Aşağı Əskipara
Kənd | |
Aşağı Əskipara | |
---|---|
41°04′26″ şm. e. 45°04′49″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 9.1[1] |
Mərkəzin hündürlüyü | 764 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 1,317[1] nəfər |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Aşağı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir.[2] Kənd 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
Tarixi
[redaktə | mənbəni redaktə et]- Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3. minilliyi əhatə edir. Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir.
- 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılığa gəlinib.[3]
- 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.[4]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Aşağı Əskipara oyk., mür. Qazax r-nunun Əskipara i.ə.v.-də kənd. Coğas çayının sol sahilində, Qazançı dağının ətəyindədir. Oykonim kəndin coğrafi mövqeyi ilə bağlı yaranmışdır. "Əskipara yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Əskipara isə Köhnəkənd oykoniminin sinonimidir.[5]
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]- Kənddə XVI əsrə aid dəyirman və VI–VII əsrə aid alban kilsəsi vardır.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Aşağı Əskipara kəndinin əhalisi 1317 nəfərdir.[1] Əhali kənd işğal olunmamışdan əvvəl, əsasən, maldarlıq və əkinçiliklə məşğul olurdular. İşğaldan sonra isə Qazax rayonunun müxtəlif hissələrində məskunlaşmışdırlar.
Görkəmli şəxsləri
[redaktə | mənbəni redaktə et]- Aqil Musayev — (1974–1994) Azərbaycanın Milli Qəhrəmanı. "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur.
- Qaratel Hacımahmudova — (1948–1992) "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi.
- Camal Əhmədov (1928-1999) pedaqoji elmləri doktoru, professor.
- Məhərrəm Əhmədov (1954) dövlət xadimi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- ↑ "Arxivlənmiş surət". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.
- ↑ "Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib - VİDEO". Oxu.Az (az.). 2024-04-19. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
- ↑ "Qazaxın 4 kəndi artıq nəzarətimizdədir — Rəsmi". Qafqazinfo (az.). 2024-05-24. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Qazax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |