15°33′00″ şm. e. 41°49′48″ ş. u.HGYO

Cəbəl-ət-Tair

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cəbəl-ət-Tair adası
ərəb. جزيرة جبل الطير
Ümumi məlumatlar
Sahəsi 3,9 km²
Uzunluğu
  • 4,4 km
Eni 3,3 km
Hündür nöqtəsi 244 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
15°33′00″ şm. e. 41°49′48″ ş. u.HGYO
Ölkə  Yəmən
Akvatoriya
Cəbəl-ət-Tair adası xəritədə
Cəbəl-ət-Tair adası
Cəbəl-ət-Tair adası
Cəbəl-ət-Tair adası xəritədə
Cəbəl-ət-Tair adası
Cəbəl-ət-Tair adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəbəl-ət-Tair (ərəb. جزيرة جبل الطير‎ — Cazira-Cəbəl-ət-Tair) — ada Babülməndəb boğazının şimal-qərbində yerləşən ovalvari ada. Ada Qırmızı dəniz suları ilə əhatələnmişdir. EritreyaYəmən arasında eyni məsafədə yerləşir. İnzibati cəhətdən Yəmənin Hodeyda muhafazasına daxildir. Adadan Yəmən sahillərinə qədər məsafə 115 km (71 mil), Erteriya sahillərinə qədər məsafə isə 150 (93 kil) təşkil edir. Kamaran adası ilə arasında məsafə isə 82 km təkil edir. Səudiyyə Ərəbistanına mənsub olan Farasan arxipelaqı isə adadan şimal-şərqdə yerləşir.

Ada dünyanın nəhəng çatlarında birinin üzərində yerləşir[1]

Adada eyni adlı vulkan yerləşir. Cəbəl-ət-Tair strato vulkan olaraq 244 metr hündürlüyə malikdir[2]

Əvvəllər adanın adı Saiban olmuşdur. Bu ada bölgədən hərəkət edən gəmilər üçün böyük əhəmiyyət kəsb edirdi. Vulkanın 1332-ci ildə püskürməsi iddia edilir. Tarixən ada Osmanlıların nəzarətində olmuşdur. Bir müddət ada fransız şirkətlərindən birinə konsessiyaya verilmişdir. Fransızlar adadan mayak kimi istifadə edirdilər. Adada 1883-cü ildə vulkan püskürməsi baş vermişdir. 1900-cü ildə britaniya admirallığı tərəfindən adanın təsviri verilmişdir. Burada adanın təbii mənbələrə malik olmayan, şirin suyu olmayan, vulkanik suxurlardan təşkil olunmuş ada kimi təsir edilir. Sahil ərazilərdə hündürlüyün 300 fut (90 m) olması qeyd edilir. Britaniya qüvvələri tərəfindən ada 1915-ci ildə ələ keçirilsədə onun kimə mənsib olması müəyyənləşməmiş qalır. Adanın mayak kimi istifadəsi britaniya şirkətinə həvalə edilir.

Adanın kimə mənsub olması uzun zaman Yəmən, Efiopiya və Eritreya tərəfindən müzakirə obyekti olur. 1962-ci il anlaşması ilə adadakı mayak yük daşıyanların sərəncamına verilməli idi. 1973-cü ildə Yəmən adanın aeroşəkilinin kçəkmək istəyini Efiopiya olduqca sərt qarşşılayır. Bu mübahisə 1993-cü ildə Eritreyanın müstəqillik əldə etməsinə qədər davam edir. 1995-ci ildə adalar Haşin adaları böhranına səbəb olur. Cəbəl-ət-Tair adasında 1996-cı ildə güçlü zəlzələ baş verir[3]

Eritreya ilə münaqişədən sonra Yəmən adanın qərbində hərbi baza inşa etmişdir. 1996-cı ildən 2007-ci ilə qədər (güçlü püskürməyə qədər) baza fəaliyyət göstərmişdir[1]. Püskürməyə qədər adada iki müşahidə qülləsi olmuşdur. Buradan bbütün hərbi, ticarət və neft tankerləri nəzarətdə saxlanılırdı. 124 il sabitlikdən sonra adada olan vulkan 30 sentyabr 2007-ci ildə vüskürmüşdür. 4 dekabr tarixində vulkanın aktivliyi zəyifləmişdir. 2008-ci ildən isə sakitləşmişdir.

Cəbəl-ət-Tairin 2007-ci il püskürməsi

[redaktə | mənbəni redaktə et]

Güçlü vulkan partlayışı 30 sentyabr 2007-ci ildə baş vermişdir. Püskürməyə qədər adanın uzunluğu 3 km[4], sahəsi 3,9 km², hündürlüyü isə 244 metr olmuşdur[2] Püskürmədən öncə 2–3,6 bal güçündə zəlzlələr müşahidə edilmişdir.[5]. Adanın daimi əhalisi olmadada burada 50 nəfərdən ibarət kontingent olmuşdur[6]

Güçlü püskürmə zamanın adanın qərb hissəsi bütünlüklə məhv olmuşdur[1]

  1. 1 2 3 "Qırmızı dənizdə vulksn püskürmüşdür" (rus). Kuda.Ua. 2013-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13. (#redundant_parameters); (#redundant_parameters)
  2. 1 2 "Vulkanlar. Cəbəl-ət-Tair vulkanı" (rus). Vulkanlar haqqında sayt. 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "Yəmənə məxsus adada güçlü zəlzələ" (rus). Rus Əmirliyi – BƏƏ ərazisində rus forumu. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. "Volcano erupts on Red Sea island" (ingilis). BBC News. 2017-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. "Püskürmə ilə əlaqədar NATO bazası köçürülmüşdür" (rus). arabic.com.ua. 2013-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13. (#redundant_parameters); (#redundant_parameters)
  6. "Püskürmə ilə əlaqədar Yəmən NATO bazasını təxliyə etmişdir" (rus). KUDA.UA. 2013-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13. (#redundant_parameters); (#redundant_parameters)