Bentley

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bentley
Bentley
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye avtomobil sənayesi
Məhsulu Minik avtomobili
Təsis tarixi 18 yanvar 1919
Struktur
Ana şirkət Volkswagen AG
Rəhbərlik
Təsisçi
bentleymotors.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bentley şirkətinin logosu
Bentley S1

Bentley — ingilis lüks avtomobil istehsalçısı.

Bentley İngiltərədə 18 yanvar 1919-cu ildə Walter Owen Bentley tərəfindən qurulmuşdur.Bentlynin ilk avtomobili (o, bu avtomobili F. Barces və Henri Varleylə birgə hazırlamışdı) 1919-cu ildə London avtosalonunda "3L" indeksi altında debüt etdi. 3 litr həcmə malik dörd silindrli mühərriki olan bu avtomobil dərhal avtomobil sənayesinin "şlyagerinə" çevrildi. Bentli bu avtomobilə 5 illik zəmanət verirdi ki, bu da o dövr üçün misli görünməmiş hal idi. Avtomobilin satışları durmadan artırdı və artıq Bentli hər gün səkkiz avtomobil buraxırdı.

Bentley markalı bütün avtomobillər yüksək keyfiyyəti, komfortluluğu, etibarlılığı ilə seçilir və məşhur "Rolls-Roys" avtomobilləri ilə bərabər səviyyədə rəqabət aparırdı.

1923-cü ildən başlayaraq Bentley avtomobilləri idman yarışlarında mütəmadi iştirak etdi. 1923-cü ildə Fransanın Le-Man şəhərində 24 saatlıq yürüşdə Bentley avtomobili dördüncü yeri tutdu. Bir il sonra Bentley birinci yerə çıxdı. 1927-ci ildən 1930-cu ilədək qələbələr seriyası bir-birini əvəz etdirdi və beləliklə Le Mans yarışlarında 6 birincilik qazandı. Radiatorunda qanadlı "B" hərfi olan Bentley avtomobilləri hamıya məğlubedilməz görünürdü. Amma sənaye böhranı ucbatından Bentli 1931-ci ildə şirkətin müflisləşdiyini elan etməyə məcbur oldu.Şirkətin 1931-ci ildə Rolls-Royce tərəfindən satın alındı.

1998-ci ilə qədər eyni texniki heyət ilə bir-birlərinə olduqca bənzəyən modellər təqdim etmişdir. 1998-ci ildə, Volkswagenə 430 Milyon Funta satılan Bentley; 2005-ci ildə 3654-ü ABŞ-a olmaqla, cəmi 8627 avtomobil satmışdır. Firmanın mərkəzi və zavodu Mançester yaxınlığındakı Çeşiredədir.

Bentley Continental

Köhnə Modelləri

[redaktə | mənbəni redaktə et]

Modern Modelləri

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]