Bustan
Bustan | |
---|---|
بوستان | |
| |
Müəllif | Sədi Şirazi |
Janr | Roman |
Orijinalın dili | Farsca |
Orijinalın nəşr ili | 1257 |
Tərcüməçi | Mirmehdi Seyidzadə |
Nəşriyyat | Bakı Kitab Klubu (2017) |
Səhifə | 400 (2017) |
Tiraj | 50 |
Sonrakı | Gülüstan |
ISBN | ISBN 978-9952-812-54-1 (2017) |
Vikianbarda əlaqəli mediafayllar |
Bustan (fars. بوستان) — Sədi Şirazinin 1257-ci ildə yazdığı lirik əsəri.
Sədi Şirazinin “Bustan” əsəri fars ədəbiyyatının ən mühüm klassiklərindən biridir və 1257-ci ildə yazılmışdır. “Bustan” (“Bağça”) öyüdlər və hekayələrdən ibarət etik-didaktik bir əsərdir. Sədi bu əsərində həyatın müxtəlif sahələrindən; ədalət, doğruçuluq, fəzilət, mərhəmət, təvazökarlıq kimi mövzulardan bəhs edir.
Əsər on fəsildən ibarətdir və hər bir fəsil müxtəlif mövzulara həsr edilib: 1. Ədalətli padşahların davranışları 2. Şəxsi fəzilətlər 3. Məhəbbət və dostluq 4. Təvazökarlıq və təmkin 5. Şükür və razılıq 6. Tövzih və tövbə 7. Təqva və ibadət 8. Mərdlik və səxavət 9. Tərbiyə və nəsihət 10. Dua və Tanrıya sığınma
"Bustan"da həm nəsr, həm də nəzm formasında yazılmış hekayələr və məsnəvilər var. Bu əsər Sədinin fəlsəfi və etik düşüncələrinin güzgüsüdür və oxucuları mənəvi kamilliyə yönəltməyə çalışır.
Sədi Şirazinin iki ən məşhur əsəri "Gülüstan" "Bustan"dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib.[1]
Məzmun
[redaktə | mənbəni redaktə et]"Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir.
Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir.
Nəşr və tərcümə
[redaktə | mənbəni redaktə et]Əsər Mirmehdi Seyidzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib və Bakıda nəşr olunub. "Bustan" 1964-cü ildə Bakıda, "Azərnəşr"də təkrar çap edilmişdir.[2]
"Bustan" və "Gülüstan" 2004-cü ildə "Bustan" əsərinin 1964, "Gülüstan" əsərinin isə 1987 nəşri əsasında təkrar nəşrə hazırlanmış və Bakıda, Öndər nəşriyyatında 400 səhifədə, 25 min tirajla yenidən çap edilmişdir.[3] Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına[4] əsasən nəşr edilmiş və ölkə kitabxanalarına hədiyyə edilib.
Əsər 2017-ci ildə Bakı Kitab Klubunda 400 səhifədə yenidən çap edilib. Kitaba müəllifin iki ən məşhur əsəri – «Gülüstan» və «Bustan» əsərləri daxil edilib.[5]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Gülüstan * Bustan" ( (az.)). kitabklubu.org. 2017-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.
- ↑ Sədir Şirazi, "Bustan", Bakı, "Azərnəşr, 1964"
- ↑ Sədi Şirazi. Seçilmiş əsərləri Arxivləşdirilib 2022-05-16 at the Wayback Machine; Farscadan tərcümə ed. M.Seyidzadə, M.Soltan, R.Sultanov, İ.Şəms; Ön sözün müəllifi. M.Məhəmmədi.- Bakı: Öndər, 2004.- 400 s. ISBN 9952-416-42-2
- ↑ İlham Əliyev. "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 2004-01-12. 2020-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-22.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;kk
adlı istinad üçün mətn göstərilməyib
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Sədi Şirazi. Seçilmiş əsərləri; Farscadan tərcümə ed. M.Seyidzadə, M.Soltan, R.Sultanov, İ.Şəms; Ön sözün müəllifi. M.Məhəmmədi.- Bakı: Öndər, 2004.- 400 s. ISBN 9952-416-42-2
- "Gülüstan * Bustan" ( (az.)). kitabklubu.org. 2017-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.