Deynozux
Deynozux | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Deynozux |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Deynozux — 80–73 milyon il əvvəl, Gec Təbaşir dövründə yaşayan Alligatoroideaa timsahların nəsli kəsilmiş cinsi. İlk Deinosuchus fosilləri 1850-ci illərin əvvəllərində Şimali Karolinada aşkar edilmişdir, lakin 1909-cu ildə təsvir edilmiş və adlandırılmışdır. Əlavə fraqmentlər 1940-cı illərin sonlarında tapılır. Sonradan Amerika Təbiət Tarixi Muzeyi tərəfindən qeyri-dəqiq də olsa, kəllə rekonstruksiyası baş tutur. Deinosuchus haqqında məlumatların bu günə qədər natamam qalmasına baxmayaraq son illərdə tapılan ən yaxşı kəllə materialı bu nəhəng yırtıcı haqqında elmi məlumatları genişləndirmişdir.
Deinosuchus hər hansı bir müasir timsah və ya alliqatordan daha böyük olmasına baxmayaraq — qərb növlərinin ən böyük nümayəndələri 12 metr uzunluğa və 8,5 ton ağırlığa malik olmuşdur, lakin örünüşü ilə kiçik qohumlarına bənzəməsi ilə seçilirdi. Böyük yırtıcıları tutub öldürmək və qatı yeməyi əzmək üçün iri, güclü dişləri vardı və kürəyi yarımkürə osteodermlərinin qalın bir təbəqəsi ilə örtülmüşdü. Bir araşdırma Deinosuchusun 50 ildən çox yaşadığını, müasir timsahlarla eyni nisbətdə böyüdüyünü, ancaq daha uzun müddət böyümək qabiliyyətini qoruduğunu göstərir.
Deinosuchus fosili ABŞ-nin on əyalətində (Texas, Montana və digər bölgələr, ABŞ-nin Şərq Sahili boyunca) və Meksikanın şimalında tapılır. Deinosuchus ehtimal ki, böyük dinozavrları öldürmək və yemək, nəhəng dəniz tısbağalarını çənələri ilə əzmək, çox böyük balıqları tutmaq, digər su və quru yırtıcı heyvanları ilə qidalandırmaq qabiliyyətinə sahib idi.
Təsnifat
[redaktə | mənbəni redaktə et]Deinosuchus Kolbert və Byord tərəfindən əsl timsah sinfinə, əsasən Crocodylus cinsinin müasir makro-yırtıcı timsahlarına bənzəyən diş xüsusiyyətləri əsasında təsnif edilmişdir. Bununla birlikdə Brochu tərəfindən 1999-cu ildə aparılan təkrarən filogenetik bir araşdırma, Deinosuchusun həqiqətən Alligatoroidea yarımfəsiləsinə bazal üzvü ola biləcəyini təyin edir. Bunu təkcə kəllə quruluşundakı alliqatoroidlər üçün bəzi əsas xüsusiyyətlərin olması ilə deyil, postkranial skeletin anatomiyası da təsdiqləyir. Bununla birlikdə Deinosuchusun "dünyanın ən böyük timsahı olmadığı — ən böyük timsahlardan biri olduğu" ifadəsi də tamamilə doğru deyil, çünki Deinosuchus həqiqətən timsah dəstəsinə və hətta Globidonta klafına daxil edilə bilməz. Bu təsnifat 2005-ci ildə Alabamanın Blufftown formasiyasında yaxşı qorunmuş Deinosuchus kəllə kəşfi ilə gücləndirildi və müasir Amerika timsahlarını xatırladan bəzi xüsusiyyətlər aşkar edildi. Eyni tarixdən əvvəlki bir qrupun üzvü olmasına baxmayaraq, Deinosuchus müasir timsahların birbaşa əcdadı deyil. Ən yaxın qohumları leidosuchus və diplocodon ola bilər[1].
Növləri
[redaktə | mənbəni redaktə et]- Deinosuchus rugosus (Emmons, 1858) — ilkin olaraq Polyptychodon cinsinə aid bir pliozavr kimi təsvir edilmişdir. Cinsin yayılma arealının şərq hissəsindən çıxan kiçik ölçülü növdür.
- Deinosuchus riograndensis (Colbert et Bird, 1954) — Cinsin yayılma arealının qərb hissəsindən çıxan ən böyük və qədim bir növ hesab olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Schwimmer, David R. (2002). "A Genealogy of Deinosuchus". King of the Crocodylians: The Paleobiology of Deinosuchus.