Dayaklar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dayakların sub-etnik qrupları ənənəvi geyimlərdə

Dayaklar (protoavstroneziya dilində Daya – “qurunun daxili, sahildən uzaq hissələri”) — Kalimantan adasının daxili rayonlarında (İndoneziya, Malayziya, Bruney) yaşayan Avstroneziya xalqlarının ümumiləşdirici adı.

Ənənəvi olaraq dayaklara tala əkinçiliyi ilə məşğul olan və İslamı qəbul etməyən adanın yerli sakinləri aid edilir; sahilyanı rayonlarda suvarma çəltikçiliyi ilə məşğul olan müsəlman malayyalılar, həmçinin cəngəlliklərdə ovçuluq və yığıcılıqla məşğul olan punanlar dayakladan fərqləndirilir. Ümumi sayları 4–5 mln. nəfərdir (2006).

Avstroneziya dil ailəsinin müxtəlif qollarına aid dillərdə (bax Kalimantan dilləri) danışırlar. Ayrı-ayrı dayak tayfalarında mnemonik piktoqrafiya mövcud idi. İban, nqacu və s. dillərdə 19-cu əsrin ortalarında xristian missionerlər tərəfindən işlənib hazırlanmış, yaxud İndoneziyada tətbiq edilən latın əlifbasının təsiri altında 20-ci əsrin ikinci yarısında yaranmış yazı sistemləri meydana gəldi. İndoneziya dayaklar arasında yayılmış nqacu dili, Saravakda isə iban dili etnoslararası ünsiyyət vasitəsi kimi istifadə olunur. İndoneziya dili (İndoneziyada) və ədəbi Malayya dili (Malayziya və Bruneydə) də yayılmışdır. Malayya-dayak qrupuna aid dillərdə danışan dayaklar Kalimantanın şimal-qərbində yaşayırlar: ibanlar, yaxud dəniz dayaklar [Malayziyada Saravak ştatının əsas əhalisi, həmçinin İndoneziyanın Qərbi Kalimantan əyalətinin şimal-şərqində və Bruneydə (750 min nəfər, 2004) yaşayırlar], dil baxımdan onlara yaxın olan kanincallar və ya kenincallar (İndoneziyanın Mərkəzi Kalimantan əyalətinin şimal-qərbində Melavi çayı boyunda – 46 min nəfər), həmçinin Qərbi Kalimantan əyalətinin şimal-qərbində yaşayan və Malayya-dayak dilində danışan dayaklar (delanqlar – 200 min nəfər, kendayanlar, yaxud ambavanqlar– 154 min nəfər, bananaklar – 100 min nəfər, kayunqlar, selakolar – 100 min nəfər və s.). Quruda yaşayan kleman tanlar, yaxud quru dayaklar (420 min nəfər) Qərbi Kalimantan əyalətinin daxili rayonlarında və Saravakın cənub-qərində məskunlaşmışlar. Malayziyada onlar bidayu (ən iri qrupun adı) birliyinə konsolidasiya olunurlar.

Kalimantanın şimal, şimal şərqində və mərkəzi hissəsində yaşayan dayaklar melanau-kacanqa [melanau (Saravakın şimal sahilyanı və Bruney – 35 min nəfər)], recanq-sacau, Sabah [kadazanlar (köhnə adları – dusunlar; Sabahın əsas əhalisi, Bruneydə də yaşayırlar – 450 min nəfər] dillərində danışırlar); Bruney buxtası rayonunda yaşayan visayyalar (bisayyalar; Malayziyada 30 min nəfər) və visayyalar-tutonqlar (MalayziyaBruneydə 30 min nəfər), Beravan-Aşağı Baram, bintulu və day [murutlar (Bruney, Sabah, Şərqi Kalimantanın şimalında 130 min nəfər); kelabitlər (əsasən, Kelabit yaylasında və Şərqi Kalimantan əyalətinin şimal qərbində, həmçinin SaravakBruneydə 70 min nəfər)] və kenya [kenyalar (Kalimantanın İndoneziya hissəsi və Saravak – 30 min nəfər)] qollarına aid dillərdə danışırlar. Kenyalarla qarışıq onlara mədəniyyətcə yaxın olan kayan-murik qolu dillərində danışan kayanlar (40 min nəfər) yaşayırlar. Barito çayı hövzəsində və Kalimantanın mərkəzi və cənub şərq hissəsində yaşayan Barito qoluna aid dillərdə danışan barito dayaklar sayca daha çoxdurlar: nqacular (800 min nəfər), maanyanlar, yaxud maanyaklar (150 min nəfər), lavanqanlar (100 min nəfər), bakumpaylar (100 min nəfər), sianqlar (60 min nəfər) və başqaları.

Din və etiqadlar

[redaktə | mənbəni redaktə et]
Əlində nizə olan dayaklı

Dayakların təqribən 1 milyonu ənənəvi etiqadlarını qoruyub saxlayır. Nqacu və ibanolarda adət hüququna, mürəkkəb mifoloji sistemə və şaman təbəqəsinin fərqləndirilməsinə əsaslanan müstəqil dini sistemlər yaranmışdır. Nqacuların kaharinqan (“dini mahiyyətlilik”) dini 1970-ci illərdən hinduizmin xüsusi forması kimi ümumindoneziya dini-siyasi quruluşuna daxil olmuşdur. Müsəlmanxristian dayaklarda ənənəvi inanclarnı qoruyub saxlamışlar. Dayaklar arasında İslam dininin yayılması 15-ci əsrən başlamış və hazırda davam etməkdədir. Müasir dayakların təqribən 70%-i xristiandır. Kalimantanda Avstraliya irqinə mənsub insanların qədim yaşayış abidələri (adanın şimalındakı Nia mağarasında, 40 min il əvvəl) qalmışdır. E.ə. 4–3-cü minilliklərdən başlayaraq avstroneziyalıların Kalimantana bir neçə axını nəticəsində Avstraliya irqinə mənsub qədim əhali buradan tamamilə sıxışdırılmışdır. Etnogenetik rəvayətlərdə dayaklar əcdadlarının mənşəcə Sumatra, Sulavesi, Filippin və digər adalardan olmaları haqqında məlumatlar var. Təqribən eramızın əvvəllərində, Hind-Çindən gəlmələrin axını zamanı burada Donqşon mədəniyyəti yayılmışdır. Burada metallurgiyanın (tunc və güman ki, dəmir) inkişafı, ehtimal ki, həmin mədəniyyətlə bağlıdır.

İnisiasiya, tatuirləmə, dişlərin qaraldılması və mişarlanması və s. adətlər qalmaqdadır; 20-ci əsrin birinci yarısınadək “düşmən başlarının ovu” adəti, insanların qurban verilməsi və ayini kannibalizm mövcud idi. Başlıca ayin bir neçə ildən bir həyata keçirilən təkrar dəfnetmə mərasimidir; tabutlar bəzən qayıq formasında düzəldilirdi. Kosmoqonik miflərdə dünya 3 təbəqəyə bölünür: baş tanrının (quş-kərgədan surətində təsvir olunurdu – Mahatala, Batara Quru və s.) idarə etdiyi yuxarı – səmavi təbəqə; ilanabənzər tanrı Cati nin idarə etdiyi aşağı – su və orta yer təbəqələri. Bütün təbəqələr Dünya Ağacı vasitəsilə birləşir. Bəzi mifologiyalarda hinduist-buddist və müsəlman təsəvvürləri müşahidə olunur

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Əsas ənənəvi məşğuliyyətləri talalarda  toxa əkinçiliyidir (əsasən quru dərələrdə çəltikçilik, bəzi yerlərdə isə taro, yams, maniok); kelabitlər və kadazanların bəzi qruplarında suvarma və dağ yamaclarının terraslaşdırılması mövcuddur. Əsas əmək alətləri bıçaq-dəhrə (paranq), əkin payası, biçin bıçağıdır. Kəl, donuz, keçi, toyuq, nadir hallarda ov itləri yetişdirirlər. Ovçuluqla (sumpitan və kaman), bal, rotanq, kauçuk, kafur, dammara qatranı, qaranquş yuvaları və s.-nin yığımı ilə məşğuldurlar. Ağac (antropomorf heykəllər, evlər və qəbirüstü abidələr, həmçinin qayıq, qalxan və dəfn tikililəri üzərindəki ornamentlər), bambuk və sümük üzərində oyma, rotanq və bambukdan hörmə, toxuculuq, parçaların boyanması, tapanın düzəldilməsi, dəmirin əridilməsi, dəmirçilik (o cümlədən silahların – paranqların, mandou qılınclarının, nizələrin düzəldilməsi), qızıl və gümüşün emalı, oyulmuş qayıqların (döyüş qayıqlarının uz. 50 m, tutumu 70 nəfərlik idi), kobud keramikanın (qabları daş vasitəsilə düzəldir, qurudur və ya bişirirdilər, bəzən şirələyirdilər) hazırlanması inkişaf etmişdir; mis sincləri və çini qabları dəyərləndirirlər. Oyma, hörmə, divar naxışları, parçalar, muncuqlu bəzək əşyaları üzərində antropomorf və zoomorf təsvirlər, bəzi evlərin divarlarında məişət və ov səhnələri var. Ənənəvi yaşayış məskənləri 50-dək ailənin yaşadığı bir və ya bir neçə uzunsov evdən (uz. təqr. 400 m) ibarətdir. Müasir uzunsov evlər, xüsusilə Malayziyada, modernləşdirilmişdir. Belə evlərdə bilateral qohum qrup, yaxud tayfa yaşayır.

Mədəniyyətləri

[redaktə | mənbəni redaktə et]

Adanın şimal və şimal şərqində meqalit abidələrinin (dolmenlər və mengirlər) yayılması eyni vaxta təsadüf edir. Qədim meqalitlər kelabitlərin ənənəvi mədəniyyətlərinə daxil olur. Kalimantan beynəlxalq ədviyyat ticarətinə qoşulmaqla əsas kafur tədarükçüsünə çevrilir. Sahilyanı rayonlar mərkəzləri YavaSumatrada yerləşən hinduist-buddist ada imperiyalarının (Şrivicaya, sonralar isə Macapahit) təsirinə məruz qalır. Onların ekspansiyası dayakların adasıdan köçməsinə gətirib çıxartdı. Məs., barito dayaklar bir qrupu 7-ci əsrdə Madaqaskarda məskunlaşaraq malaqasilərin əcdadlarından biri oldu. Dayaklar digər qrupu isə Kalimantanın cənub şərqindən Filippinə köçdü; onların nəsilləri olan sama-bacaolar (bax Oranqlautlar) “dəniz köçəriləri” kimi məşhurdur. Onların bir hissəsi (Sabah bacaoları) artıq Yeni dövrdə şimal-şərqində sahilyanı rayonlarında məskunlaşdı. Ada sahillərinin malayyalılaşdırılması dayaklar müqavimətilə rastlaşdı. İbanalar Cənubi Çin dənizində quldurluğa başladıqlarına görə onlar “dəniz dayaklar ” ləqəbini aldılar. Lakin dayakların əksəriyyəti 19-cu əsrədək Kalimantanın daxili rayonların da təcrid olunmuş vəziyyətdə yaşayırdılar. Dayaklar mədəniyyəti Cənub-Şərqi Asiyanın daxili rayonları üçün səciyyəvidir.

Ekzoqam qohum təşkilatlar yoxdur. Kişilər uzun saç saxlayırdılar. İri dayak tayfalarının icma birlikləri var idi. Tayfa üzvləri əyanlara (kahinlər də daxil olmaqla), icmaçılara və qullara bölünürdü. Nikah bilateraldır, varislik hüququ ata xətti üzrə hesablanır, qohumluq terminləri sistemi nəsilbənəsil keçir.

Ayin və məişət rəqsləri, o cümlədən kişilərin döyüş rəqsləri, heyvanları təqlid edən məzəli rəqslər, qadın asta rəqsləri və s. yayılmışdır. Vokal musiqi birsəslidir, bəzən xor unisonundan istifadə olunur. Ayin, epik, məhəbbət, qayıqçı nəğmələri yayılmışdır.

Qamelan musiqisi əsas yer tutur, ənənəvi peloq və slendro səs düzümündən istifadə edilir. Dodaq orqanı (kledi, sampotan), sinclər, metallofonlar, membranofonlar, bambuk ksilofonu (qambanq), bambuk varqanı, şaquli fleyta (sulinq), burun fleytası, boruşəkilli sitra (gövdəsi bambukdan) ən geniş yayılmış musiqi alətləridir. Sinclərdən mərasim (o cümlədən tunc sinclərdən ruhların çağırılması üçün) və siqnal aləti kimi də istifadə olunur. Xordofonlara da rast gəlinir (2–3 simli lütnyalar, sitralar və s.). İnstrumental ansambllar səciyyəvidir (təbillə sinclər dəsti; təbillə fleytalar ansamblı və s.). 20-ci əsrin sonlarından dayaklar, xüsusilə Malayziyada yaşayan dayakların həyatı modernləşir, şəhərlərə miqrasiya artır. Malayyalılaşdırma ilə yanaşı, ümumdayak etnomədəni eynilik inkişaf edir, Saravakın daxili rayonlarındakı tayfaları (kenyalar, kayanlar, kelabitlər) birləşdirən Sabah kadazanları, Saravak bidayuları, oranq-xulular (“daxili rayonlarda yaşayanlar”) adlı yeni etnik birliklər yaranır. Kalimantanın İndoneziya hissəsində baş verən analoji proseslər sosial toqquşmalara (məs., 19992001-ci illərdə hökumət proqramı çərçivəsində köçürülmüş madurlulara qarşı qırğınlar) gətirib çıxarır.  

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]