Despoina
Despoina | |
---|---|
q.yun. Δέσποινα | |
Mifologiya | Qədim Yunanıstan dini |
Cinsi | qadın[d] |
Atası | Poseydon |
Anası | Demetra |
Despoina — Qədim Yunanıstan ilahəsi. O, Demetra və Poseydonun qızı, Arionun bacısı hesab olunurdu. Despoinanın adı "Xanım" (Mistress) kimi tərcümə edilir.
Mifə görə, Poseydon Demetranı gördükdə ona vurulur. Demetra isə onun marağından qaçmaq üçün öz qədim at formasına çevrilir. Lakin Poseydon da at formasına girərək onu təqib edir və bu birləşmədən Despoina adlı bir qız və Arion adlı məşhur at dünyaya gəlir. Bu hadisədən sonra Demetranın qəzəbi o qədər böyük olur ki, ona "Erinys" (qəzəbli) adı verilir.[1]
Kultu
[redaktə | vikimətni redaktə et]Despoinaya əsasən Arkadiyada yerləşən Lykosura məbədində ibadət edilirdi və bu məbəd qədim dini ənənələrin izlərini özündə saxlayırdı.[2] Bu ilahə təbiət, doğum və ölüm ilə əlaqələndirilirdi. Despoinanın dini, yunan dilini ilk dəfə bu bölgəyə gətirən insanlarla yerli əhalinin inanclarının qarışmasından yaranmışdır. Misteriya mədəniyyətində Despoinaya anası Demetra ilə birlikdə ibadət edilirdi və hər iki ilahə əsasən təbiəti təmsil edirdi.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Pausanias, Description of Greece, Arcadia, chapter 25, section 5". www.perseus.tufts.edu. İstifadə tarixi: 2024-12-23.
- ↑ Lewis Richard Farnell. The Cults of the Greek States. Cambridge University Press. 2010. səh. 210. ISBN 9781108015455.
- ↑ B.Dietriech (2004):The origins of the Greek religion Bristol Phoenix Press pp. 181-185