Gürcüstan qiyamı (2009)
Gürcüstan qiyamı | |
---|---|
Yer | |
Tarix | 5 may 2009 |
Gürcü qiyamı – 5 may 2009-cu ildə paytaxt Tiflisin 30 km şərqində, Gürcüstanın Muxrovani adlı məntəqəsində olan gürcü ordusu tank taborunun üsyanı. Üsyana qatılan hərbi qulluqçuların sayı dəqiq bilinmir. Üsyanın qaldırıldığı günün sonrakı saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi üsyançıların təslim olduqlarını açıqladı. Tabor komandanı da daxil olmaqla, liderlərindən bəziləri həbs edildi, digərləri qaçmağa nail ola bildi. Üsyan hökumətin Gürcüstanın sabitliyini pozmaq və Mixail Saakaşvilini öldürmək üçün rus dəstəkli sui-qəsd olduğunu iddiasını açıqladıqdan sonra meydana çıxdı. Gürcü səlahiyyətli şəxslər daha sonra süui-qəsd planı ilə əlaqəli ittihamlarını və Rusiyanın dəstəklədiyi iddialarını geri çəkdi.[1][2]
Üsyandan əvvəl
[redaktə | mənbəni redaktə et]Gürcüstan 2008 Cənub Osetiya müharibəsindən sonra qeyri-sabitlikdən təsirlənmişdi. 2009-cu ilin aprel ayından etiraz mitinqlərində Gürcüstan rəhbəri Saakaşvilinin istefası istənilirdi. Mart ayında Demokratik Hərəkat – Birləşmiş Gürcüstan siyasi partiyasının 9 üzvü qanundan kənar silah saxladıqlarına görə həbs edildilər. Həmin dövrlərdə bir neçə üst səviyyəli hökumət nümayəndəsi Saakaşvilinin Cənubi Osetiya və Abxaziyanın separatçı bölgələrini rus hakimiyyətinə buraxan uöursuz müharibəni başlatdığına görə müxalifətə keçdi. May 2009-cu ildə Rusiya Cənubi Osetiyanın Gürcüstan ilə olan sərhədini nəzarət altına almağa qərar verdi.[3][4]
Üsyan Gürcüstanda planlanan NATO təlimlərindən bir gün öncə baş tutmuşdu. NATO təlimləri Rusiya tərəfindən "Saakaşvili rejimini şadlandırma cəhdi" adlandırılaraq, qınanmışdı.
Üsyanın reallaşması
[redaktə | mənbəni redaktə et]Üsyan 5 may sabahı, gürcü ordusu tank taborunun Muxrovanidə Tiflisdən gələn əmrlərə tabe olmamaqla başladı.
Üsyançıların yerli mediaya ünvanladıqları açıqlamalarına görə, hər hansı hərbi hərəkat planlanmayırdı və hakimiyyətlə müxalifət arasında dialoqa çağırıl edilməli idi. Komandir polkovnik Mamuka Qorqişvili bunları demişdi:
Ölkənin mövcud şəraitdə parçalanmasını izləmək qeyri-mümkün idi. Bu soyuqluğun şiddətə dönüməsi ehtimalı var idi. |
Polis daha sonra jurnalistlərin hərbi mərkəzə yaxınlaşmasını qadağan etdi.
Müdafiə naziri Vasil Sixarulidzeyə görə, sui-qəsdçilərin hədəfi 2009-cu ildə başlayan NATO hərbi təlimlərini baltalamaqdı. Sixarulidze Rsutavi 2 televiziyasına üsyanın eyni zamanda hərbi çevriliş cəhdi olduğunu də bildirdi. Üsyana qarşılıq gürcü ordusu mərkəzə bəziləri zirehli maşınlarla təchiz edilmiş gürcü polis bölmələri ilə yanaşı hərbi polis, helikopterlər və 30 tank mövqeləndirilmişdi. Gürcüstan prezidenti televiziyada yayımlanan nitqində üsyançılara təslim olmaları üçün müddət verildiyini bildirdi. Son təslim tarixinin nə zaman dolacağını bildirməməklə birlikdə, müzakirələrin uğursuz olması halında güc orqanlarına müvafiq hərəkət etmə əmri verildiyini bildirildi. Saakaşvili həmçinin, bu hadisənin Gürcüstanın NATO və Aİ ilə yaxınlaşmasına maneə olmaq istəyən Rusiya tərəfindən törədildiyini elan etdi. Muxrovanidəki hərbçilər Saakaşvilinin üsyançılarla danışıqlar aparmaq üçün ağır silahlı mühafizəçilərin müşayiətində bazaya girməsindən sonra böyük sürətlə təslim oldular. Təslim olduqdan sonra üsyançılar silahsızlandırıldı və gürcü hərbi üsyançıları avtobuslarla bazadan çıxardı. Təxminən, 36 qiyamçı həbs edildi. 3 nəfər rəhbər şəxs isə qaçmağı bacardı və onların izlənməsi başlanıldı. Onlardan biri 21 mayda Tiflisdə vuruldu, 2-i isə yaralandı və həbs edildi.[5]
Üsyançılardan 21-i ittiham edildi. Məhkəmə 11 yanvar 2010-cu ildə nəticələndi. Polkovnik Koba Otanadzeyə 29 il həbs verildi, Rangers taborunun komandanı Levan Amiridzeyə 28 il, tank tabori komandiri Şota Qorqiaşviliyə 19 il həbs cəzası verildi. Üçü də hökuməti devirməyə cəhddən ittiham edilmişdi. Milli Müfafizə Xidməti komandiri Koba Kobaladze qanundan kənar silah əldə etmə və gəzdirmə cinayətindən 8 ay 6 gün həbsə məhkum edildi. Yerdə qalan məhkumlar ətaətsizlik və qanundan kənar silah gəzdirmə kimi müxtəlif cinayətlərdən mühakimə edildilər. Onlar 3 ildən 15 ilə qədər hbəsə məhkum edildilər.[1][6]
Hərbi çevriliş şübhəsi
[redaktə | mənbəni redaktə et]Gürcüstan Daxili İşlər Nazirliyi Gürcüstan ordusunda Rusiya ilə kordinasiya halında olan bəzi köhnə hərbi şəxslər tərəfindən planlanacaq böyük miqyaslı hərbi qiyam haqqında narahatlıqlarını dil əgətirdi. Gürcüstan DİN Məlumat və Analiz İdarəsi rəhbəri Şota Utiaşvili üsyanın Rusiya ilə kordinasiya edildiyini və NATO hərbi təlimlətini ən az səviyyəə endirməyə və ya ölkədəki tam miqyaslı hərbi qiyamı ən üst səviyyəyə çıxarmağı məqsədlədiyini bildirdi. Gürcü səlahiyyətli şəxslər daha sonra Rusiyanın dəstəyi ilə əlaqəli itithamları geri çəkdilər.[7]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Chance, Matthew, Georgian troops mutiny ahead of NATO exercises, edition.cnn.com, 2009-05-05, 9 May 2009 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2009-05-05
- ↑ MoD Says Military Unit Mutinies, civil.ge, 2009-05-05, 2011-07-21 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2009-05-05
- ↑ Georgia Says It Halts Army Mutiny To Disrupt NATO, National Public Radio (USA), 2009-05-06, 10 May 2009 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2009-05-06
- ↑ Georgia puts down mutiny attempt at military base, Japan Today (Japan), 2009-05-06, 2011-06-05 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2009-05-06
- ↑ Parfitt, Tom; Mark Tran, Army mutiny in Georgia denounced as 'Russian-backed attempted coup', The Guardian, 2009-05-05, 9 May 2009 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2009-05-05
- ↑ "NATO drills may spark Georgian aggression | Politics from 2009-04-16 | RT". russiatoday.ru. 20 April 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-06.
- ↑ Mchedlishvili, Niko, Georgia says soldiers rebel, accuses Russia, reuters.com, 2009-05-05, 8 May 2009 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2009-05-05