Cozef Norman Loker
Cozef Norman Loker | |
---|---|
ing. Sir Joseph Norman Lockyer | |
Doğum tarixi | |
Doğum yeri | İngiltərə,Uorikşir, Reqbi |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | İngiltərə,Salcombe Regis, Devon |
Vətəndaşlığı | Böyük Britaniyalı |
Elm sahəsi | Astronomiya |
Elmi dərəcəsi | Professor (Astronomiya üzrə Dünyada ilk dəfə) |
İş yeri | |
Tanınır | Helium elementinin kəşfi, "Nature" akademik jurnalının qurucusu |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ser Cozef Norman Loker (ing. Joseph Norman Lockyer, 17 may 1836[1][2][…] – 16 avqust 1920[3][2][…]) — Britaniya alimi və astronomu. 1868-ci ildə Günəşin atmosferində də rast gəlinən heliumu kəşf etmişdir.[4]
Həyatı
[redaktə | mənbəni redaktə et]Cozef Norman Loker (ing. Joseph Norman Lockyer) 17 May 1836-cı ildə İngiltərənin Uorikşir (ing. Warwickshire) əyalətinin Reqbi şəhərində doğulmuşdur. 1870-ci ildə krallığın elmi irəliləyişlər komissiyasına sədr təyin olunana qədər, 1857-ci ildən başlayaraq müharibə ofisində çalışıb. Komissiyanın iş müddəti 1875-ci ildə bitəndə hal-hazırda London İmperial Kollecinin bir hissəsi olan krallığın elm akademiyasına cəlb olunmuşdur. 1885-ci ildə Astronomiya sahəsində Dünyada ilk dəfə professor adına layiq görülən alim olmuşdur[5]. Özü üçün günəş rəsədxanası inşa etdirmiş və 1902-ci ilə qədər bu rəsədxananı idarə etmişdir[6]. 1920-ci ildə 84 yaşında olanda ölmüşdür.
Elmə töhfələri
[redaktə | mənbəni redaktə et]Etdiyi spektral müşahidələr nəticəsində Günəş atmosferinin tərkibini müşahidə etmiş, Yer üzündə kəşf edilməsindən düz 27 il əvvəl Helium elementinin Günəş atmosferində olduğunu müəyyən etmişdir. Loker günəşin səth temperaturunu hesablamışdır. 1870 və 1905-ci illər arasında 8 dəfə Günəş tutulmasını araşdırmaq məqsədilə elmi səfərlər etmişdir.
Loker Günəşdə baş verən dinamik hərəkətlərin Dünyanın iqlimi və hava şəraitinə təsir etdiyini iddia etmişdir. Fəaliyyətinin böyük bir hissəsini 1860-cı illərin sonlarında həyata keçirib.
Norman Loker həmçinin 1869-cu ildə "Nature" akademik jurnalını qurmuş təxminən 50 il ərzində bu jurnalın naşiri olmuşdur.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Lockyer, Sir Joseph Norman (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 16. P. 855.
- ↑ 1 2 Joseph Norman Lockyer // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Локьер Джозеф Норман // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ http://www.britannica.com/biography/Joseph-Norman-Lockyer:Sir Joseph Norman Lockyer British astronomer.
- ↑ http://www.brlsi.org/events-proceedings/proceedings/17865:Sir Arxivləşdirilib 2016-04-17 at the Wayback Machine Joseph Norman Lockyer K.C.B., F.R.S
- ↑ "Arxivlənmiş surət". 2012-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-15. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ http://www.nature.com/nature/history/timeline_1860s.html Arxivləşdirilib 2017-05-14 at the Wayback Machine: History of the Nature Journal.
- 17 mayda doğulanlar
- 1836-cı ildə doğulanlar
- 84 yaşında vəfat edənlər
- 16 iyulda vəfat edənlər
- 1920-ci ildə vəfat edənlər
- London İmperial Kollecinin müəllimləri
- London Kral Cəmiyyətinin üzvləri
- Göttingen Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- 16 avqustda vəfat edənlər
- Britaniya astronomları
- Professorlar
- Astronomlar