Daniel Hopfer
Daniel Hopfer | |
---|---|
Doğum tarixi | 1470[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1536[1][2][…] |
Vəfat yeri | |
Fəaliyyəti | qravüraçı[d], rəssam, qrafika ustası[d], mis qravüraçısı, boyakar[d], vizual incəsənət rəssamı |
Vikianbarda əlaqəli mediafayllar |
Daniel Hopfer (alm. Daniel Hopfer, soyadının digər yazılışı — Hopffer və Hopper; 1470[1][2][…], Kaufboyren, Şvabiya dairəsi[3] – 1536[1][2][…], Auqsburq[3]) — Şimali İntibah dövrünün alman rəssamı, qravürçü və silahçı. Kleynmeyster. Ofort texnikasını ilk istifadə edənlərdən biridir. Çox sayda ksiloqrafiyanın müəllifidir.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Rəssam Bartolomey Hopfer və Anna Sendlerin ailəsində 1470-ci ildə anadan olmuşdur. 23 yaşında Auqsburqa köçmüşdür. 1497-ci ildə Kristina Grimm ilə evlənmişdir. Silahların bəzədilməsi ilə məşğul olan Hopfer, rəssamların və nişançıların da daxil olduğu Auqsburq dəmirçilər gildiyasının komitəsinin üzvü olmuşdur. 1590-cı ildə imperator II Rudolfun Daniel Hopferin nəvəsi Qeorqa göndərdiyi məktubun mətnində, Daniel Hopfer nadir üsulun ixtiraçısı olaraq tanındığı yazılmışdır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]Daniel Hopfer tərəfindən 230-dan çox qravür məlumdur. Onların süjetləri müxtəlifdir — ortaq və hörmətli insanların portretləri, mif və folklor, əsgər fiqurları (alm. Landsknecht), dini süjetlər. Hopferin işləri həyatı boyu tanındı və kolleksiyası yaradıldı. 17-ci əsrdə kitab satıcısı və Hopferin uzaq qohumu Dafid Funk, oymaları ilə 230 lövhə almışdır və "Operae Hopferianae" adı ilə nəşr etmişdir.
-
Qravür «Beş landsknext» (təx. 1530)
-
Qravür «Beş landsknext döyüşən zaman».
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Daniel Hopfer // KulturNav (ing.). 2015.
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #102508585 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.