Cüveyriyə binti Haris

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cüveyriyə binti Haris
ərəb. جويرية بنت الحارث‎
Doğum tarixi 608
Doğum yeri
Vəfat tarixi 1 aprel 676
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cüveyriyə binti Haris (ərəb. جويرية بنت الحارث‎; 608, Mədinə1 aprel 676, Mədinə[1]) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası.

Cüveyriyə binti Haris Bəni-Müstəlikənin rəisi əl-Harisin qızıdır[2][3][4]. 626-cı ildə müsəlmanlar Müstəlik qəbiləsini məğlub edir, nəticədə Cüveyriyə əsir düşür. Onun atası Məhəmməd peyğəmbərin hüzuruna onun azadlığa buraxılması üçün dəvələri fidyə verməsinə məcbur olur. Cüveyriyə azad edildikdən sonra Məhəmməd peyğəmbər onun atası və tərəfdaşları ilə söhbət edir. Nəticədə onlar İslamı qəbul etdirlər. Bundan sonra Məhəmməd peyğəmbər Haris ibn Əbu Dirardan Cüveyriyəni istəyir. Bu evliliyin səbəblərindən biri də Məhəmməd peyğəmbərin Ərəbistan yarımadasında kifayət qədər nüfuz sahibi olan Bənu Müstəlik tayfası ilə yaxşı münasibət qurmaq istəyi olur. Nikah bağlandıqdan sonra müsəlmanlar 100-ə yaxın əsir Müstəliki ailəsini azad edir.

Cüveyriyyə fəzilətli və dindar bir qadın olur. O, 676-cı ildə Mədinədə vəfat etmişdir və Bəqi qəbiristanlığında dəfn edilmişdir.

  1. 1 2 3 4 Али-заде А. Джувайрия бинт Харис (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  2. İbn Sa’d, Ebu Abdillah Muhammed, et-Tabakatü’l-Kübrâ, Beyrut 1985, VIII, 216-220.
  3. http://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Prof.Dr.Mehmet SOYSALDI
  4. Rodinson, ss. 196.