Betti Alver

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Betti Alver
est. Betti Alver
Doğum tarixi 23 noyabr 1906(1906-11-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 19 iyun 1989(1989-06-19)[1][3][…] (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Raadi qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti şair, romançı, tərcüməçi, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Betti Alver (est. Betti Alver 23 noyabr 1906[1][2][…], Yıgeva[4]19 iyun 1989[1][3][…], Tartu) — Estoniya şairəsi, nəsr yazıçısı, tərcüməçi. Aleksandr Puşkinin Yevgeni Onegin romanını eston dilinə tərcümə etmişdir. Estoniya SSR-nin əməkdar yazıçısı (1966). Estoniya SSR xalq yazıçısı (1981).

Elizabet Alver 23 noyabr 1906-cı ildə Yıgevada anadan olmuşdu. 1924-cü ildə Tartudakı gimnaziyanı bitirir. 1924-1927-ci illərdə Tartu Universitetində eston dili və ədəbiyyatını öyrənir.

1927-ci ildə "Küləyin sevgilisi" romanı nəşr olunur. Betti Alverin ilk kitabı "Toz və atəş" 1936-cı ildə çap edilir. Betti Alver Aleksandr Puşkinin "Yevgeni Onegin" romanını (1964), Maksim Qorkinin "Uşaqlıq" və "Mənim Universitetlərim" şeirlərini eston dilinə tərcümə etmişdir. Kristyan Jaak Petersonun şeirlərini də tərcümə edir. Betti Alverin şeirləri rus, polyak, alman, ingilis, çex, italyan və digər dillərə tərcümə edilmişdir. Betti Alver şeirlərini rus dilinə Yunna Morits tərcümə etmişdir.

Betti Alverin şərəfinə, doğma şəhəri Yıgevada "Ulduz saatı" poeziya payız günləri keçirilir. 2013-cü ildə Merkuri üzərində bir krater (Alver)[1] Betti Alverin şərəfinə adlandırılmışdır.

Yuhan Smuula adına Estoniya SSR Ədəbi Mükafatının qalibidir (1980).

Şair Hayti Talviklə evli olmuşdur. 1956-cı ildə Marta Lepik (ədəbiyyatşünas, Ədəbiyyat Muzeyinin ilk direktoru, 1940-45.) ilə evlənir. Qohumları - Eduard Alver (Azadlıq müharibəsini komandiri) və Siim Kallas (Estoniyanın baş naziri).

Betti Alverin şeirlər kitabı

[redaktə | mənbəni redaktə et]
  • "Toz və Atəş" (1936);
  • "Ulduzlu saat" (1966);
  • "Həyatın qırıqları" (1971);
  • Betti Alverin 2006-cı ildəki Estoniya poçt markası üzərindəki təsviri.
    "Uçan şəhər" (1979);
  • "Emajognin mərcanları" (1986).
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Betti Alver // FemBio database (alm.).
  3. 1 2 Betti Alver // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Альвер Бетти // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.