Bağdadın mühasirəsi (1258)
Bağdadın mühasirəsi | |||
---|---|---|---|
Monqol işğalları | |||
| |||
Tarix | 29 yanvar – 10 fevral 1258 (13 gün) | ||
Yeri | Bağdad (indiki İraq) | ||
Nəticəsi | Monqolların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bağdadın mühasirəsi — Abbasilər xilafətinin paytaxtı Bağdad şəhərinin monqollar tərəfindən mühasirəyə alınması və ələ keçirilməsi. 1258-ci ildə Hülakü xanın başçılığı altında monqol qoşunları və onların müttəfiqləri Abbasi xilafətinin paytaxtı Bağdadı (hazırda İraqın paytaxtı) mühasirəyə almışdılar.
Bağdad ələ keçirildikdən sonra talan edilmiş və yandırılmış, 100 min ilə 1 milyon arası mülki şəxs öldürülmüşdür. Bağdadın kitabxanaları, o cümlədən Hikmətlər evi monqollar tərəfindən dağıdılmış, kitablar Dəclənin axınını dayandırmaq üçün çaya atılmışdır. Bağdad şəhəri məhv edilmiş və bir neçə əsr xarabalıq olaraq qalmışdır, bu da İslamın qızıl dövrünün sonunu gətirmişdir.
Zəmin
[redaktə | mənbəni redaktə et]Bağdad əsası indiki İraq olan Abbasilər xilafətinin paytaxtı idi. Abbasilər 750-ci ildə Əməviləri əvəz etmişdir və onlar 653-cü ildə vəfat edən Abbas ibn Əbdülmüttəlibin nəslindən idilər. Bağdad şəhəri öz zirvəsində olanda onun bir milyona yaxın əhalisi və 60 min nəfərlik qarnizonu var idi. XIII əsrin ortalarında xilafətin qüdrəti xeyli azalmış və əhəmiyyətsiz bir dövlətə çevrilmmişdir. Abbasi xəlifələri məmlük və səlcuqi sərkərdələrinin əlaltılarına çevrilmişdilər, lakin yenə də böyük simvolik əhəmiyyətə malik idilər. Həmçinin, Bağdad hələ də zəngin bir şəhər idi və mədəniyyət mərkəzi rolunu oynayırdı.
Baycu noyonun başçılığı ilə monqollar 1238-ci, 1242-ci və 1246-cı illərdə İraqda basqınlar təşkil edirdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Khanbaghi, 60
- ↑ Demurger, 80–81; Demurger 284
- ↑ Demurger, 80–81; Demurger 284
- ↑ John Masson Smith, Jr. Mongol Manpower and Persian Population, p. 276
- ↑ John Masson Smith, Jr. Mongol Manpower and Persian Population. pp. 271–99
- ↑ Andre Wink, Al-Hind: The Making of the Indo-Islamic World, Vol.2, (Brill, 2002), 13.
- ↑ The different aspects of Islamic culture: Science and technology in Islam, Vol. 4, Ed. A. Y. Al-Hassan, (Dergham sarl, 2001), 655.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Amitai-Preiss, Reuven. 1998. Mongols and Mamluks: The Mamluk-Ilkhanid War, 1260–1281 (first edition). Cambridge: Cambridge University Press. ISBN 0-521-46226-6.
- Demurger, Alain. 2005. Les Templiers. Une chevalerie chrétienne au Moyen Âge. Éditions du Seuil.
- ibid. 2006. Croisades et Croisés au Moyen-Age. Paris: Groupe Flammarion.
- Khanbaghi, Aptin. 2006. The fire, the star, and the cross: minority religions in medieval and early modern Iran. London: I. B. Tauris.
- Morgan, David. 1990. The Mongols. Boston: Blackwell. ISBN 0-631-17563-6.
- Nicolle, David, and Richard Hook (illustrator). 1998. The Mongol Warlords: Genghis Khan, Kublai Khan, Hulegu, Tamerlane. London: Brockhampton Press. ISBN 1-86019-407-9.
- Runciman, Steven. A history of the Crusades.
- Saunders, J. J. 2001. The History of the Mongol Conquests. Philadelphia: University of Pennsylvania Press. ISBN 0-8122-1766-7.
- Sicker, Martin. 2000. The Islamic World in Ascendancy: From the Arab Conquests to the Siege of Vienna. Westport, Connecticut: Praeger. ISBN 0-275-96892-8.
- Souček, Svat. 2000. A History of Inner Asia. Cambridge: Cambridge University Press, ISBN 0-521-65704-0.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- article describing Hulagu's conquest of Baghdad, written by Ian Frazier, appeared in the April 25, 2005 issue of The New Yorker.