Dietilamin
Dietilamin | |
---|---|
Ümumi | |
Sistematik adı | N-etietanamin |
Kimyəvi formulu | C4H11N |
Molyar kütlə | 73,14 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,8786 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −58 ± 1 ℉[1], −50 °C[2], −49,8 °C[3] |
Qaynama nöqtəsi | 132 ± 1 ℉[1], 55,5 °C[3] |
Buxarın təzyiqi | 192 ± 1 mm Hg[1] |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 10,98 ± 0,01[4] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 109-89-7 |
PubChem | 8021 |
RTECS | HZ8750000 |
ChEBI | 85259 |
BMT nömrəsi | 1154 |
ChemSpider | 7730 |
Dietilamin - ikili amindir, ammonyakın törəməsidir, ammonyakın iki atom hidrogeni etil radikalı ilə əvəz olunub.
Alınması
[redaktə | mənbəni redaktə et]Sənayedə etanolun ammonyakla qarşılıqlı təsirindən 350-4500C temperaturda AI2O3, SİO2 katalizatorunun iştirakı ilə və ya150-2300C temperaturada Ni, Co, Re katalizatorunun iştirakı ilə alırlar. Dietilamini həmçinin ammonyakın dietil efiri ilə qarşılıqlı təsirindən, asetaldehidin aminləşmə-reduksiya reaksiyasından, habelə ammonyakın etilxloridlə etilləşmə reaksiyasından alırlar:[5]
- 2C2H5Cl + 3NH3 → (C2H5)2NH + 2NH4Cl
Dietilamini laboratoriyada 4-nitrozo-N,N-dietilanilini qələvi ilə parçalamaqla da alırlar.[6]
Fiziki xassələri
[redaktə | mənbəni redaktə et]Xüsusi iyə malik rəngsiz mayedir. Suda həll olur. Həmçinin aseton, etanol,dietil efirində də həll olur. Atmosfer təzyiqində su, metanol və etanolla azeotrop qarışıq əmələ gətirmir.
Kimyəvi xassələri
[redaktə | mənbəni redaktə et]Başqa əvəzli aminlər kimi əsası xassə göstərərək turşularla dietilammonium duzlarını əmələ gətirir:
- (C2H5)2NH + HCl → (C2H5)2NH2Cl.
Nitrit turşusu ilə N-nitrozodietilaminə kimi nitrozlaşır:
- (C2H5)2NH + HNO2 → (C2H5)2N-NO + H2O
Karbon turşularının xloranhidridi və anhidridləri ilə N,N-dietilamidlərə kimi asilləşir. Alkilhallogenidlər və dimetilsulfatla alkilləşir. Qələvi mühitdə karbonsulfidlə N,N-dietilditiokarbomat əmələ gətirir:
- (C2H5)2NH + CS2 + KOH → (C2H5)2NC(S)SK + H2O
Güclü əsasların təsiri ilə azot atomundan proton ayrılır və nəticədə turşu xassəsi daşıyan duzlar əmələ gətiririr. Məsələn,butillitiumla reaksiya nəticəsində LDA alınır.
- (C2H5)2NH + LiC4H9 → (C2H5)2NLi + C4H10
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Motor yağlarına və yanacaqlara aşqarlar,epoksid qatranlarında bərkidici, vulkanizasiyada sürətləndirici, korroziyaya qarşı inhibitor (məsələn, N,N-dietil moçevina) kimi tətbiq edilir, o cümlədən boya maddələri, , pestisidlər, dərman vasitələri (məsələn, kordiamin, novakain) alınmasında istifadə olunur.
Toksikliyi
[redaktə | mənbəni redaktə et]Yuxarı nəfəs yolları və gözün selikli qişasını qıcıqlandırır. Heyvanlarda zəhərlənmənin əlamətləri: yuxarı nəfəs yollarının və gözün selikli qişasının qıcıqlanması, mərkəzi əsəb sistemlərinin həyacanlanması və sıradan çıxması, tremor, qıcolma,asfiksiya, ölüm. Siçovulların nəfəs yollarına bir saatda 500 – 1000 mq/m³ həcmdə daxil olduqda bir ay ərzində şərti və qeyri-şərti reflekslərin pozulması halları baş verir. Makroskopik: ağ ciyərlərin şişi, daxili orqanlarda qanaxma. Histoloik: hüceyrələrdə kəskin distrofiya və qaraciyərdə nekrobiotik dəyişiklik (Vasilyeva)[7]
Yanma təhlükəsi
[redaktə | mənbəni redaktə et]Dietilamin yanır. Öz-özünə alışma temperaturu 4900C-dir. Alışma, qatılığı həcmdə 2,2 – 14% olduqda baş verir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- http://www.cdc.gov/niosh/npg/npgd0209.html
- Голодников Г.В., Мандельштам Т.В. Практикум по органическому синтезу. - Л.: ИЛУ, 1976 стр. 92-93
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 http://www.cdc.gov/niosh/npg/npgd0209.html.
- ↑ Bradley J., Williams A. J., Andrew S.I.D. Lang Jean-Claude Bradley Open Melting Point Dataset. // Figshare 2014. doi:10.6084/M9.FIGSHARE.1031637.V2
- ↑ 1 2 David R. Lide, Jr. Basic laboratory and industrial chemicals (ing.): A CRC quick reference handbook. CRC Press, 1993. ISBN 978-0-8493-4498-5
- ↑ Hall H. K. Correlation of the Base Strengths of Amines 1 (ing.). // J. Am. Chem. Soc. / P. J. Stang ACS, 1957. Vol. 79, Iss. 20. P. 5441–5444. ISSN 0002-7863; 1520-5126; 1943-2984 doi:10.1021/JA01577A030
- ↑ Вредные химические вещества: Азотсодержащие органические соединения. — Под общей редакцией Курляндского Б. А., Филова В. А. — СПб.: Химия, 1992. — С. 35
- ↑ Рабинович В. А., Хавин З. Я. Краткий химический справочник. — Л.: Химия, 1977. — С. 148
- ↑ Химическая энциклопедия. — Т.5. — М.: Советская энциклопедия, 1999. — С. 493—494