Fəthiyə
Fəthiyə | |
---|---|
Fethiye | |
36°37′14″ şm. e. 29°06′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi | 3059 km² |
Mərkəzin hündürlüyü | 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
fethiye.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Fəthiyə rayonu - Türkiyə Respublikası Muğla əyalətinin 13 rayonundan biri
Tarixi
[redaktə | mənbəni redaktə et]E.ə. VI əsrdə Fəthiyə bölgəsi Əhəmənilər İmperiyasına daxil oldu. E.ə. V əsrdə isə Delos Birliyinə daxil olur. Fəthiyə şəhərinin E.ə. V əsrdə salındığı güman edilir. Bölgə E.ə. 362-ci ildə Likiyaya daxil olur. Qədim dövrdə Telmessos adlandırılan şəhər Likiyanın Kariya ilə sərhəddə yerləşən bir əyaləti olub. Telmessos şəhərinin əfsanəsinə görə Finikiya kralı Agenorun qızına vurulan Apollon, köpək cildinə girərək utancaq qıza yaxınlaşır və evlənirlər. Doğulan oğlana Telmessos adını qoyan Apollon, qurduğu bu şəhərə Telmessos adı verir. Roma və Bizans dövründə olduqca böyük mədəniyyət mərkəzi olan Telmessos, Tanrı Apollona adanmış məşhur bir dini mərkəz olduğu da ehtimal olunur. Farsların Anadoluya hücumu zamanı Likiya torpaqları ilə birgə farsların hakimiyyəti altına girdi. Bu Torpaqları Farsların Kariya satrapı Mausolos idarə edirdi. E.ə. 333-cü ildə Makedoniyalı İsgəndərin işağına məruz qalan Telmessos Makedoniyalılardan sonra Selevkilərin hakimiyyətini qəbul edir. E.ə. III əsrin sonlarında Misirdəki Lagos xanədanlığına daxil olur. Şəhər E.ə. 189-cu ildə Romalılar tərəfindən Bergama krallığına, E.ə. 133-cü ildə isə Likiya Birliyinə daxil olur. VIII əsrdə Bizans imperatoru II Anastasinin şərəfinə şəhər Anatasiapolis olaraq adlandırıldı. Rum Səlcuqlu dövləti dövründə Menteşe bəy rəhbərliyindəki türk boyu Bizansla sərhəddə yerləşən Muğla əyalətinə yerləşdirilir. Rum Səlcuqlu dövlətinin çökməsi ilə Menteşeoğulları bu torpaqlarda 1261-ci ildə öz bəyliyini qurdular. 1284-cü ildə Anatasiapolis adlanan şəhər Menteşeoğulları bəyliyinə daxil olur. 1424-cü ildə Menteşeoğulları bəyliyi Osmanlılar tərəfindən işğal olunarkən Anatasiapolisdə osmanlıların hakimiyyətinə girdi. Bu dövrdə əyalətin adı Meğri olaraq dəyişdirildi. Rum dilində Meğri "uzaq diyar" kimi tərcümə edilir. Bölgənin bugünkü adı 1914-cü ildə təyyarə qəzasında şəhid düşən Fəthi bəyin şərəfinə Fəthiyə olaraq dəyişdirilir. Fəthiyə bölgəsi 11 may 1919-cu il tarixindən 20 iyun 1920-ci il tarixinə qədər İtalyanların işğalı altında qalıb.[1][2]
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Fəthiyə, Aralıq dənizi bölgəsinin qərbində, Muğla əyalətinə bağlı bir rayondur. Ümumi sahəsi 3059 km2-dir. Muğla əyalətidə daxil ən geniş əraziyə sahib rayondur. şərqində və cənub-şərqində Antalya əyalətinə bağlı Korkuteli və Almalı rayonları, cənubunda, cənub-qərbində və qərbində Aralıq dənizi, qərbində Qapıdağ yarımadası, şimal-qərbində Dalaman rayonu, şimalında Dənizli və Burdur rayonları yerləşir. Qədim Telmessos şəhəri Fəthiyə rayonunda, Fəthiyə körfəzinin şərqində, Fəthiyə düzənliyinin cənub-qərbindədir. İzmir-Muğla istiqamətində gələrək Antalyaya çatan sahil yolu 1 km şərqindən keçir. Bu yolla əyalət mərkəzi Muğlaya 130 km məsafə var. Fəthiyə rayonunda bir çox zəlzələlər başvermişdir. Faktiki olaraq bilinən ilk zəlzələ 1856-cı ildə baş vermişdir. 25 aprel 1957-ci ildə saat 04:25-də 7.1 bal gücündə zəlzələ zamanı 67 nəfər ölmüş, 3200 bina zədələnmişdi.[3] Təkrar bərpa edilərkən müasir bir limanda inşa edildi. 10 iyun 2012-ci ildə Ölüdəniz sahillərində 6.1 bal gücündə zəlzələdə ölən və yaralananlar olmasa da bir neçə bina xəsarət aldı.[4]
İqlim
[redaktə | mənbəni redaktə et]Fəthiyədə yaz ayları isti və quraq, qış ayları isə sərin və yağışlı olduğu Aralıq dənizi iqlim tipi hakimdir. Yağışlar adətən payızın sonlarına doğru başlayır və qışda daha da çoxalır. Sahildən uzaqlaşdıqca iqlim sərtləşir. Dəniz suyunun ən soyuq olduğu ay 15.8 dərəcəlik istilik ilə Yanvar ayıdır. Avqust ayında ortalama dəniz suyunun istiliyi 28.8 dərəcəyə çatır.
Kənd təsərrüfatı
[redaktə | mənbəni redaktə et]Rayon iqtisadiyyatında əhəmiyyətli yerlərdən birini kənd təsərrüfatı və heyvandarlıq tutur. Ümumi əkin ərazisi 64395 hektar olub, bunun 40%-i(25841 ha) quru əkinçilik ərazisi, 60%-i (38554 ha) suvarma əkinçilik ərazisidir. Suvarılan ərazilərdə iqlim və torpaq quruluşuna görə Polikültür kənd təsərrüfatı həyata keçirilir. Rayonumuzda kənd təsərrüfatı, kənd iqtisadiyyatında əhəmiyyətli bir paya sahibdir. Əhalinin 55%-iəkinçiliklə məşğuldur. Ümumilikdə 20642 kəndçi ailə dolanışığını əkinçiliklə təmin edir.[5]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2013-cü ildə əhalinin siyahıya alınmasına görə Fəthiyə rayonunun ümumi əhalisi 145643 nəfərdir. 2014-cü ildə əhalinin 49.63%-i 72283 nəfəri qadın, 50.37%-i 73360 nəfəri kişidir. Ən çox əhali Tuzla kəndində (17003 nəfər), ən az isə Keçilər kəndində (197 nəfər) yaşayır. Statistikaya əsasən 2012-ci ildə rayonun ümumi əhalisi 195419 nəfər[6] idisə, 2014-cü ildə əhalinin sayı azalaraq 150509 nəfər[7] olmuş, 2014-cü ildə isə təkrar çoxalma müşahidə edilir.[8]
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Fəthiyə rayonuna getmək üçün xeyli sayda nəqliyyat yolu vardır. Muğla, Antalya və Burdur ilə bağlantılı 3 avotomobil yolu var. Rayondan 50 km məsafədə yerləşən Dalaman Hava Limanı vasitəsi ilə hava yolarından istifadə edə bilərsiniz. Bodrum-Milas Hava Limanı isə 225 km məsafədə yerləşir. Türk Hava Yollarının bütün il boyu davam edən səfərləri ilə yanaşı, turizm mövsümündə Avropanın bəzi bölgələrindən bura səfərlərdə təşkil edilir. 3 saatlıq məsafədə yerləşən Antalya Hava Limanıda Fəthiyə hava yollarında daha bir alternativdir. Bundan başqa Fəthiyə Dəniz Limanıda fəaliyyət göstərir ki, rayona səfər edənlər bu yolla da gələ bilərlər.
Turizm və mədəniyyət
[redaktə | mənbəni redaktə et]Fəthiyə bölgəsi Türkiyənin əhəmiyyətli turizm bölgələrindən biridir. Fəthiyə şəhərinin simvolu olan Amitas məzarı şəhəri əhatə edən təpə üzərində yerləşir. Burada o açıq hava muzeyi görüntüsü yaradır. IV əsrdə Telmessos şəhərinin başçısı Kral Amintaşın şərəfinə hazırlandığı bu məzarla yanaşı, Telmessos akropoluna aid olan və Əziz John Cəngavərləri tərəfindən inşa edildiyi Qala qalıqları var. Qalanı, Fəthiyəni bir dəniz limanı kimi istifadə edən Rodos cəngavərləri XV əsrdə bərpa etdilər. Fəthiyənin mərkəzində gəzinti zamanı, Hökumət evinin baxçasında yer alan üzərində döyüşçü yazıları olan Qəbirdaşı diqqətimizi çəkəcək. Bundan başqa qazıntılar nəticəsində ortaya çıxan Telmessos amfi teatrı ilkin Roma dövründə inşa edilib və 5000 nəfərlik binanın Bizans dövründə Arena olaraq istifadə edildiyi müəyyən edilmişdir. Bu teatr körpünün arxasında yerləşir. Burada Osmanlı tərəfindən 1791-ci ildə inşa edilən Köhnə Məscid və bu gündə istifadə edilən 14 qübbəli və 6 kəmərli bir quruluşa sahib Fəthiyə hamamıda var. Bu iki abidə Paspatur məhəlləsindən də görünür. Bundan başqa 2001-ci ildə Fəthiyə Şəhidlər Abidəsini də görə bilərsiniz. Abidənin üstünə həkk edilən yazılarda döyüşlərdə şəhid olan əsgərləri görə bilərsini.
Fəthiyə Muzeyi
[redaktə | mənbəni redaktə et]Fəthiyə muzeyi şəhərin mərkəzində yerləşir. Likiya, Əhəmənilər, Ellinizm, Roma və Bizans dövründə aid arxeoloji əsərləri görə biləcəyimiz muzeyin etnoqrafiya hissəsində yerli əhaliyə məxsus tikiş nümunələri, əl işləri, kaftanlar və digər əşyalar nümayiş edilir. Burada xüsusilə Üzümlü bölgəsinə xas olan "Dastar" tikiş dəzgahı var. Muzeyin açıq hissəsində böyük daş bloklu əsərlər, qəbir məzarları və Likiya mədəniyyətinə aid "İzraza abidəsi" sərgilənir. Telmessos və ətrafındakı digər antik şəhərlərdən qazıntılar nəticəsində əldə edilən əşyaları Fəthiyə muzeyində görə bilərsiniz.
Gəmi turları
[redaktə | mənbəni redaktə et]Fəthiyə körfəzindən qərbə və şimal-qərbə doğru adaların sahilləri ilə gəmi turları təklif edilir. Gəmi turlarının ən məşhuru Göcek tərəfindən "12 ada turu" və digəri Ölüdəniz turlarıdır. 12 ada turunda Qızılada, Dəlikli adalar, Yassıcalar, Tərsanə, Donuz adalarından sonra Kleropatra hamamında kiçik fasiələ edilir. Daha sonra isə Bədri Rəhmi və Göbün kəndlərinə səfər edilir. Son məkan isə Körfəzin girişində yerləşən Cəngavər adasıdır.
Göcek
[redaktə | mənbəni redaktə et]Dalaman Hava Limanından 18 km məsafədə yerləşən Göcek Fəthiyədən təqribən 37 km məsafədədir. Göcekə avtomobillərlə gələnlər tıxac səbəbiylə avtomobillərini avto dayancaqlarda saxlamalı olurlar. Fəthiyə körfəzinin Göcek sahilləri gəmilərin, qayıqların dayandığı ən məşhur məkanlardan biridir. Burda qidalanma obyektləri və ticarət mərkəzləri yerləşir. Burada turizm obyektlərinin hamısı demək olar ki, körfəzin sahillərində yerləşir. Buradan Yassıcılara, Kleopatra hamamına, Tərsanə və Donuz adalarına, Bədri Rahmi kəndinə getmək mümkündür.
Ölüdəniz
[redaktə | mənbəni redaktə et]Ovacık və Hisarönü turizm bölgələrini keçdikdən sonra qarşınıza Belcekiz çimərliyi gəlir. Çimərlikdən dərhal sonra isə Fəthiyənin məşhur məkanlarından olan Ölüdəniz bölgəsi görünür. 2006-cı ildə dünyanın ən gözəl çimərliyi seçilən Ölüdənizdə 950 hektarlıq ərazi Kumburnu Təbiət Parkı kimi mühafizə edilir. Burada müasir otellər, pansionatlar və digər kampinqlər turizm mövsümündə turistlərə xidmət göstərir. Yamac Paraşüt Mərkəzlərindən biri olan 1950 metr yüksəklikdə yerləşən Babadağ Fəthiyədən təqribən 1 saatlıq məsafədə yerləşir. Babadağın ətəklərində Kəpənəklər Vadisi gəlir. Bu vadidəki iki cığırdan biri Likiya yolunun başlanğıc nöqtəsidir.
Mətbəx
[redaktə | mənbəni redaktə et]Bölgə mətbəxi balıq və balıq yeməklər ilə zəngindir. Bundan başqa Egey və Aralıq dənizi mətbəxinin tərəvəzli yeməkləridə ən çox istifadə edilən yeməklər arasındadır. Fəthiyə və bölgələrində yeməklər bişirilərkən yabanı bitkilərdən çox istifadə edilir. Şəhər mərkəzində Balıq bazarı dəniz məhsullarının və balıq növlərinin ən bol olduğu eerlərdən biridir. Bazarın ətrafını əhttə edən kiçik balıq restoranları çox aşağı qiymətə balıq yeməkləri bişirir. Paspatur məhəlləsində də balıq və ət restoranları var. İsti yazaylarında kölgəli ağaclara və adını aldığı Paspatur suyunda üzən ördəklərə tamaşa edərək keyfli bir vaxt keçirmək olar. Çalış çimərliyi boyunca düzülmüş restoranlarda gözəl mənzərəli bir yaz axşamı keçirməkdə olar.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Fethiye ilçesi" (PDF). 2022-06-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-30.
- ↑ "Türkiyə Vikipediyası - Fethiye". 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- ↑ "Boğaziçi Evrenkenti-Ulusal Deprem İzleme Merkezi". 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- ↑ "Aralıq dənizində 6.1 bal gücündə zəlzələ". 2019-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- ↑ "Fethiye Kaymakamlığı - Tarım". 2015-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
- ↑ "Türkiye İstatistik Kurumu - 2012 genel nüfus sayısı". 2013-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-20.
- ↑ "Türkiye İstatistik Kurumu - 2013 genel nüfus sayısı". 2014-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-15.
- ↑ "Türkiye İstatistik Kurumu - 2014 genel nüfus sayısı". 2015-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-10.
Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |