Eurocopter Tiger

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eurocopter Tiger
Tipi Hücum helikopteri
İstehsalçı Airbus Helicopters
İlk uçuş 27 aprel 1991
İstismarçılar
Buraxılış sayı 206
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eurocopter Tiger - AlmaniyaFransa müştərək istehsalı olan hücum vertolyotudur. 1990-cı illərin başlarında iki ölkənin əməkdaşlığı sayəsində Tiger layihəsinin konstruksiyasına başlanıldı. Aerospatiale və DaimlerChrysler Aerospace AG DASA firmalarının helikopter hissələrinin birləşdirilməsi sayəsində Eurocopter şirkəti formalaşdırıldı. Sonra şirkət Airbus Helicopters tərəfindən satın alınmışdır. Avropanın iki önəmli ölkəsinin bütün texnoloji biliklərinin və güclərinin bu helikopter üzərində cəmləşdirilməsi, vəzifə məsuliyyətinin fərqliliklərindən yaranan çoxməqsədli istifadəyə uyğun olaraq konstruksiya edilməsini təmin etmişdir və helikopteri müasir tələblərə cavab verən səviyyəyə çatdırmağı bacarmışdır.

Bu helikopterin satın alınması ATAK layihəsi ilə Türkiyə Ordusunun da gündəmindəydi. Tiger helikopterinin hər bir helikopterinə düşən maliyyə xərclərinin yüksək olması və ən önəmlisi Erməni soyqırımının Fransa Senatı tərəfindən tanınması səbəbi ilə Türkiyə A-129 Mangusta helikopterlərini almağı seçmişdir. Ayrıca olaraq AH-1 Kobra helikopterlərinin burun qismində olan 20 mm-lik topun Tiger helikopterlərində istəyə görə olması da, ayrıca bir problem olmuşdur.

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]
Eurocopter Tiger helikopterinin hal-hazırkı istifadəçilər mavi rəngdə göstərilmişdir.
Eurocopter Tiger helikopteri
  1. World Air Forces 2014. 2014.
  2. World Air Forces 2008. 2008.