Ceyms Veddell
Ceyms Veddell | |
---|---|
Doğum tarixi | 24 avqust 1787[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 9 sentyabr 1834[1][2][…] (47 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Veddell (ing. James Weddell; 24 avqust 1787[1][2][…], Ostende[d], Qərbi Flandriya[3] – 9 sentyabr 1834[1][2][…], London) — Böyük Britaniyalı dənizçi, sahibkar, Antarktikada araşdırma aparan iık səyyahlardan biri, ilk dəfə 74°34 ' c.e , keçən şəxs. Onun kəşf etdiyi dəniz (Veddell dənizi) və ada (Veddell adası) onun adını daşıyır.
Həyatının ilkin çağları
[redaktə | mənbəni redaktə et]Ceyms Veddellin dəqiq doğum yeri məlum deyildir. Belə düşünülür ki, o Londonda doğulmuşdur. Bəziləri isə Ostende (Belçika) və ya Massaçuetsdə[4][5] doğulduğunu ehtimal edilir. Atası hələ o uşaq olarkən vəfat etmişdir. Veddell 9 yaşında ikən Böyük Britaniya hərbi-dəniz donanmasında qulluğa götürülür. Onun çalışdığı ilk gəmi HMS Swan. olmuşdur. Ancaq altı ay burada çalışdıqdan sonra ticarət donanmasına qəbul olunur. 1810-cu ildə o, yenidən Kral donanmasına qayıdır. İki il çalışdıqdan sonra sükançı vəzifəsinə yüksəlir. Napoleon müharibəsinin bitməsindən sonra hərbi donanmadan tərxis olunur. 1816 ildə yenidən ticarət donanmasına qayıtmışdır. Lit gəmiqayırma şirkətində işləmişdir[4].
Antarktidaya səfərləri
[redaktə | mənbəni redaktə et]1820–1821
[redaktə | mənbəni redaktə et]İlk dəfə Ceyms Veddell 1820 ildə cənuba istiqamətlənir. O, sükançı olaraq Jane gəmisində Avrora adasını axtarmaq məqsədilə Cənubi Atlantika istiqamətində üzür. Onun hədəfi burada suiti ovunu təşkil etmək olmuşdur. Folklend adalarında dayandıqdan sonra Uilyam Smit tərəfindən kəşf edilən Cənubi Şetland adalarında uğurlu ov həyata keçirir. 1821-ci ilin yanvarından aprelə qədər bölgdə ov həyata keçirir. Gəmi suiti dərisi ilə doldurulduqdan sonra onlar Londona qayıdır[6].
1821–1822
[redaktə | mənbəni redaktə et]Veddellin Antarktidaya ilk səfəri iqtisadi əhəmiyyət daşıyırdı. Bu səfər olduqca uğurlu olur. Əldə edilən gəlir sayəsində Veddell elədə böyük olmayan 65 tonluq balina ovunu həyata keçirən Beaufoy. gəmisini alır. 1821 ilin sentyabrında Jane gəmisi Veddellin, Beaufoy gəmisi isə Maykl Makleodun rəhbərliyi ilə İngiltərəni tərk edirlər. Oktyabrın sonları artıq onlar Cənubi Şetland adalarına çatırlar. Suitilərin sayının azlığı müşahidə edildiyindən Beaufoy gəmisi yeni ov məskənlərinin aşkarlanması məqsədi yola çıxır. Corc Pauel və Nataniel Palmerin bölgəyə gəlməsindən 6 gün sonra Makleod Fil adasından 240 mil aralıda Cənubi Orkney adalarına çatır. 1922-ci ilin fevraında Veddell də adanı ziyarət edərək onun xəriəsini tərtib edir[6]. Martda Jane və Beaufoy gəmiləri Cənubi Georgiyada birləşərək, artıq iyulda İngiltərəyə qayıdırlar. Bu səyahət əvvəlki kimi iatisadi baxımından əlverişli olmasada yeni səyahətin təşkilinə kifayət edir[6].
1822–1824
[redaktə | mənbəni redaktə et]Üçüncü syahətində məqsədi yenədə yeni suiti ovu düşərgələrinin aşkarlanması olmumdur. Ancaq bu səfərdə ona ənənvi yollardan kənarda yeni toroaqların mümkün kəşfi bir vəzifə olaraq verilmişdi[7].
13 sentyabr 1822 ildə Jane və Beaufoy (sonuncusu Mettyu Bristenin rəhbərliyi altında) İgiltərəni tərk etmiş və 12 yanvar 1823 ildə müəyyən qədər Pataqoniyada geçikməklə Cənubi Orkney adalarına gəlib çatır. Veddell Lori adasından bir qədər aralıda yerləşən Seddl adasında yeni suiti növü aşkarlayır. Bu suitilərin üzəri ləkələrlə örtüldüyündən Veddell onları dəniz bəbiri adlandırır. Sonradan isə Leptonychotes weddelli[6].
Olduqca az sayda suiti aşkarlandığından o, cənuba istiqamət götürür. Onlar qarşıda torpaq aşkarladıqlarını düşündüyündən qarşıya irəliləmək istəsələrdə bu görüntünün aysberq olduğunu müəyyən edirlər. 27 yanvarda Veddell 64°58' c. e çatır. Buradan isə o, Cənubi Orkney və Cənubi Sandviç adaları arasında yerləşın bölgədə yeni torpaq kəşf etmək məqsədilə şimala kurs götürür. 4 fevralda məlum olur ki, bu torpaq byrada yoxdur. Əgər mövcuddursada onu cənubda axtarmaq lazımdır. 17 fevralda onlar 74°34 ' c. e çatırlar[8]. Bu zaman Veddell şimala üz tutur. Ancaq onun dahada irəliləməsi üçün geniş imkanlar mövcud olmuşdur. Səbəb isə yayın isti keçməsi ilə buzlaqların kövrəlməsi olmuşdur[6].
12 martda gəmilər Cənubi Georgiyaya çatırlar. Oradan isə onlar Folklend adalarına kurs götürülər. Onlar burada qışı keçirərək növbəti yazda Cənubi Şetland adaları ətrafında uğursuz suiti ovu etdikdən sonra 1824 ilin yayında İngiltərəyə qayıdırlar[6].
Həyatının son illəri
[redaktə | mənbəni redaktə et]1825 ildə Veddell 1822–1824-cü illər səyahətləri haqqında hesabatını dərc etdirir (ing. A Voyage Towards the South Pole Performed in the Years 1822-1824; Containing an Examination of the Antarctic Sea to the Seventy-Fourth Degree of Latitude: and a Visit to Tierra del Fuego) (ikincisi isə 1827 ildə[7]). On öz hesabatında irriqasiya məsələləri, getdiyi bölgənin təbiəti, suitilərin davamlı ovunun təşkili üçün populyasının qorunmasının vacib olması barədə geniş məlumat vermişdir. Bu yazdıqlarının bəhrəsi olaraq 5 fevral 1827-ci ildə Edinburq Kral cəmiyyətinin üzvü seçilir[5][9].
Antarktikaya səfərundən qayıtdıqdan sonra Jane gəmisinin kapitanı olaraq qalsada bundan sonra heç vaxt suiti ovu ilə məşğul olmur. 1829 ildə Jane gəmisi Azor adaları yaxınlığında qəzaya uğrayır. Gəmi səfərlərə yararsız elan edilir. Bu Veddellin maliyyə vəziyyətinə mənfi təsir göstərir[10]. 1832-ci ilə qədər Eliza gəmisində üzür. Sonradan isə donanmanı tamamən tərk edərək London, Norfolk-stritdə özünə mənzil alaraq burada ömeünün sonuna qədər qalır[7].
Ceyms Veddell böyük Antarktik araşdırmaçılardan biri olaraq 9 sentyabr 1834-cü ildə 47 yaşında Londonda vəfat etmişdir. O, Sant-Klement Deynsdə dəfn olunmuşdur[5][7].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 James Weddell // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #172444462 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 "James Weddell" (eng). The Mariners' Museum. 2012-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.
- ↑ 1 2 3 Beau Riffenburgh. Encyclopedia of the Antarctic. — Routledge, 2006. — С. 1049–1051. — ISBN 978–0415970242.
- ↑ 1 2 3 4 5 6 William James Mills. Exploring polar frontiers : a historical encyclopedia. — ABC-CLIO, Inc, 2003. — P. 684–686. — 844 p. — ISBN 1-57607-422-6.
- ↑ 1 2 3 4 Raymond John Howgego. Weddell, James // Encyclopedia of Exploration, 1800 to 1850: A Comprehensive Reference Guide to the History and Literature of Exploration, Travel and Colonization Between the Years 1800 and 1850. — Hordern House, 2004. — 690 с. — ISBN 9781875567393.
- ↑ Peter Saundry. "Weddell, James". The Encyclopedia of Earth. March 27, 2009. June 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2016.
- ↑ "FORMER RSE FELLOWS 1783- 2002" (PDF). The Royal Society Of Edinburgh. 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-10-16.
- ↑ Ernest Shackleton. INTRODUCTION SOUTH POLAR EXPLORATION IN THE LAST HUNDRED YEARS By HUGH ROBERT MILL, D. Sc., LL. D. // THE HEART OF THE ANTARCTIC. — London, William Heinemann, and Washington, U. S. A., by J. B. Lippincott Company., 1909. — С. xiii.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "SAMPLE ENTRIES FOR FOUR EXPLORERS" (eng). The Antarctic Circle. İstifadə tarixi: 2015-06-01.