Bayron Moreno

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bayron Moreno
Ümumi məlumatlar
Doğum tarixi 23 noyabr 1969(1969-11-23) (55 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 176 sm
Bayron Moreno

Bayron Moreno (isp. Byron Aldemar Moreno Ruales) (d. 23 noyabr 1969) — ekvadorlu keçmiş futbol hakimi. 2002-ci ildə YaponiyaCənubi Koreyada keçirilmiş dünya çempionatlnda verdiyi qərarlarla uzun müddət gündəmdə olmuşdur.

İtaliya-Cənubi Koreya matçı

[redaktə | mənbəni redaktə et]

Bayron Moreno 2002-ci il dünya çempionatının 1/8 final mərhələsində İtaliyanın meydah sahibi Cənubi Koreyaya məğlub olaraq yarışı tərk etməsindən sonra bir çox futbol mütəxəssisləri və azarkeşləri tərəfindən tənqidlərə məruz almışdır. İtaliyalı futbolçu Françesko Totti və komandanın məşqçisi Covanni Trapattoni İtaliyanın yarışdan kənarlaşdırılmasını əvvəldən qurulmuş plan adlandırmışdır.[1] Trapattoni daha irəli gedərək iki ev sahibindən birinin turnirdə qalması üçün hakimin FİFA-dan tapşırıq aldığını iddia etmişdir.[2] Morenonun oyun zamanı ən çox tənqidlərə məruz qalan qərarları Cənubi Koreyanın xeyrinə erkən penaltinin verilməsi, Damiano Tommazi tərəfindən əlavə vaxtda vurulan qızıl qolun ofsayd səbəbindən hesaba alınmaması və Françesko Tottiyə simulyasiyaya səbəbindən ikinci sarı vərəqənin göstərilməsi idi.[3]

Bayron Moreno Tommaziyə sarı vərəqə göstərir

FİFA-nın reaksiyası

[redaktə | mənbəni redaktə et]

FİFA prezidenti Zepp Blatter yan hakimi "fəlakət" adlandırmış və İtaliyanı hələ qrup oyunları zamanı səhv ofsayd qərarlarından əziyyət çəkdiyini etiraf etmişdir. Bununla belə, o, İtaliyaya qarşı hər hansı planın olması fikirlərini inkar etmişdir. Blatter İtaliyanın məğlubiyyətinin Morenoya görə baş verməsini düzgün saymamışdır: "İtaliyanın turniri tərk etməsi yalnız hakimlərə və laynsmenlərə görə deyildi…İtaliya həm müdafiədə, həm hücumda səhvlər edirdi".[4]

Dünya çempionatından sonra

[redaktə | mənbəni redaktə et]

Dünya çempionatından sonra Moreno Kito şəhər şurasına oktyabrda keçiriləcək seçkilərə öz namizədliyini irəli sürdü. Həmin ilin sentyabrında Liqa Deportiva Universitaria de KitoBarselona Sportinq Klub (Quyakil) arasındakı oyunun idarəçiliyindən sonra Moreno iyirmi oyunluq diskvalifikasiya edildi.[5][6] Liqa de Kito matçda 3–2 geridə olarkən, Moreno 6 dəqiqəlik əlavə vaxt təyin etdi, amma oyunun 13 dəqiqə davam etməsinə şərait yaratdı. Oyunun 99-cu dəqiqəsində kitolular hesabı bərabərləşdirdi, 101-cü dəqiqədə isə qələbə topunu vurdular. Hakim həmçinin rəsmi matç hesabatında Liqa de Kito-nun bərabərlik və qələbə qollarının vurulduğu dəqiqələri saxtalaşdırmaqda ittiham etdilər.

2003-cü ilin mayında diskvalifikasiyadan sonrakı üçüncü oyununda verdiyi qərarla onu yenidən hakimlikdən kənarlaşdırdılar. Belə ki Deportivo Kuenka-Deportivo Kito matçında hesab 1–1 olarkən Moreno qonaq komandanın üç oyunçusuna qırmızı vərəqə göstərmişdi.[7] Növbəti ayda o, hakimlik karyerasına son qoydu.

21 sentyabr 2010-u ildə Bayron Moreno Nyu-Yorkun Con Kennedi Beynəlxalq hava limanında alt paltarında 6 kiloqram heroini qaçaqmalçılıq yolu ilə keçirmək istəyərkən həbs edildi.[8] 2011-ci ilin yanvarında Nyu-York məhkəməsində o, ona təqdim edilmiş ittihamları qəbul etdi.[9] 23 sentyabr 2011-ci ildə heroin qaçaqmalçılığı maddəsi üzrə Moreno 2 1/2 illik həbs cəazsına məhkum edildi.[10] 26 aydan sonra o, azadlığa çıxaraq Ekvadora qayıtdı.[11]

  1. "Angry Italy blame 'conspiracy'". Soccernet. 2002-06-19. 2006-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-08-06.
  2. "Lay Off the Refs". Time. 2002-06-24. 2010-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-28. (#missing_pipe); (#first_missing_last)
  3. "Fifa investigates Moreno". BBC News. 2002-09-13. 2018-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-14.
  4. "Blatter condemns officials". BBC News. 2002-06-20. 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-14.
  5. "Referee suspended for 20 matches". Soccernet. 2002-09-11. 2007-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-08-06.
  6. "FIFA investigates Moreno". Soccernet. 2002-09-13. 2018-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-08-06.
  7. "Controversial ref suspended again". The New Zealand Herald. 2003-05-23. 2020-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-08-06.
  8. "L'arbitro che eliminò l'Italia da Corea 2002 arrestato a New York con sei chili di eroina". La Repubblica. 2010-09-21. 2010-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-21.
  9. "Ex-Referee Byron Moreno Pleads Guilty To Heroin Smuggling". 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-14.
  10. "Ex-referee sentenced to 2½ years". 2011-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-14.
  11. ""Byron Moreno enfrenta otra indagación"". 2012-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]