Fate/Zero

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fate/Zero
Birinci cildin üzlüyü. Personajlar: Ayrisvil fon Ayntsbern (solda), Seyber (ortada) və Kiritsuqu Emiya (sağda).
フェイト/ゼロ
(Feito/Zero)
azərb. Tale/Sıfır
Janr döyüş, dram, triller, faciə, müasir fentezi
Manqa
ManqakaQen Urobuçi
RəssamTakaşi Takeuçi
NəşriyyatType-Moon
Nəşr tarixi29 dekabr 200629 dekabr 2007
Cildlər4
Manqa
YazıçıQen Urobuçi
RəssamŞinciro
NəşriyyatKadokawa Shoten
Tərcüməçi nəşriyyat
JurnalYoung Ace
DemoqrafiyaSeynen
Nəşr tarixifevral 2011 – hazırda
Cildlər11
Anime
RejissorEy Aoki
ProdüsserAtsuhiro İvakami
SsenaristAkira Hiyama
Akihiro Yoşida
BəstəkarYuki Kaciura
StudiyaUfotable
Digər lisenziyalar
Madman Entertainment
Aniplex of America
MVM Films
KanalTokyo MX, GYT, GTV, TVS, TVA, MBS, CTC, tvk, TVh, TVQ, BS11, Kids Station
Buraxılış tarixi1 oktyabr 201123 iyun 2012
Seriyalar25 (seriya siyahısı)
  Anime və manqa portalı

Fate/Zero (yaponca: フェイト/ゼロ, Hepbörn: Feito/Zero?, azərb. Tale/Sıfır‎) — Takaşi Takeuçinin rəssamlığı ilə Qen Urobuçi tərəfindən yazılan ranobe. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanı üçün prikvel təşkil edir. Ranobenin ilk cildi 29 dekabr 2006-cı ildə buraxılmışdır və Type-Moon ilə Nitroplus şirkətləri arasındakı əməkdaşlıqla ərsəyə gəlmişdir.[1] İkinci cildi 31 mart 2007-ci ildə, üçüncü cildi 27 iyul 2007-ci ildə nəşr olunmuşdur. Dördüncü və sonuncu cildi 29 dekabr 2007-ci ildə buraxılmışdır.

Manqa adaptasiyası 2011-ci ilin fevralından nəşr olunur və indiyə qədər 11 cildi çapdan çıxmışdır. 2008-ci ildən 2010-cu ilə kimi 4 Drama CD seti buraxılmışdır. Ufotable studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuşdur. Birinci mövsüm 1 oktyabrdan 24 dekabr 2011-ci ilə kimi, ikinci mövsümü 7 apreldən 23 iyun 2012-ci ilə kimi yayımlanmışdır.

"Fate/Zero"-da baş verən hadisələr "Fate/stay night"-da baş verən hadisələrin 10 il əvvəlidir və Fuyuki şəhərində baş verən Dördüncü Müqəddəs qədəh müharibəsindən söz açılır. Müqəddəs qədəh müharibəsi bir neçə əsr bundan əvvəl Ayntsbern, Mato və Tosaka ailələri tərəfindən yaradılmış müsabiqədir. Bu müsabiqədə yeddi sehrbaz — usta iştirak edir və hər sehrbazın bir Qəhrəman ruhu — xidmətçisi olur. Qəhrəman ruhları keçmişdə yaşayıb ölən məşhur tarixi qəhrəmanların ruhlarıdırlar və yeddi tipə bölünürlər: Seyber, Arçer, Lanser, Berserker, Rayder, Assassin və Kaster. Hər ustanın sağ əlində xidmətçisinə istəmədiyi bir hərəkəti etməyə məcbur edən 3 Əmr sehri var. Cütlüklər bir-birilərinə qarşı döyüşməlidirlər. Sonda qalan cütlük arzuları yerinə yetirə bilən Müqəddəs qədəhə sahib olacaqdır.

Ayntsbern ailəsi üç ardıcıl uğursuz cəhddən sonra Müqəddəs qədəhi nə olursa olsun qazanmaq fikrindədir. Bu məqsədlə ailə muzdlu qatil və sehrbaz qatili Kiritsuqu Emiyanı ailəyə daxil edir. Kiritsuqu əvvəllər dünyadakı hər kəsi xilas edə biləcək qəhrəman olmaq istəsə də, bir insanı xilas etmək üçün digərini fəda etmək lazım olduğunu dərk edəndən sonra bu idealından əl çəkmişdi. Kiritsuqu Müqəddəs qədəhi qazanmaqla bütün dünyaya sülh arzulamaq fikrindədir. Bunun üçün isə yoluna çıxan hər kəsi öldürmək fikrindədir. Kiritsuqunun xidmətçisi Seyber olur.

Bir tərəfdə də Tosaka ailəsinin başçısı və müharibə iştirakçılarından biri olan Tokiomi narahatlıq içərisindədir: Müqəddəs qədəhin yanlış əllərə düşməsini istəmir. Buna görə də başqa kafir edamçısı və Müqəddəs qədəh müharibəsi iştirakçısı Kirey Kotomine ilə ittifaq bağlayır. Kireyin xidmətçisi Assassin olur. Kiritsuqu Kireyi, Kirey isə Kiritsuqunu özünə qarşı ən böyük təhdid hesab etməyə başlayır.

Tezliklə bütün ustalar və xidmətçilər məlum olur və müharibə başlayır. İlk öldürülən xidmətçi Assassin olur. Müqəddəs qədəhi ələ keçirmək əvəzinə yoldan çıxan Kasteri Seyber, Lanser, Rayder və Arçer birlik olub öldürürlər. Tezliklə Seyber Lanserə meydan oxuyur. Lakin döyüşün ortasında Kiritsuqu Lanser və ustasını öldürür. Xidmətçisiz qalan Kirey ittifaq bağladığı Tokiomini öldürür və onun xidmətçisi Arçeri özünə xidmətçi edir. Arçer Rayderi, Seyber Berserkeri öldürür. Təkbətək döyüşdə Kiritsuqu Kireyi öldürür, lakin Müqəddəs qədəhin onun istədiyi arzusunu həyata keçirə bilməyəcəyini anlayır. Buna görə də Seyber ilə Arçer arasındakı döyüş zamanı Seyberə Əmr sehri ilə Müqəddəs qədəhi məhv etməyi əmr edir. Lakin bu əks təsir verir və şəhərin müəyyən hissəsi məhv olur. Etdiklərindən peşman olan Kiritsuqu xarabalıqlar arasında Emiya (daha sonra "Fate/stay night"-ın əsas qəhrəmanı olur) adlı oğlanı xilas edir. Tezliklə Kirey ilə Arçerin əslində sağ olduqları ortaya çıxır.

Kiritsuqu Emiya (衛宮 切嗣, Emiya Kiritsugu?)
Səsləndirən: Rikiya Koyama, Miyu İrino (gənc)
Kiritsuqu baş qəhrəmandır. Seyberin ustasıdır. Seyberi Ekskalibur qılıncının qını Avalondan katalizator kimi istifadə edərək çağırır. Təcrübəli döyüşçü olan Kiritsuqunun əsas hədəfi dünyadakı bütün münaqişələrə son qoymaqdır. Sehrbaz qatili də kimi tanınan Kiritusuq Ayntsbern ailəsi tərəfindən ailəsinə daxil olur və ailəni Müqəddəs qədəh müharibəsində təmsil etmək hüququna malik olur. Müqəddəs qədəhin onun arzusunu həyata keçirə biləcəyinə inanaraq müharibədə iştirak etməyə razı olur. Kiritsuqunun döyüş strategiyası düşmənin zəif yerlərini vurmağa əsaslanır. Kiritsuqunun fikrincə çoxluğu xilas etmək üçün azlığı öldürmək lazımdır, lakin Kiritsuqu əslində bunu ürəkdən istəmir. Şiro Emiyanın ögey atası, İlyasvil fon Ayntsbernin isə bioloji atasıdır.
Ayrisvil fon Ayntsbern (アイリスフィール・フォン・アインツベルン, Airisufīru fon Aintsuberun?)
Səsləndirən: Sayaka Ohara
Ayrisvil əsas personajlardan biridir. İlyasvil fon Ayntsbernin anası, Kiritsuqunun isə həyat yoldaşıdır. Ayrisvil əslində Ayntsbern ailəsi tərəfindən yaradılmış homunkuldur. Ayntsbern ailəsinin digər üzvləri kimi o da əlkimyada mütəxəssisdir. Ayrisvil həmişə Seyberlə birlikdə gəzir, çünki Kiritsuqu özünün Seyberə uyğun olmadığını düşünür. Ayrisvilin əsl funksiyası Müqəddəs qədəh üçün kanal funksiyası yerinə yetirməkdir. Altı xidmətçi öldükdən sonra Ayrisvil insanlığını və şüurunu itirəcək və Müqəddəs qədəhi gətirəcəkdir.
Seyber (セイバー, Seibā?)
Səsləndirən: Ayako Kavasumi
Seyberin əsl şəxsiyyəti "Daşdakı qılıncı" çıxararaq Britaniya kralı olmuş Cəngavərlər kralı Arturiya Pendraqondur. Seyber sinfi digər xidmətçi sinifləri arasında ən güclüsü hesab olunur. Seyber döyüş zamanı şərəfə üstünlük verir, onun fikrincə şərəf qələbədən vacibdir. Seyber ilə Kiritsuqunun məqsədləri eyni olsa da, həyatdakı ideoloji prespektivləri fərqli olduqlarından aralarındakı əlaqə elə də isti deyil. Seyberin Müqəddəs qədəhi ələ keçirməkdə məqsədi ölkəsi Britaniyanı xilas etməkdir, lakin müharibə bitdikdən sonra arzusu dəyişir. Belə ki, Seyber hesab edir ki, ölkəsinin çökməsinin əsas səbəbi onun qeyri-effektiv liderliyidir və əgər başqası kral seçilsə, Britaniya çöküşdən xilas ola bilər.
Kirey Kotomine (言峰 綺礼, Kotomine Kirei?)
Səsləndirən: Coci Nakata
Kirey Assassinin ustasıdır. Rəhbəri Tokiomi üçün işləyir və onun istəklərini yerinə yetirir. Kirey dindar həyatı yaşayır və Müqəddəs qədəhdən heç bir arzusu yoxdur. Kiritsuquda özündə olduğu kimi boşluq görür və ona nifrət edir. Kiritsuqu Kireyi Müqəddəs qədəh müharibəsində ən böyük rəqibi kimi görür. Müharibənin gedişatında Tokiomini öldürür və Arçerin ustası olur. Kirey sadəcə olaraq həyatdakı məqsədini öyrənmək üçün döyüşür.
Xidmətçilər
Sinif Əsl şəxsiyyəti Ustası Sinif xüsusiyyəti
1 Seyber Kral Artur Kiritsuqu Emiya Güclü hücumlar etmək qabiliyyətinə malik sinifdir. Ən güclü sinif hesab olunur.
2 Lanser Diarmayd Ua Dubin Kenner Arçibald El-Melloy Əla nizə istifadə etmə qabiliyyətinə malik sinifdir.
3 Arçer Gilqameş Tokiomi Tosaka Əla oxçuluq və görmə qabiliyyətinə malik sinifdir. Hədəfi ən uzaq məsafələrdən vura bilərlər.
4 Rayder Makedoniyalı İsgəndər Veyver Vellet At/araba istifadə edən sinifdir. Sürət baxımından ən üstün sinifdir.
5 Kaster Jil de Re Ryuunosuke Uryuu Sehrbazlıq qabiliyyətinə malik sinifdir.
6 Berserker Lanselot Kariya Mato Ağlını itirmiş və həddən artıq güclü olan sinifdir.
7 Assassin Həsən Sabbah Kirey Kotomine Suiqəsdçilik bacarığına malik sinifdir. Strategiya və taktika baxımından daha üstündürlər.

"Fate/Zero" Takaşi Takeuçinin rəssamlığı ilə Qen Urobuçi tərəfindən yazılmış ranobe seriyasıdır. Type-Moon şirkətinin "Fate/stay night" vizual romanı üçün prikvel rolunu oynayır. İlk cildi 29 dekabr 2006-cı ildə,[2] sonuncu cildi 29 dekabr 2007-ci ildə buraxılmışdır.[3]

2008-ci ildən 2010-cu ilə kimi 4 Drama CD seti buraxılmışdır.[4][5] "Return to Zero" adlı saundtrek 31 dekabr 2007-ci ildə buraxılmışdır.[6]

Anime adaptasiyasının yayımlanmasından sonra hər anime boks-setinə Qen Urobuçi tərəfindən yazılmış bir Drama CD daxil edilmişdir və 2011-ci ildən 2012-ci ilə kimi buraxılmışdır.[7][8]

"Young Ace" jurnalının 2011-ci il buraxılışında anime adaptasiyasının çəkiləcəyi anons edilmişdir. Anime serialı Ufotable studiyası tərəfindən çəkilmiş və 2011-ci ilin oktyabrında yayımlanmağa başlamışdır.[9] Bu, "Fate" seriyasının 3-cü anime adaptasiyasıdır (əvvəlkilər 2006-cı ildə istehsal olunmuş "Fate/stay night" anime serialı və 2010-cu ildə istehsal olunmuş "Fate/stay night: Unlimited Blade Works" anime filmi idi). Nico Nico DougaAniplex "Fate/Zero" animesini bütün dünyada səkkiz dildə subtitrlarla yayımlanmışdır: koreya, çin (ənənəvi və sadələşdirilmiş), ingilis, fransız, alman, italyanispan.

Əvvəlcə bütün seriyaları fasiləsiz yayımlamaq planlaşdırılsa da, daha yaxşı animasiya əldə etmək üçün 13-cü ilə 14-cü seriyalar arasında fasilə verilmişdir. Birinci mövsüm 1 oktyabrdan 24 dekabr 2011-ci ilə kimi, ikinci mövsüm isə 7 apreldən 23 iyun 2012-ci ilə kimi davam etmişdir. Birinci mövsümün açılış mahnısı LiSA tərəfindən ifa olunan "oath sign" mahnısı, bağlanış mahnısı Aoi Eyr tərəfindən ifa olunan "Memoria" mahnısı olmuşdur. İkinci mövsüm üçün açılış mahnısı kimi Kalafina tərəfindən ifa olunan "to the beginning" mahnısı, bağlanış mahnısı kimi isə Luna Haruna tərəfindən ifa olunan "Up On the Sky, The Wind Sings" (空は高く風は歌う, Sora wa Takaku Kaze wa Utau?) mahnısı səsləndirilmişdir. 18-ci və 19-cu seriyaların bağlanış mahnısı Kalafina tərəfindən ifa olunan "Perfect Sky" (満天, Manten?) olmuşdur. Anime serialı Aniplex of America tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Animenin ingiliscə dublajı Viz Media-nın Neon Alley saytı vasitəsilə 2013-cü ilin aprelində yayımlanmağa başlamışdır.[10]

Manqa adaptasiyası "Young Ace" jurnalının 2011-ci il fevral buraxılışında nəşr olunmağa başlamışdır.[9] Manqanın rəssamı Şincirodur və indiyə qədər 11 cildi buraxılmışdır. Dark Horse Comics tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.

"Fate/Zero materialı" adlı kitab 8 avqust 2008-ci ildə çapdan çıxmışdır.[11] Type-Moon tərəfindən nəşr olunmuş kitab romanın nəşr olunmuş şəkillərini, ətraflı personaj profillərini və ümumi hekayənin xülasəsini özündə birləşdirir. Yaponiyada smartfonlar üçün iki videooyun adaptasiyası ("Fate/Zero The Adventure""Fate/Zero Next") buraxılmışdır.[12][13]

2016-cı ilin iyulunda Charapedia istifadəçiləri tərəfindən anime serialının ikinci açılış mahnısı "To the Beginning" qadın müğənni tərəfindən ifa olunan ən yaxşı 15-ci (113 səs), ikinci açılış mahnısı "Oath Sign" isə qadın müğənni tərəfindən ifa olunan ən yaxşı 9-cu (158 səs) anime mahnısı seçilmişdir.[14]

  1. "Official Fate/Zero Website" (Japanese). Nitroplus/Type-Moon. 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
  2. "vol1" (Japanese). Type-Moon. 2012-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
  3. "vol4" (Japanese). Type-Moon. 2010-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
  4. "SOUND DRAMA Fate/Zero vol.1" (Japanese). Amazon.co.jp. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
  5. "SOUND DRAMA Fate/Zero vol.4" (Japanese). Amazon.co.jp. May 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 27, 2010.
  6. "RETURN TO ZERO Fate/Zero Original Image Soundtrack" (Japanese). Amazon.co.jp. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
  7. "Gen Urobuchi Confirms He Is Writing Fate/Zero Drama CD". 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
  8. "Aniplex USA Confirms Release of Fate/Zero 2 BD Boxset". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
  9. 1 2 "Fate/Zero Novel Gets Ufotable Anime Along With Manga". Anime News Network. December 21, 2010. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
  10. "Fate/Zero Anime to Get English Dub, Will Stream on Neon Alley". Anime News Network. 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
  11. "Fate/Zero material" (Japanese). Amazon.co.jp. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
  12. "Fate/Zero The Adventure Coming To iPhone This Spring". Siliconera. 2015-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
  13. "Servants Gather For Fate/Zero: Next Encounter". Siliconera. 2015-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
  14. "Japanese Fans Pick The Great Anime Songs By Female And Male Vocalists". Crunchyroll (ingilis). 1 avqust 2016. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]