Elmira Abbaslı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elmira Abbaslı
Doğum tarixi 1955
Doğum yeri

Elmira Mikayıl qızı Abbaslı — Azərbaycanın milli geyimləri muzeyinin və "Qızıltikmə" məktəbinin yaradıcısı, İkinci Beynəlxalq Biennal folklor kukla festivalının bürünc mükafatçısı (1989)[1]

1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 15 yaşından tətbiqi sənətlə məşğul olur. 1987-ci ildən Azərbaycan Rəssamlar ittifaqının üzvü. XIX əsr Azərbaycan milli kostyumunun və ənənəvi tikmələrin bərpası ilə məşğul olur.

Bir çox beynəlxalq sərgilər və müsabiqələrin iştirakçısı olmuşdur. Böyük müvəfəqiyyətlə Azərbaycanın tikmələrini Finlandiya, Polşa, Türkiyə, Fransa, Malta və digər ölkələrdə təqdim etmişdir.

1994–1996-cı illərdə Azərbaycanın milli geyimləri muzeyini yaratmışdır.[2]

Muzeyin dizaynı və bütün eksponatları onun ikiillik əməyinin məhsulu olmuşdur. "Qızıltikmə" məktəbinin əsası qoyulmuşdur. İncəsənətin bu növünü o öz tələbələrinə öyrədir. Muzey haqqında Azərbaycan televiziyası üçün film çəkilmişdir. Əsərləri Azərbaycanı dünyanın bir sıra ölkələrində ― Amerikada, Fransada, İngiltərədə, İtalyada, Yunanıstanda, Yaponiyada ― uğurlu təmsil edir.

2001-ci ildə Moskvada Puşkin adına Dövlət Muzeyinin qalereyasıdna fərdi sərgisi keçirilib.[3]

  • Əməkdar mədəniyyət işçisi (2015)[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Elmira Abbaslının 'Sultanın favoriti' sərgisi / Sərgi / Anonslar / Oneclick.az". Oneclick.az - Biznes informasiya portalı (az.). 2015-03-07. İstifadə tarixi: 2024-12-04.
  2. Azərbaycan qadınları, Ensiklopediya, 2001.
  3. http://iculture.spb.ru/index.php/stucult/article/download/1275/1074 Ф. МИР-БАГИРЗАДЕ КУКОЛЬНОЕ ИСКУССТВО АЗЕРБАЙДЖАНСКИХ МАСТЕРОВ И СИМВОЛИЧЕСКИЕ СОДЕРЖАНИЯ В ИХ ПРОИЗВЕДЕНИЯХ
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-12-04.