Ceyda Sunqur
Ceyda Sunqur | |
---|---|
Digər adı | Kırmızılı Kadın |
Doğum tarixi | 1986 |
Fəaliyyəti | universitet müəllimi[d], aktivist, dosent |
Ceyda Sunqur (türk. Ceyda Sungur) və ya Qırmızılı qadın (azərb. Kırmızılı Kadın; 1986) — Türkiyə akademiki və aktivisti.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]1986-cı ildə anadan olmuşdur. Şəhərsalma üzrə bakalavr təhsilini başa vurduqdan sonra İstanbul Texniki Universitetində elmi işçi kimi fəaliyyətə başlamışdır.[2]
2013-cü ilin may ayında İstanbulda Gəzi parkı etirazlarında etirazçı və könüllü ilk yardımçı kimi iştirak etmişdir.[3] Nümayişlər zamanı Fateh Zəngin adlı polis məmuru tərəfindən hücuma məruz qalmışdır. "Reuters"in fotojurnalisti Osman Örsal Sunqurun polis zorakılığına məruz qaldığı anı çəkərkən həm Türkiyə, həm də beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurmuşdu. Ardınca o, etirazların simvoluna çevrilmişdir.[4] Zəngin prokurorlar tərəfindən məhkəməyə verilmiş, onun mülki şəxslərə qarşı qeyri-mütənasib güc tətbiq etdiyi üçün qəsdən üç il həbs cəzası tələb olunmuşdur.[5] Sunqur məhkəmədə bildirmişdir ki, "təqsirləndirilən şəxsin silahı olsaydı, o, Ethem Sarısülükü öldürən başqa bir polis kimi məni öldürərdi".[6] Bir ildən sonra məhkəmə yekunlaşmış, Zəngin yaxın məsafədən gözyaşardıcı qaz vurduğuna və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 600 fidan əkməyə məhkum edilmişdir.[7] Üstəlik, Sunqura qarşı "ictimaiyyəti qanuna tabe olmamağa təhrik etmək" ittihamı ilə açılan başqa bir iddia da rədd edilmişdir.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Vale, Paul. "Turkey Uprising: Ceyda Sungur, 'Woman In Red', Becomes Iconic Image For Activists" (ingilis). The Huffington Post UK. 5 June 2013. 15 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2022.
- ↑ "Kırmızılı Kadın konuştu" (türk). Milliyet. 10 June 2013. İstifadə tarixi: 22 April 2022.
- ↑ Sherlock, Ruth. "Lady in the Red Dress and her dream of a Turkish rebirth" (ingilis). The Daily Telegraph. 8 June 2013. 29 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2022.
- ↑ Korkmaz, Emre Eren. "The June uprising in Turkey". SEER: Journal for Labour and Social Affairs in Eastern Europe. 16 (3). 2013: 326. doi:10.5771/1435-2869-2013-3-325. ISSN 1435-2869. JSTOR 43293531. 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "Turkey: Jail sought over 'woman in red' police case". BBC News (ingilis). 2014-01-16. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
- ↑ "Şehir Plancısı Ceyda Sungur Polis Şiddetinin Peşini Bırakmıyor". Politeknik (türk). 12 December 2014. 15 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2022.
- ↑ "Turkish policeman sentenced to plant trees for teargas attack on woman in red". the Guardian (ingilis). Reuters. 2015-06-10. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
- ↑ ""Kırmızılı Kadın" Ceyda Sungur İfade Verdi" (türk). Milliyet. 13 May 2014. İstifadə tarixi: 22 April 2022.