Bruno Sutkus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bruno Sutkus
lit. Bronius Sutkus
Şəxsi məlumatlar
Doğum tarixi 14 may 1924(1924-05-14)
Vəfat tarixi 29 avqust 2003(2003-08-29) (79 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx
Döyüşlər
Təltifləri Dəmir xaç
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bruno Sutkus (14 may 192429 avqust 2003, Almaniya Federativ Respublikası) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş, alman qoşunlarında döyüşmüş litvalı snayper.

Bruno Sutkus 1924-cü ildə o vaxtlar Almaniyanın tərkibində olan Tannenvelde (indiki Çkalovsk) qəsəbəsində anadan olub. Onun atası milliyətcə litvalı olub. 1938-ci ildə Hitler Gənclər Hərəkatına üzv olub. 18 yaşında Alman Nasional Sosialist Fəhlə Partiyasının hərbi qanadına üzv yazılıb. Onun çox sərrast atəş açma qabiliyyəti Vermaxt rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və bu qabiliyyətinə görə Brunoya öz şəxsi snayper tüfəngi verildi. 1941-ci ildə Almaniya vətəndaşlığını alıb. 1943-cü ildə Vilnusda snayper kurslarında təhsil alıb. Onun hesabında təkcə 1944-cü ilin 6 ayında (iyun-noyabr ayları) 209 öldürülmüş düşmən əsgəri olub. 1945-ci ilin yanvarında vəzifəsi yüksəldilib və snayper məktəbində instruktor vəzifəsinə təyin edilib. İkinci dünya müharibəsinin sonunda meşələrdə fəaliyyət göstərən litvalı partizanlar ilə əlaqə yaradıb, lakin Sovet ordusu tərəfindən əsir götürülülərək Rusiyaya aparıldı. Burada ona snayper məktəbində instruktor kimi çalışmaq təklif edilsə də bundan imtina etdi. Qarşılığında Bruno hərbi əsirlər üçün Sibirdəki koloniyada ağır şərtlər altında məcburi əmək fəaliyyətinə cəlb edildi. 1949-cu ildən 1971-ci ilə kimi Sibirdə işləyib. 1971-ci ildə azad edildikdən sonra Vilnüsə köçüb. SSRİ-nin dağılmasından sonra Vilnüsdəki hərbi məktəblərdə snayperlik haqqında leksiyalar oxuyub. 1994-cü ildə Almaniya vətəndaşlığı əldə edib və 1997-ci ildə Almaniyaya köçüb. Bruno Sutkus 2003-cü ildə Almaniyada vəfat edib.[1]