Dadaş Asanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dadaş Asanov
bayraq
Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri
bayraq2
7 dekabr 1989 – 18 may 1993[a]
SonrakıƏli Təhməzov
bayraq
Azərbaycan SSR Dövlət Tikinti Komitəsinin sədri
bayraq2
11 mart 1989 – 7 dekabr 1989[b]
Əvvəlkikomitə yaradılıb
30 oktyabr 1982 – 7 dekabr 1989
SədrHəsən Seyidov
Ayaz Mütəllibov
bayraq
Azərbaycan SSR kənd tikintisi naziri
bayraq2
2 noyabr 1978 – 30 oktyabr 1982
ƏvvəlkiƏlimuxtar Hüseynzadə
SonrakıŞair Həsənov
bayraq
Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri
bayraq2
14 noyabr 1973 – 2 noyabr 1978
Əvvəlkinazirlik yaradılıb
SonrakıRafiq Xələfov
Şəxsi məlumatlar
Doğum tarixi 15 yanvar 1930(1930-01-15) (94 yaş)
Doğum yeri

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR əməkdar mühəndisi

Dadaş Mirzə oğlu Asanov (15 yanvar 1930, Culfa, Naxçıvan MSSR) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri (1989–1993), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1982–1989), Azərbaycan SSR kənd tikintisi naziri (1978–1982), Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri (1973–1978), Azərbaycan SSR əməkdar mühəndisi.

Dadaş Mirzə oğlu Asanov 1930-cu il yanvarın 15-də Naxçıvan MSSR Culfa şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Bakıdakı 171 saylı orta bitirdikdən sonra Moskva Polad İnstitutuna daxil olmuş və öz istəyi ilə 1952-ci ildə Moskva Yeyinti Sənayesinin Texnologiya İnstitutuna köçürülmüşdür. 1955-ci ildə həmin institutunun tikinti şöbəsini bitirərək inşaatçı-mühəndis ixtisasına yiyələnmişdir.[1]

Dadaş Asanov əmək fəaliyyətinə 1955-ci ilin əvvəllərində Bakıdakı 4 saylı tikinti trestinin 41 nömrəli tikinti idarəsində briqadirlikdən başlamışdır. 4 il ərzində briqadir, iş icraçısı, baş iş icraçısı işləmiş, 1959-cu ilin mart ayında həmin trestin 4 nömrəli Dəmir-Beton Məmulatları Zavodunun baş mühəndisi vəzifəsinə təyin edilmişdir. 1962-ci ilin yanvar ayından Dəmir-Beton Məmulatları trestinin baş mühəndisi olmuşdur.[2]

Dadaş Asanov 1966-cı ilin iyun ayından 1973-cü ilin noyabr ayınadək Azərbaycan SSR kənd tikintisi nazirinin müavini və birinci müavini olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri, 1978–1982-ci illərdə Azərbaycan SSR kənd tikintisi naziri vəzifələrində işləmişdir. 1982-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə çalışmışdır. 1989-cu ilin dekabr ayından 1993-cü ilin may ayınadək Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri (1989–1991-ci illərdə Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri) olmuşdur. 1993-cü ilin may ayından 2010-cu ilin aprel ayına kimi "Azərkəndtikinti" ASC sədrinin birinci müavini vəzifəsində işləmişdir.[1]

1962-ci ildə Sov.İKP üzvlüyünə qəbul edilən Dadaş Asanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 9–11-ci çağırış deputatı seçilmişdir.[3] "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif edilmiş və ona "Əməkdar mühəndis" fəxri adı verilmişdir. 9 aprel 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[2]

  1. 1989–1991-ci illərdə Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri kimi
  2. Azərbaycan SSR Dövlət Tikinti Komitəsi 7 dekabr 1989-cu ildə Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinə çevrilmişdir.
  1. 1 2 Bəhram İbrahimov; Zərbalı Mirzə. Asanov Dadaş Mirzə oğlu // Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE). I cild. Bakı: Yeni Poliqrafist. 2011. səh. 31–32.
  2. 1 2 Nuriyev, E; Allahverdiyev, Z. Dadaş Mirzə oğlu Asanov // Azərbaycanın inkişafında tikinti kompleksinin rolu. Bakı: Şərq-Qərb. 2011. S. 39–43.
  3. Асанов Дадаш Мирзә оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 35.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]