı ərazilərdə məskunlaşmırlar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Azərbaycanın heyvanlar aləmi. III hissə, Onurğalılar, Elm nəşriyyatı, Bakı, 2014
- ↑ "Братец кролик - Охота - Охотники.ру". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.