Fətəli şah Qacar
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fətəli şah Qacar | |
---|---|
Fətəli şah ibn Hüseynqulu xan Qovanlı-Qacar فتحعلىشاه قاجار | |
17 iyun 1797 – 23 oktyabr 1834 (ləqəbi: Şahənşah Xaqan) | |
Əvvəlki | Ağa Məhəmməd şah Qacar |
Sonrakı | Məhəmməd şah Qacar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Damğan, Qacarlar dövləti |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | İsfahan, Qacarlar dövləti |
Dəfn yeri | Fatimə-i Məsumə Türbəsi |
Fəaliyyəti | siyasətçi |
Atası | Hüseynqulu xan Qovanlı-Qacar |
Anası | Ağabacı |
Həyat yoldaşları | Tovuz xanım, Xeyrülnisə xanım, Ağabəyim ağa |
Uşaqları | Məhəmmədəli mirzə Qovanlı-Qacar, Abbas Mirzə, Şahbəyim xanım |
Ailəsi | Qacarlar |
Dini | Şiə (İslam) |
Rütbəsi | Marşal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fətəli şah Qacar (1771[1], Damğan, Simnan ostanı – 23 oktyabr 1834, İsfahan) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar Xanədanının banisi Ağaməhəmməd şahın qardaşı Hüseynqulu xan Qovanlı-Qacarın oğludur. Əmisi Ağaməhəmməd şah Qacar uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, Fransa və Rusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Baba xan (əsl adı Fətəli xandır. Ulu babasının şərəfinə adlandırılıb) 1769-cu (hicri 1185-ci) ildə Astrabadın Siyahçalında dünyaya gəlib.
1834-cü ildə vəfat edib.
Hakimiyyətə gəlişi
[redaktə | mənbəni redaktə et]Qacar xanın baş naziri (Sədrəzəm) Etimadəddövlə adı ilə tanınan Hacı İbrahim xan Kəlantər İran şahının ölüm xəbərini Baba Yusif adlı bir xidmətçi vasitəsilə Ağa Məhəmməd şah Qacarın vəliəhdi Xanbaba Cahanbaniyə çatdırdı. Baba Yusif məktubu ona Şirazda çatdırdı. İki təzadlı fikri Xanbaba Cahanbaniyə bir məktubda çatdırmalı olan Hacı İbrahim xan Etimadəddövlə məktubun əvvəlində ondan əvvəl deyilmiş bir şeir yazdı. Bu şeir həyatı tərk etmiş şahın ölüm xəbərini taxt-taca varis olacaq yeni padşaha çatdırmaq və onu təbrik etmək məqamında yazılırdı. O şeir belə idi:
Bilmirəm ağlayım, yoxsa ki, gülüm, Çünki dərya batdı, yox oldu, lakin gövhər üzə çıxdı.
Xanbaba Cahanbani (Fətəli şah) əmisinin ölüm xəbərini eşidib ağladı. Onun ətrafındakılar da bir az ağlayıb sonra Xanbabanı təbrik etdilər. Baba Yusif Şafir Xanbabadan ənam aldıqdan sonra İranın yeni padşahının məktublarını Şiraz və İsfahan arasında yerləşən şəhərlərin hakimlərinə çatdırmaq üçün mürəxxəs oldu.
Xanbaba Cahanbaninin göstərişi ilə tezliklə möhür həkk olundu və müxtəlif vilayətlərə göndərilən proqramlar həmin möhürə Şah Baba Qacar adı ilə möhürləndi. Yeni padşah 1797-ci miladi/1212-ci hicri ilinin Ramazan bayramında özünə Fətəli şah adını qoydu. Həmin ilin Ramazan bayaamı günü Novruz bayramının və baharın başlandığı gün idi və həmin gün Fətəli şah Tehranda tacqoyma mərasimi keçirdi.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Fətəli şah şair idi. Xaqan təxəllüsü ilə şeirlər yazırdı.
Eşitmişəm ki, busənin qiymətini cana bərabər edib, Min heyf olsun ki, bədənimdə min canım yoxdur.
Gözəllərin üzünün xəyalı ilə sinəmdən ucalan ürək nalələrim Firəng kilsəsindəki zəng səsi kimidir.
(Sətri tərcümə)
Övladları
[redaktə | mənbəni redaktə et]Oğulları
- Məhəmmədəli mirzə Qovanlı-Qacar, Dövlətşahi (1788–1821)
- Abbas mirzə Qovanlı-Qacar Naibəssəltənə, (1789–1833)
- Məhəmmədqulu mirzə Qovanlı-Qacar
- Məhəmmədtağı mirzə Qovanlı-Qacar
- Məhəmmədvəli mirzə Qovanlı-Qacar
- Hüseynəli mirzə Qovanlı-Qacar
- Həsənəli mirzə Qovanlı-Qacar
- Əlinağı mirzə Qovanlı-Qacar
- Şeyxəli mirzə Qovanlı-Qacar
- Əlixan mirzə
- Abdulla mirzə
- Məhəmmədrza mirzə
- İmamverdi mirzə
- Mahmud mirzə
- Heydərqulu mirzə
- Hümayun mirzə
- Allahverdi mirzə
- İsmayıl mirzə
- Əhmədəli mirzə Qovanlı-Qacar
- Əlirza mirzə
- Keyqubad mirzə
- Bəhram mirzə
- Şapur mirzə
- Məlik Qasım mirzə Qovanlı-Qacar
- Manuçöhr mirzə
- Hürmüz mirzə
- Məlik İrəc mirzə
- Keykavus mirzə
- Şahqulu mirzə
- Məhəmmədmehdi mirzə
- Keyxosrov mirzə
- Keymərz mirzə
- Cahanşah mirzə
- Süleyman mirzə
- Fətulla mirzə
- Məlik Mənsur mirzə
- Bəhmən mirzə
- Sultan Məhəmməd mirzə
- Sultan Səlim mirzə
- Sultan Mustafa mirzə
- Seyfulla mirzə
- Yəhya mirzə
- Məhəmmədəmin mirzə
- Sahibqran mirzə
- Pərviz mirzə
- Məhəmmədhadi mirzə
- Fərruxsiyər mirzə
- I Əliqulu mirzə Qovanlı-Qacar
- Sultan Əhməd mirzə
- Kamran mirzə
- Abbasqulu mirzə
- Əmənulla mirzə
- Nurulla mirzə
- Cəlaləddin mirzə
- Sultan Hüseyn mirzə
- Xanbaba Cahansuz mirzə
- Övrəng mirzə
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- 25 sentyabrda doğulanlar
- 1772-ci ildə doğulanlar
- 62 yaşında vəfat edənlər
- 23 oktyabrda vəfat edənlər
- 1834-cü ildə vəfat edənlər
- Qacarlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- 1771-ci ildə doğulanlar
- Damğanda doğulanlar
- İsfahanda vəfat edənlər
- Bioqrafik qaralamalar
- Azərbaycan hökmdarları
- Qacar şahları
- Tehranda vəfat edənlər
- Azərbaycanlı generallar