GameFan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
GameFan
Təsis tarixi 1992
Şirkət DieHard Gamers Club (1992–1996)
Metropolis Media (1996–1998)
Shinno Media (1999–2000)
BPA International (2000)
Ölkə
Dil ingilis dili[1]
ISSN 1092-7212
gamefan.com

"GameFan" (əvvəllər "Diehard GameFan") — ABŞ videooyun jurnalı.

"GameFan" 1992-ci ilin sentyabrında Tim Lindkvist, Qreq Off, Corc Vayzinq və Deyv Halderson tərəfindən yaradılmışdır.[2] O dövrdə ABŞ-nin digər nəşrlərində yaxşı ekran görüntülərinin olmaması səbəbindən səhifə dizaynında oyun skrinşotlarından geniş istifadə edilməsi ilə diqqəti cəlb edirdi. Orijinal jurnal 2000-ci ilin dekabrında fəaliyyətini dayandırmışdır. 2010-cu ilin aprelində Halverson "GameFan"i hibrid videooyun və film jurnalı kimi yenidən işə salmışdır.[3] Buna baxmayaraq, jurnalın fəaliyyəti qısamüddətli olmuş və bir çox daxili münaqişələrdən əziyyət çəkmişdir.

"GameFan" jurnalının 1995-ci ilin sentyabr nömrəsində yaponlar haqqında bir neçə alçaldıcı şərhdən ibarət məqalə çap olunmuşdur. Burada yaponlar üçün "kiçik cep bicləri" ifadəsindən istifadə edilmişdir. Bu, İkinci Dünya müharibəsi illərində ABŞ yaponlarını təhqir etmək üçün istifadə edilən irqi alçaldıcı ifadədir. Mətn idman mövzusundakı "College Football '96" videooyunu üçün hazırlanan resenziyalardan birinin bəndlərində yer almışdır.[4]

"GameFan" rəhbərliyinin rəsmi izahatında baş verən hadisə yaramaz bir işçinin jurnalın Yaponiyadan olan auditoriyanı və azarkeş bazasını özündən uzaqlaşdırmaq üçün jurnalı sabotaj etməsi ilə əlaqələndirilmişdir. Bununla belə, sonradan işıq üzünə çıxmış hesabatlar göstərmişdir ki, bu, əslində işçilərin arasında olan, redaktorların silməyi unutduğu və təsadüfən çap edilmiş zarafatdır.[5] Jurnalın oktyabr 1995-ci il sayında 24 avqust 1995-ci il tarixli bir üzrxahlıq mesajı həm ingilis, həm də yapon dillərində dərc olunmuşdur.[6] 1995-ci ilin noyabr nömrəsində əlavə bir üzrxahlıq mesajı dərc edilmişdir.[7]

  1. 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1092-7212
  2. Lindquist, Tim. "Onionbat Publishing Message Boards". June 28, 2004. 2017-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-10.
  3. "Gamefan / Moviefan Magazine". YouTube. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-17.
  4. Cavalier, Cal. College Football USA '96. DieHard GameFan. Volume 3. Issue 9. No.33. Pg.115. September 1995.
  5. "20 Biggest Gaming Controversies". Gamepro. May 5, 2009. May 9, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 26, 2012.
  6. Halverson, Dave. Editorial Zone. DieHard GameFan. Volume 3. Issue 10. No.34. Pg.4. October 1995.
  7. Halverson, Dave. Editorial Zone. DieHard GameFan. Volume 3. Issue 11. No.35. Pg.4. November 1995.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]