Gennadi Tarxanov
Gennadi Nikolayeviç Tarxanov | |
---|---|
rus. Геннадий Николаевич Тарханов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya imperiyası |
Vəfat tarixi | bilinmir |
Vətəndaşlığı |
Rusiya imperiyası Azərbaycan Xalq Cümhuriyyəti |
Milliyyəti | rus |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Rusiya İmperator Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu |
Xidmət illəri | 1871-1920 |
Rütbəsi | General-leytenant |
Döyüşlər | Birinci Dünya müharibəsi |
Təltifləri |
Gennadi Nikolayeviç Tarxanov (d. 8 sentyabr 1854 — ?) — rus kökənli Azərbaycan hərbi xadimi və general-leytenantı.
Həyatı
[redaktə | mənbəni redaktə et]8 sentyabr 1854-cü ildə dünyaya gəlmişdir. Provoslav olmuşdur.[1]
Rusiya İmperator Ordusunda xidməti
[redaktə | mənbəni redaktə et]6 sentyabr 1871-ci ildə sıravi yunker kimi Nikolevskoye Mühəndis Məktəbinə daxil olmuş və 7 avqust 1874-cü ildə II mühəndis taborunda podpuruçik rütbəsi ilə hərbi xidmətə başlamışdır. 1877–1878-ci illərdə olmuş Rus-Türk müharibəsində bu taborun tərkibində iştirak etmişdir. 13 iyul 1877-ci ildə isə, poruçik rütbəsinə yüksəlmişdir.[1]
Nikolevskoye Mühəndis Məktəbini fərqlənmə ilə bitirən Tarxanov Tiflis mühəndislik dairəsində işləmiş və 6 dekabr 1895-ci ildə polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. 26 avqust 1897-ci ildən 27 mart 1900-cü ilə qədər Tiflis mühəndislik dairəsində rəis müavini vəzifəsində xidmət etmişdir. 27 mart 1900-cü ildən etibarən Baş Mühəndislik İdarəsinin sərəncamında olan dövlət tərəfindən təyin edilmiş ştat zabitləri sırasına daxil edilmişdir. 9 aprel 1900-cü ildə polkovnik rütbəsinə yüksəldilmişdir.[1]
16 fevral 1904-cü ildən Tiflis mühəndislik dairəsinin rəisi olmuş, 24 iyun 1910-cu ildə Qafqaz Hərbi Dairəsinin rəisinin müavini təyin edilmişdir. 1910-cu ildə general-mayor olmuşdur. 22 oktyabr 1912-ci ildə Qafqaz Hərbi Dairəsinin Qoşunlarının Mənzil Müavinətləri İdarəsinin rəisi təyin edilən Tarxanov 1916-cı ildə general-leytenant rütbəsinə yüksəldilmişdir.[2]
AXC Milli Ordusunda xidməti
[redaktə | mənbəni redaktə et]1919–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət etməyə başlamışdır. Bu xidməti boyunca mühəndislik şöbəsinin müdiri vəzifəsində çalışmış, eyni zamanda da Hərbi Şuranın üzvü olmuşdur.[3] Bolşeviklər tərəfindən həyata keçirilən Aprel işğalından sonrakı taleyi bilinmir.
Həmçinin, oğlu Yevgeni Tarxanov da Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət etmişdir. 18 fevral 1919-cu ildən xidmətinə başlayan polkovnik-leytenant Yevgeni Tarxanov I haubitsa diviziyonunun komandiri olmuş və 24 mart 1920-ci ildə polkovnik rütbəsinə yüksəlmişdir.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- III dərəcəli "Müqəddəs Stanislav" ordeni (1878)
- II dərəcəli "Müqəddəs Anna" ordeni (1893)
- III dərəcəli "Müqəddəs Vladimir" ordeni (1 may 1906)
- I dərəcəli "Müqəddəs Stanislav" ordeni (1913)
- I dərəcəli "Müqəddəs Anna" ordeni (28 fevral 1916)
- II dərəcli "Müqəddəs Vladimir" ordeni (2 iyun 1916)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Проект «Русская армия в Великой войне»". www.grwar.ru. 2 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2021.
- ↑ Şəmistan Nəzirli. "Gennadi Tarxanov". genderi.org. 2 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2021.
- ↑ Азербайджанская Демократическая Республика (1918—1920). Армия. (Документы и материалы). — Баку, 1998, с. 147. Baku. 1998. səh. 147.
- 8 sentyabrda doğulanlar
- 1854-cü ildə doğulanlar
- Əlifba sırasına görə hərbi xadimlər
- III dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- I dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- II dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- Azərbaycan Xalq Cümhuriyyətinin generalları
- Azərbaycan generalları