Daş vələmirquşu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Daş vələmirquşu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Növ:
Daş vələmirquşu
Beynəlxalq elmi adı

Daş vələmirquşu (lat. Emberiza cia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü.

Azərbaycanda Qafqaz yarımnövü yaşayan politipik növdür . Dağlarda yaşayan başqa vələmirquşlarından gözünün üstündəki açıq rəngli zolaq və dimdiyindən başlayaraq gözündən keçməklə yanaqlarını haşiyələyib dimdiyinin yanında qurtaran qara zolaqla seçilir. Erkəyin beli, döşü və qaşı kürənimtil – qəhvəyi, başı və çinədanı bozdur. Qanadları və quyruğu qonurdur. Quyruğunun yanları ilə ağ zolaqlar uzanır. Dişilərin və cavanların rəngi daha tutqundu. Yuvalama dövründə cüt-cüt və tək-tək, çoxalmadan sonra isə sürü ilə gəzir. Yerdə yemlənir. Növün Arealı Avropa, Asiya və Şimali-Qərbi Afrikadır. Azərbaycanda subalp və alp qurşaqlarda eləcə də dağüstü çöllərin seyrək kollu quru yamaclarında yaşayır. Meşəsiz yamaclarda dağ meşələrində enir. Oturaq yaşayır, ancaq qışda şaquli köçmələr edir, nadir hallarda düzənliyə enir. Adi, bəzi yerlərdə çoxsaylı quşdur. Yuvası yerdə kol və ya otun altında olur. Mayda 4-5 bulaşıq-ağ, qonur xallı yumurta qoyur. Bəzi cütlər iyulda, bəzən itirilmiş yumurtalar əvəzinə yenilərini qoyur .[3]

  1. Integrated Taxonomic Information System (ing.). 1999.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Emberizidae - Old World Buntings". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-29.