Cavid Xıdırov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cavid Xıdırov
Cavid Nəbi oğlu Xıdırov
Doğum tarixi
Doğum yeri Kəpənəkçi, Marneuli rayonu, Gürcüstan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (72 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili

Cavid Nəbi oğlu Xıdırov (20 iyun 1933, Kəpənəkçi, Marneuli rayonu19 noyabr 2005) — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor.

C.N.Xıdırov 1933-cü il iyunun 20-də Gürcüstan Respublikası Marneuli rayonunun Kəpənəkçi kəndində kəndli ailəsində doğulmuşdur. 1939-1947-ci illərdə Kəpənəkçi kənd orta məktəbində səkkizillik təhsil aldıqdan sonra Marneuli şəhər Pedaqoji Texnikumunun birinci kursuna daxil olmuşdur. 1951-ci ildə texnikumu əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun təbiət fakültəsinə qəbul olunmuş, təhsil illərində Stalin təqaüdü ilə oxumuş və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. Fakültə Elmi Şurasının zəmanəti ilə Kimya kafedrasının aspiranturasına qəbul olunmuşdur. 1958-ci ildə aspiranturanı bitirdikdən sonra həmin kafedrada assistent vəzifəsində saxlanılmışdır. 1959-cu ildə o, yolu ilə Azərbaycan Elmlər Akademiyasının (EA) nəzdində yenicə təşkil olunmuş Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) mühəndis vəzifəsinə keçirilmişdir.

Cavid Xıdırov 2005-ci il noyabrın 19-da vəfat etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

C.N.Xıdırovun əmək və elmi fəaliyyəti 1959-cu ildən Azərbaycan EA NKPİ ilə bağlı olmuşdur. 1964-1965-ci illərdə kiçik elmi işçi, 1966-1978-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır. O, 1964-cü ildə “Aromatik spirtlərin bəsit efirlərinin və onların törəmələrinin sintezi və tədqiqi” mövzusunda namizədlik, 1988-ci ildə isə Moskvada Ümumittifaq Elmi-Tədqiqat Bitkiləri Kimyəvi Mühafizə Vasitələri İnstitutunda Bioüzvi kimya, təbii və fizioloji fəal maddələrin kimyası ixtisası üzrə “Fenol, aromatik yağ sırası spirt və qlikol efirlərinin məqsədyönlü sintezinin elmi əsaslarının və bu özüldə pestisidlərin işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1992-ci ildə həmin ixtisas üzrə ona professor adı verilmişdir.

Elmi Tədqiqatları

[redaktə | mənbəni redaktə et]

Professor C.N.Xıdırov 1979-cu ildən ömrünün sonuna qədər Bioloji fəal maddələrin sintezi və texnologiyası laboratoriyasına rəhbərlik etmişdir. O, zərif-üzvi sintez sahəsində ixtisaslaşmışdır. Onun fundamental elmi-tədqiqat işləri fizioloji fəal maddələrin kimyası və texnologiyasına həsr edilmişdir. Professor C.N.Xıdırovun apardığı tədqiqat işləri 150 elmi əsər, o cümlədən 40 müəlliflik şəhadətnaməsi və 4 xarici (ABŞ, AFR, İngiltərə, Fransa) patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 5 elmlər namizədi hazırlanmışdır.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

C.N.Xıdırov keçmiş SSRİ-nin Kimya sənayesinin fəxri kimyaçısı diplomuna layiq görülmüş və “Kimya sənayesinin əlaçısı” döş nişanı ilə təltif edilmişdir. O, respublikanın Əmək veteranıdır.

  • Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. “Müəllim” nəşriyyatı. Bakı 2019. s.67-68.