Favstos Buzand
Naviqasiyaya keç
Axtarışa keç
Favstos Buzand | |
---|---|
erm. Փավստոս Բուզանդ | |
Doğum tarixi | IV əsr |
Vəfat tarixi | V əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Favstos Bizand (erm. Փավստոս Բուզանդ, P'avstos Buzand; IV əsr – V əsr) — V əsrdə yaşamış erməni tarixçisi.[1] Favstosun "Tarix" əsəri dörd kitabdan mövcuddur. Bu kitablardan birincisi Kitab 3 ("Başlanğıc"), sonuncusu isə Kitab 6-dır ("Son"). Müasir tarixçilərə görə, bu sıralama əlyazmanın bu günə qədər qorunub saxlanılmış bir nüsxəsi üzərində görülən redaktə işinə görədir. "Tarix" əsəri IV əsr Ermənistanının hərbi, sosial-mədəni və siyasi həyatından hadisələri təsvir edir. Favstos II Arşakın və oğlu Papasın (Pap) hakimiyyətlərini ətraflı əhatə edir və Mamikonyanları Ermənistanın qoruyucuları kimi təsvir edir. Favstosun kimliyi və Buzand referentinin mənası naməlumdur.
Ermənistan tarixi
[redaktə | mənbəni redaktə et]- V əsrin II yarısında Favstos Buzand tərəfindən yazılmış əsərin son tarixə aid olan III-VI kitabları bu günə qədər gəlib çatıb. Əsər 55 ilin (332-387) hadisələrini əhatə edir. Favstos Buzandın kitabı Ermənistanın bütün tarixin yaratmaq sahəsində ilk təcrübədir. O, tarixin iki cəhətini: kübar-siyasi vəkilsə tarixini işıqlandırmışdır.
- Favstos Buzandın Qafqaz Albaniyası və albanlar haqqında fikirləri çox qərəzlidir. Məsələn, o yazır ki, Ermənistanla Sasani şahı II Şapur (309-379) arasında 34 illik müharibədən sonra "...hər iki tərəf yorulmuş, məğlub olmuş, əldən düşmüşdü, yəni bu müharibədən bir nəticə hasil olmamış tərəflərdən heç biri qalib gələ bilməmişdi. Favstosun yazdığına görə, onda bir sıra vilayətlər, o cümlədən Qardmanadzor (Girdiman) hakimi, Arsaq və Kaspilər ölkəsi erməni çarlarından ayrılıb Sasani şahının tərəfinə keçdilər.[2] Sonra o göstərirki,erməni sərkərdəsi Muşeq Erməni çarına qarşı çıxanlarla vuruşmağa başladı və bir sıra qanlı vuruşmalardan sonra xeyli torpağı geri ala bilmişdi.[3] "Geri alınmış torpaqlar" sırasında Arsaq, Ut, Sakaşena, Girdman — yəni alban vilayətləri də sadalanır. "Muşeq Kür çayını əvvələr olduğu kimi öz ölkəsi ilə albanlararasında sərhədd elədi.[4] Antik və alban mənbələrinin, eləcə də Ermənistan və Qafqaz Albaniyasının antik və erkən Orta Əsrlər dövrü gerçəkliklərinim tədqiqi bu məlumatların tamamilə əsassız olduğunu sübut edir.
- Aydındır ki, Favstosun siyasi qərəzkarlığı dövrlə, onun yaşadığı ölkədəki şəraitlə izah olunur və buna görə də onun məlumatlarına tənqidi baxımdan yanaşmaq lazımdır. M. Abeqyan da Favstos Buzanda məxsus əsərin qeyri-mükəmməl vəprimitiv olduğunu yazmışdır: "Bu tarix rəiyyət ruhunda, xronologiyaya uyğun olmadan yazılmış, özü də həddsiz şişirtmələrlə doludur."
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Russell, James R. FAUSTUS // Encyclopaedia Iranica, Vol. IX, Fasc. 5. 1999. 449–451. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.
- ↑ Favstos, IV, 50
- ↑ Favstos, V, 8
- ↑ Favstos, V, 12, 13
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Абегян М. Х. История древнеармянской литературы. Т. 1. Ер., 1948.
- Абегян М. Х. Литература и историография // Культура раннефеодальной Армении (IV—VII вв.). Ер., 1980. С. 23 — 147.
- [Адонц Н. Г. Фауст Византийский как историк // Христианский Восток. 1922. Т. 6. Вып. 3. С. 235—272.
- Ельницкий Л. А. К истории антицерковных и антихристианских тенденций в Армении в IV в. н. э. // Вестник древней истории. 1965. № 2. С. 122—130.
- Хачикян Л. С. «История Армении» Фавстоса Бузанда // Фавст Бузанд. История Армении Фавстоса Бузанда. Ер., 1953. С. V—XVI.
- Faustus de Byzance. Bibliothèque historique en quatre livres, traduite pour la première fois de l'arménien en français, par Jean-Baptiste Emine, directeur du Gymnase impérial de Wladimir sur la Klazma, в сборнике: „Collection des historiens anciens et modernes de l'Arménie, publiée en français.” par Victor Langlois", tome 1 (Paris, Librairie de Firmin Dido Frères, Fils et Cie, 1867), p. 201 — 310.
- Des Faustus von Byzanz Geschichte Armeniens. Aus dem Armenischen ubersetzt und mit einer Abhandlung uber die Geographie Armeniens eingelates von Dr. Lauer. Koln, 1879.
- Norman H. Baynes. Rome and Armenia in the fourth century // The English Historical Review, vol. XXV. New York-Bombay-Calcutta, 1910
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Бузанд, Фавстос. История Армении". Восточная литература (rus).
- История Армении Фавстоса Бузанда. Пер. с др.-арм. и коммент. М. А. Геворгяна. Под ред. С. Т. Еремяна. Вступит, ст. Л. С. Хачикяна. Ер., 1953.