Bismillah (film, 1925)
Bismillah | |
---|---|
Janr | dram |
Rejissor | |
Ssenari müəllifi | |
Baş rollarda |
Mirzəağa Əliyev K.Vyaznova Mustafa Mərdanov T.Vişnevskaya İbrahim Azəri |
Operator | Arkadi Yalovoy |
İstehsalçı | Azdövlətkinosənaye |
İlk baxış tarixi |
17 noyabr 1925, Bakı 24 aprel 1926, Moskva, Rusiya |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 57 dəq. |
Ölkə | SSRİ |
Dillər | səssiz (titrlər rus və Azərbaycan dillərindədir) |
Texniki məlumatlar |
6 hissə 1593 metr |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
IMDb | ID0499440 |
Bismillah — rejissor Abbas Mirzə Şərifzadə[1] tərəfindən 1925-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azdövlətkinosənaye"də istehsal edilmişdir. Dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən bəhs edir. Əsas rolları Mirzəağa Əliyev, K.Vyaznova, Mustafa Mərdanov, T.Vişnevskaya və İbrahim Azəri ifa edirlər.
Məzmun
[redaktə | mənbəni redaktə et]Dini fanatizm əleyhinə təşviqat-təbliğat[2] məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən, dilsiz və yoxsul kəndlilərin başına gətirilən oyunlardan, öz xeyri üçün fırıldaqçı mollalara tərəfdar çıxan yerli bəylərin əməllərindən bəhs edir.Burada Azərbaycan qadınının köhnə adət-ənənələrə qarşı fəal etirazı da öz əksini tapmışdır.[3]
Film haqqında
[redaktə | mənbəni redaktə et]Film Azərbaycanın ilk milli kinorejissoru Abbas Mirzə Şərifzadənin rejissor kimi bədii kinoda ilk işidir.[3]
Filmin rejissoru Abbas Mirzə Şərifzadə "xalq düşməni" elan olunduqdan sonra onun adı lentdən vəhşicəsinə cırılıb götürülmşdür.
Filmdə məhərrəmlik görüntüləri xronikal kadrlardır, yəni Aşura günündə Bakıda çəkilib. Aktyor Mustafa Mərdanov isə özlərini döyənlərin arasına qatılmış və kinonun o səhnəsi beləcə quraşdırılmışdır.
Baş Kinolaşdırma İdarəsi (Moskva) filmi yüksək qiymətləndirərək sovetlər ekranına layiq görüb.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Rejissor: Abbas Mirzə Şərifzadə
- Ssenari müəllifi: Pavel Blyaxin
- Operator: Arkadi Yalovoy
- Rəssam: K.Yevseyev, A.Plaksik
Rollarda
[redaktə | mənbəni redaktə et]- Mirzəağa Əliyev — molla Mirzə Əbdürrəhim
- K.Vyaznova — Zeynəb
- Mustafa Mərdanov — muzdur Qulu
- T.Vişnevskaya — Hökümə
- İbrahim Azəri — Cəfər
- Mirseyfəddin Kirmanşahlı — bəy
- Kazım Ziya — molla Rövzəxan
- Möhsün Sənani — qoçu
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kazımzadə, A. "Bismillah" filminin 85 yaşı tamam olur: [Görkəmli teatr aktyoru, rejissor Abbas Mirzə Şəfizadənin eyni adlı filmi haqqında] //Mədəniyyət.- 2010.- 25 avqust.- S. 10.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 66.
- ↑ 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 24
Mənbə
[redaktə | mənbəni redaktə et]- Yenici. “Bismillah” şəkili. [Eyniadlı Azərbaycan kinofilmi haqqında] //Yeni yol.- 1925.- 2 dekabr.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20-22.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.