Bədr döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bədr döyüşü
təsvir
Tarix 13 Mart 624 M - 17 Ramazan 2 H
Yeri Bədr məntəqəsi, Mədinənin cənub-qərbindən 130 km aralı
Nəticəsi Müsəlmanların qalibiyyəti
Münaqişə tərəfləri

Müsəlmanlar

Müşriklər
Bəni Qüreyzə

Komandan(lar)

Məhəmməd
Həmzə ibn Əbdülmüttəlib
Əli ibn Əbu Talib
Bilal Həbəşi
Ubadə ibn Samit

Əbu Cəhil ☸️
Utba ibn Rabia ☸️
Üməyyə ibn Xələf ☸️

Tərəflərin qüvvəsi

313 Piyada və Süvari: 2 At ve 70 dəvə

950 Piyada və Süvari: 100 At ve 170 dəvə

İtkilər

14 nəfər Şəhid

70 ölü, 43-70 əsir

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bədr döyüşüMüsəlmanların, Məkkəli Müşriklərlə ilk döyüşü.

Müsəlmanlar baxımından döyüşün ən əhəmiyyətli səbəbi, Qureyşlilərin özlərini hicrətə məcbur etmələr və hicrətdən sonra geridə buraxdıqları mallarını yağmalamalarıydı.

Məkkəli Qureyşlilər baxımından baxıldığında, müsəlmanların, Məkkəli Qureyşlilərin karvanlarını yağmalamalarıydı, çünki Məkkədəki hər ailənin karvanlarda bir payı var idi. Bu da Məkkəli Qureyşlilər arasında döyüş üçün səbəb meydana gətirməyə kifayət idi.

Hicrətdən sonra Müsəlmanlar, geridə buraxdıqları mallarının yağma edilməsinə cavab olaraq Qureyş karvanlarına hücumlar təşkil etdilər. Bu hücumların birində müsəlmanlar, içində min dəvə və beş yüz min dirhəm dəyərində mal olan bir karvanı hədəf almaq istədilər. İslam Peyğəmbəri Məhəmməd, bu səfər üçün ordunu topladı. Bədrə gedərkən Ravhâ qəsəbəsində bir quyu yanında namaz qıldı, bu məkanda Məscidi-i B'iri Ravhâ inşa edilmişdir. Toplanan 313 nəfər Peyğəmbər əmrində Bədr yaxınlarına gələrək karvanı gözləməyə başladı. Ancaq karvanın başçısı Əbu Süfyan, Müsəlmanların karvanı gözlədiyini öyrəndi və Məkkəyə xəbər göndərdi. Ayrıca karvanın yolunu da dəyişdirdi. Müsəlmanların karvana hücum hazırladığı xəbərini eşidən Məkkəlilər, Əbu Süfyanın təhlükənin atlatıldığını xəbər verən ikinci məktubuna baxmayaraq müsəlmanların üzərinə getməyə qərar verdilər. Məkkəlilər, meydana gətirdikləri 950 nəfərlik qoşunla Bədrə doğru yola çıxdılar.

İki ordu qarşı-qarşıya gəlincə, Ərəb döyüşlərində ənənə halına gələn "ər diləmə" (Mübarizə) hadisəsi üçün tərəflər içlərindən üç adam seçdilər. Buna görə, İslam Ordusunda Həmzə, UbeydəƏli ilə; Utbə, Ubeydə ibn HarisUtbə ibn Rabia ilə qarşı-qarşıya gəldi. Hər üç qarşılaşmanı Müsəlmanlar qazandı.

Ər diləmə hadisəsindən sonra döyüş başladı. Peyğəmbərin döyüşü idarə etməsi üçün Bədr 'ə hakim bir təpədə kölgəlik quruldu, burada Məscidi-i arısı inşa edilmişdir. Toqquşmaların irəliləyən mərhələlərində Məkkəli Qureyşlilər dağılma əlamətləri göstərdi; komandirləri Əbu Cəhil, Abdullah ibn Məsud tərəfindən öldürülüncə də yaxşıca dağıldılar.

Döyüş müsəlmanların qələbəsi ilə nəticələndi. Məkkə Müşrikləri Əbu Cəhil daxil 70 ölü 70 əsir buraxıb qaçdılar. Müsəlmanlar 14 itki verdilər.

Quranda Bədr döyüşü

[redaktə | mənbəni redaktə et]
Bədir Döyüşü (13 Mart 624, Cümə günü), Siyer-i Nəbi

Quran 'da Bədr döyüşüylə əlaqədar olan ayələr belədir:

"Zülmə mə’ruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!." [1]

"(Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun!." [2]

" Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib silahınızı götürün və (düşmənə qarşı cihada) ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!" [3]

"Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz! " [4]

" Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq (Bədr vuruşunun vacib olması) bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər." [5]

" O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını və’d edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (islamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi." [6]

" (Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (islamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi." [7]

" O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah: ) "Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!" - deyə duanızı qəbul buyurmuşdu. " [8]

" Allah bu köməyi sizə yalnız sizin üçün bir müşdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! " [9]

"Çap və şiddət qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun. Əgər (küfrdən) əl çəksələr şübhəsiz ki, Allah onların nə etdiklərini görəndir." [10]

  1. "Həcc surəsi 39-cu ayə". 2021-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-11.
  2. "Ali-İmran surəsi 123-cü ayə". 2021-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-11.
  3. "Nisa surəsi 71-ci ayə". 2014-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-11.
  4. "Ali-İmran surəsi 140-cı ayə". 2014-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-11.
  5. "Ənfal surəsi 6-cı ayə". 2015-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-11.
  6. "Ənfal surəsi 7-ci ayə". 2021-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-11.
  7. "Ənfal surəsi 8-ci ayə". 2015-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-11.
  8. "Ənfal surəsi 9-cu ayə". 2015-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-11.
  9. "Ənfal surəsi 10-cu ayə". 2015-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-11.
  10. "Ənfal surəsi 39-cu ayə". 2015-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-11.