Avunkulat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Avunkulat (lat. avunculus - dayı) — ana tərəfindən qardaşla (dayı ilə) bacıoğlu arasında hüquq və vəzifələri müəyyən edən adət. Müvafiq əlaqələr cəmiyyətdən asılı olaraq, rəsmi və ya qeyri-rəsmi ola bilər. Patriarxat dövründə bu adət uşaqların ana nəslindən olan qohumlarla əlaqələrini qoruyub saxlayırdı. Bir çox qədim və bəzi müasir xalqlara məlumdur. Avunkulat qədim almanlarda və yunanlarda, hazırda isə Afrika qitəsinin və Okeaniyanın müasir xalqlarında dayı ilə bacıoğlu arasında sıx qohumluq əlaqəsində, habelə dayının öz oğlu ilə müqayisədə bacıoğluna daha böyük qayğı ilə yanaşmasında ifadə olunur.

Avunkulat cəmiyyətlər

[redaktə | mənbəni redaktə et]

Avunkulat cəmiyyətlərdə evli cütlüklər, ənənəvi olaraq, kişinin anasının ən böyük qardaşı ilə birlikdə yaşayırlar. Buna daha çox ana xətti üzrə qohumluq əlaqələrinin hökm sürdüyü cəmiyyətlərdə təsadüf olunur. Belə yaşayış tərzi dünyada mövcud cəmiyyətlərin cəmi 4%-də aşkar olunub.[1]

Bu model o zaman mövcud olur ki, hər hansı bir kişi öz statusunu, işini və ya imtiyazlarını ana xətti üzrə ona ən yaxın olan kişi qohumundan əldə edir. Əgər bir qadının oğlu həmin qadının qardaşına yaxın qalırsa, o zaman ana xətti üzrə qohumluğun hökm sürdüyü cəmiyyətdə necə davranılmalı olduğunu daha asanlıqla öyrənə bilir.

Tarixən Qazaxıstanda avunkulat bacıoğlu, anasının qohumlarından üç dəfəyə qədər hər hansı bir şey götürə bilərdi. Keçmişdə qırğızlarda mövcud ənənəyə görə, bayramda bacıoğlu öz dayısının və ya ana xətti üzrə babasının ilxısından istənilən atı seçib götürə bilərdi.[2]

Cənub-qərbi ABŞ-da apaçilər qəbiləsində mövcud praktikaya görə, irs və əsl-nəcabətin yalnız ana xətti ilə davam etdirildiyi zamanlarda dayı uşaqlara sosial dəyərlər və tərbiyəni aşılamağa görə məsuliyyət daşıyırdı. Müasir dövr onların da həyat tərzinə təsir göstərsə də, bu ənənə tamamilə sıradan çıxmayıb.

Marian adalarında[3] Çamorro xalqı və Törks və Kaykos adalarından[4] Tainolar avunkulat həyat tərzi sürən xalqlara nümunədir.

Antropoloji tədqiqat

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərində avunkulatla əlaqədar aparılan tədqiqatlar avunkulatla ata və ya ana xətti üzrə qohumluğun hökm sürdüyü cəmiyyətlər arasındakı əlaqələri müəyyən etməyə əsaslanmışdır. 1922-ci ildə Frans Boas yaşayış yerlərinə əsaslanaraq avunkulatların müxtəlif təsnifatını aparmışdır.[5] Anri-Aleksandr Cyuno iddia edirdi ki, Tsonqalardakı avunkulat onu göstərir ki, cəmiyyətdə əvvəl ana xətti üzrə qohumluq hökm sürüb.[6] 1924-cü ildən etibarən Alfred Radklif-Braun Mozambikli Tsonqaları, Tonqa xalqını və Namibiyadakı Nama xalqını avunkulat cəmiyyətlər adlandırmışdır. O, həmçinin digər ailə münasibətlərini də bura daxil etmək üçün konsepsiyasını genişləndirmişdir.[6][7]

Sonrakı tədqiqatlar ana xətti üzrə qohumluq məsələsindən kənara çıxmağa başladı. Yan N. Bremmer Hind-Avropa xalqlarını müşahidə edərək belə nəticəyə gəlmişdir ki, avunkulat ailədən kənarda təhsil almaq prinsipi ilə izah edilir və ana xətti üzrə qohumluğu əks etdirmir.[8]

Avunkulat nikah

[redaktə | mənbəni redaktə et]

Tarixi (antropoloji yox) terminologiyada avunkulat nikah dedikdə kişinin öz bacısı qızı ilə nikahı nəzərdə tutulurdu (Levit 18 siyahılarında açıqca qadağan edilməmişdir). Antropoloqların istifadə etdiyi mənada avunkulat adətinin mövcud olduğu əksər mədəniyyətlərdə belə nikah, ana xətti üzrə qohumluğun olduğu eyni ailədə ailə üzvləri arasında əlaqəni tənzim edən tabuları pozurdu.

  • Aqşin Quliyev. Hüquq ensiklopediyası. Bakı, Qanun, 2007. 1108 s.
  • Kosven, M. O. "Avunkulat [The Avunculate]". Sovietskaya Etnografiya. 1. 1948: 3–46.
  1. Rosman, Abraham and Rubel, Paula G. The Tapestry of Culture: An Introduction to Cultural Anthropology. Mcgraw-Hill College, 1995. (ISBN 0-07-053955-3)
  2. Yu.Zuev, "Early Türks: Sketches of history and ideology", Almaty, Daik-Press, 2002, p. 30
  3. Cunningham, Lawarence J. Ancient Chamorro Society. Bess Press, 1992. (ISBN 1-880188-05-8)
  4. Keegan, William F. Before Columbus: Caonabo’s Homeland Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine, Middle Caicos Earthwatch Report, 1999.
  5. Boas, Franz. "The Avunculate among the Vandau". American Anthropologist. 24 (1). 1922-01-01: 95–97. doi:10.1525/aa.1922.24.1.02a00150. JSTOR 660075.
  6. 1 2 Ryder, J. W.; Blackman, M. B. "The Avunculate: A Cross-Cultural Critique of Claude Levi-Strauss". Cross-Cultural Research (ingilis). 5 (2). 2016-09-14: 97–115. doi:10.1177/106939717000500202. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11.
  7. Radcliffe-Brown, Alfred. Structure and Function in Primitive Society (PDF). London: Routledge & Kegan Paul. 1952. 15–31. 2022-04-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-11.
  8. Bremmer, Jan. "EPRINTS-BOOK-TITLE" (English). 1976-01-01. 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11.