Bənövşəyi ürək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bənövşəyi Ürək
Purple Heart

Ölkə ABŞ ABŞ
Tip medal
Kimə verilir ABŞ hərbi qulluqçuları
Təltifə əsas Amerika Birləşmiş Ştatlarının düşmənlərinə qarşı və ya həmin düşmən qüvvələri tərəfindən həyata keçirilən hər hansı əməliyyatda yaralanma və ölüm halları
Status təqdim olunur
Statistika
Təsis tarixi 22 fevral 1932
İlk təltif
Ardıcıllıq
Yüksək mükafat "Bürünc ulduz" medalı[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür.

"Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır.

Yaranması və tarixi

[redaktə | mənbəni redaktə et]
Corc Vaşinqton

Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi.

1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi.

Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.

İlk "Bənövşəyi Ürək" medalı ilə ABŞ ordusunun Baş Qərargah rəisi general Duqlas Makartur təltif olunmuşdur.

ABŞ prezidentinin 1984-cü il 23 fevral tarixli 12464 saylı Fərmanına əsasən 1973-cü il 28 mart tarixindən sonra terror aktları nəticəsində və ya ABŞ-nin sülhyaratma əməliyyatları çərçivəsində yaralanan və həlak olan hərbçilər də "Bənövşəyi Ürək" medalı ilə təltif oluna bilərlər.

İkinci dünya müharibəsi dövründə bu medaldan təxminən 500 000 ədəd hazırlanmışdı. Həmin müharibənin başa çatmasından indiyədək keçən 60 ildən artıq dövrdə, KoreyaVyetnam müharibələri də daxil olmaqla, verilən "Purpur Ürək" medallarının sayı həmin rəqəmə heç yaxınlaşmayıb. 2003-cü ilə olan məlumata görə bu medallardan 120 000 ədədi hələ də ehtiyatda qalmışdır.

"National Geographic" jurnalının 2009-cu il noyabr sayındakı məlumatlara əsasən, indiyədək təqdim olunmuş "Bənövşəyi Ürək" medallarının hərbi münaqişələr üzrə bölgüsü aşağıdakı kimidir:

"Bənövşəyi Ürək" qızıl çərçivə içinə alınmış ürəyəbənzər medaldır. Üzərində ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun profildən təsviri vardır. Medal eninə 35 mm ölçüyə malikdir. Ürəyin yuxarı hissəsində, yaşıl yarpaqların əhatəsində üzərində 2 qırmızı zolaq və onların üstündə 3 ədəd qırmızı beşguşəli ulduz təsviri olan Corc Vaşinqtonun gerbli qalxanı yerləşir. Ürəyin arxa tərəfində, qalxanın aşağı hissəsində FOR MILITARY MERIT (azərb. Hərbi xidmətlərinə görə‎) sözləri yazılıb. Medalın lentinin eni 35 mm olub, hər tərəfdən 3 mm ağ və ortada 29 mm-lik bənövşəyi zolaqdan ibarətdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]