Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi Việt Cộng, FNL, 越共, NFB, Вьетко́нг | |
---|---|
Mặt trận Dân tộc Giải phóng miền Nam Việt Nam | |
Yaranma tarixi | 21 iyul 1954 |
Ləğvolma tarixi | 4 iyul 1976 |
Vikianbarda əlaqəli mediafayllar |
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi[1][2][3] (CVMAC; vyet. Mặt trận Dân tộc Giải phóng miền Nam Việt Nam), həmçinin Vyetkonq (ing. Viet Cong, vyet. Việt Nam Cộng sản – Vyetnam kommunizmi) — Vyetnam Fəhlə Partiyası Mərkəzi Komitəsinin 1959-cu il yanvar plenumunda qəbul edilmiş ölkənin cənubunda "silahlı üsyana" keçid haqqında qərarına uyğun olaraq qurulmuş, 1960–1977-ci illərdə Vyetnam müharibəsində döyüşən tərəflərdən biri kimi Cənubi Vyetnamda fəaliyyət göstərmiş hərbi-siyasi təşkilat.[4] Vyetkonq VDR və Cənubi Vyetnam partizanlarının siyasi və ictimai xadimlərinə istinad etmək üçün istifadə edilən bir termindir. 1960-cı illərin axırlarından termin Amerika mediasında bütün Vyetnam kommunistlərinə istinad etmək üçün istifadə edilmişdir.[5]
Zəmin
[redaktə | mənbəni redaktə et]1954-cü ildə Fransaya qarşı Hindçin müharibəsi başa çatdıqdan sonra Vyetnam iki yerə bölünmüşdür: Lao-Donq Kommunist Partiyasının rəhbərlik etdiyi Şimali Vyetnam və Cənubi Vyetnam. Birləşmə 1956-cı ildə azad ümumi seçkilərdən sonra baş tutmalı idi. 1955-ci ilin oktyabrında cənubda Vyetnam Respublikası elan edlmişdir. 1957-ci ilin payızında məxfi kommunist qüvvələri Cənubi Vyetnam hökumətinə qarşı silahlı mübarizəyə keçmişdir.
1959-cu ildə Şimali Vyetnam Cənubi Vyetnam partizanlarını dəstəkləməyə başlamış, onlara 1954-cü ildə şimala köçən cənublular arasından silah və məsləhətçilər göndərmişdir. Şimali Vyetnamın təqdim etdiyi versiyaya görə, 1960-cı ilin yanvarında Cənubi Vyetnamda Nqo Dinh Zyem hökumətini devirməyə yönəlmiş silahlı üsyan başlamışdır.
20 dekabr 1960-cı ildə "Cənubi Vyetnamın azad edilmiş rayonlarından biri"ndə keçirilən Vətənpərvər Qüvvələrin Konqresində Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC) yaradılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Вјетнам. Тарихи очерк // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: Балзам—Гајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 505.
- ↑ Səfərova, Rəna. Dost ellərin hədiyyələri. Bakı: Ziya. 2014. səh. 168. ISBN 978-9952-8024-3-6.
- ↑ Asya Afrika Ölkələri Tarixi Fənni Üzrə İmtahan Suallarının Cavabları (PDF). Azərbaycan Dövlət İqtisad Universiteti. səh. 22. 2023-07-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Национальный фронт освобождения Южного Вьетнама[ölü keçid] / М. А. Сюннерберг // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
- ↑ Энциклопедия Кольера (Вьетнамская война)
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Дэвидсон, Филипп. Война во Вьетнаме (1946—1975). М.: Изографус, Эксмо. 2002 [Vietnam at War: The History 1946-1975].
- Вооруженная борьба народов Азии за свободу и независимость 1945—1980. М.: Наука. 1984.