Françesko Qraziani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Françesko Qraziani
Ümumi məlumatlar
Doğum tarixi 16 dekabr 1952(1952-12-16)[1] (71 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 180 sm
Çəkisi 76 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Francesco Qraziani (it. Francesco Graziani, 16 dekabr 1952[1], Subyako[d], Latsio) — İtalyalı keçmiş futbolçu, hücumçu mövqeyində oynayıb. 1982 Dünya Çempionatının qalibi olub . Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi çalışır.

Françesko futbol karyerasına "Arezzo" klubunda başlamışdır. 1973-cü ildə "Torino" klubuna keçir və üç il sonra Turin klubu ilə Skudetto qazanır.[2] 1977-ci ildə 21 qolla İtaliya çempionatının bombardiri olur.[3] 1981-ci ildə Qraziani "Fiorentina" klubuna, 1983-cü ildə isə "Roma"ya transfer olunur. Roma klubunda oynayan zaman Avropa Çepmionlar kubokununun finalına çıxır, ancaq burada "Liverpul" klubuna qarşı oyunda penalti komandası seriyasında məğlub olur.

1986-cı ildə "Udineze" klubuna keçir və növbəti iki mövsümu burada keçirir.

1988-ci ildə Avstraliyanın "APIA Leichhardt" klubuna keçir və burada 2 oyunda meydana çıxaraq karyerasını bitirir.

Futbolçu İtaliya A Seriyasında 353 oyunda meydana çıxaraq 130 1ol vurub.

Qraziani eyni zamanda 1978-ci il Dünya Çempionatı, 1980-ci il Avropa Çempionatı1982-ci il Dünya Çempionatında İtaliya millisinin heyətində yer alır. 1982-ci il Dünya Çempionatında turnirin qalibi olur və turnirdə Kamerunla oyunda bir qol vurur.

Məşqçilik karyerası

[redaktə | mənbəni redaktə et]

Qrazianinin məşqçilik karyerası o qədər də uğurlu olmayır. O məşqşilik karyerasına 1989-cu ildə keçmiş klubu "Fiorentina"da başlayır və Floreansiyalılar ilə UEFA Kubokunun finlına çıxsada, orada digər İtaliya klubu "Yuventus" klubuna 1:3 hesabı ilə məğlub olur.

Françeskonun növbəti klubu 1990-cı ildə "Recina" olur. 1990/91 mövsumundə "Recina"da çalışdıqdan sonra oradan ayrılır və 1991/92 mövsumundə "Avellino" klubuna məşqçi təyin olunur. Ancaq ordada uğur qazana bilməyən Qraziani 1992-ci ildə məşqçiliklə vidalaşır. Ancaq doqquz il sonra Fraçesko təkrar məşqçiliyə dönərək "Katanyia" klubunun "C1 Seriyası" çempionu edərək, komandanın B Seriyasına yüksəlməsinə kömək edir. "Kataniya"da o məşqçi olmaqla yanaşı həm də idman direktoru vəzifəsini yerinə yetirirdi. Ancaq 2002/03 mövsümündə doqquz matçdan sonra uğursuz olduğu üçun klubdan ayrılır və İtaliyanın C2 Seriyasında yarışan "Montevarçi"yə məşqçi təyin olunur. Françskonun məşqçilik karyerası burdada alınmır və klubdan qovulur. Daha sonra o yarımpeşəkar klublara rəhbərlik edir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Françeskonun Qabriel adlı bir oğlu var. Qabrieldə futbolçudur və Pro Liqanın ikinci divizion klubunda (əvvəlki C2 Seriyası) "Sambonifaçese" klubunda oynayır .

Françesko Qraziani hazırda İtaliyanın Mediaset kanalında futbol mütəxəssisi kimi çalışır.[4]

Torino

Roma

İtaliya Millisi

Şəxsi nailiyyətlər

Kataniya

  • Seriya C1 çempionu: 2001/02

Cervia

  • Çempion Echchelenza: 2004/05
  1. 1 2 Francesco Graziani // Transfermarkt (çd.). 2000.
  2. Di Maggio, Roberto. "Francesco Graziani - Goals in Serie A". RSSSF (ingilis). 9 yanvar 2005. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2023.
  3. "Toro, Agroppi: "Vi racconto Gigi Meroni, il nostro George Best"" (italyan). Toro News. 12 oktyabr 2017. İstifadə tarixi: 25 fevral 2023.[ölü keçid]
  4. "Mundial 1982, quell'Italia ha fatto 31" (italyan). Sport Mediaset. 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2023.
  5. Di Maggio, Roberto; Kramarsic, Igor; Novello, Alberto. "Italy - Serie A Top Scorers". RSSSF (ingilis). 11 iyun 2015. 31 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2023.
  6. Di Maggio, Roberto; Rota, Davide. "Italy - Coppa Italia Top Scorers". RSSSF (ingilis). 4 iyun 2015. 29 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2023.