Elmlər Akademiyası metrostansiyası
Elmlər Akademiyası | ||||
---|---|---|---|---|
2-ci xətt | ||||
Bakı metrosu | ||||
| ||||
Rayon | Yasamal | |||
Açılış tarixi | 31 dekabr 1985 | |||
İnşaat tipi | yeraltı | |||
Platformaların sayı | 1 | |||
Memarları | Mikayıl Useynov | |||
Çıxdığı küçələr | Bəxtiyar Vahabzadə küçəsi, Hüseyn Cavid prospekti | |||
Nəqliyyat | 3, 6, 10, 17, 18, 39, 53, 96, 206 nömrəli avtobuslar | |||
İş rejimi | 06:00—00:00 | |||
Qonşu stansiyalar | İnşaatçılar, Nizami | |||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
|
Elmlər Akademiyası metrostansiyası — Bakı metrosunda stansiya. Metronun yeddi dərində yerləşən stansiyalarından biridir. Stansiyaya daxil olan qatarlarda "Tələbə" musiqisindən fraqment səslənir.
Haqqında
[redaktə | mənbəni redaktə et]2015-ci il dekabrın 28-də stansiyanın 2-ci çıxışı istifadəyə verilmişdir. Bununla da stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına,ikinci çıxış Mətbuat prospektinə, digər iki çıxış isə Bəxtiyar Vahabzadə küçəsinə çıxır. Stansiyaya daxil olan qatarlarda "Tələbə" mahnısından fraqment səslənir.
Yenidən qurulması
[redaktə | mənbəni redaktə et]"Elmlər Akademiyası" stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün stansiyasının I vestibülü 15.04.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanıb.[1] Təmir-bərpa işləri yekunlaşdıqdan sonra 15 sentyabr 2016-cı ildə yenidən istifadəyə verilib.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Elmlər Akademiyası"nın əsas çıxışı bağlandı" (az.). karabakhmedia.az. 15 aprel 2016. İstifadə tarixi: 19 aprel 2016.[ölü keçid]
- ↑ AzərTAc. ""Elmlər Akademiyası" metro stansiyasının birinci vestibülü istifadəyə verilib" (az.). Youtube.com. 15.09.2016. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-15.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Bakı Metropoliteni" QSC rəsmi veb səhifəsi
Bakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |