Georq Gerinq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Georq Gerinq
alm. Georg Gehring
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  Almaniya Reyxi[d]
Doğum tarixi 14 noyabr 1903(1903-11-14)
Doğum yeri
Vəfat tarixi 31 oktyabr 1943(1943-10-31) (39 yaşında)
Vəfat yeri
Boyu 183 sm
İdman növü idman güləşi[d]
Medallar

Georq Gerinq (alm. Georg Gehring‎; 14 noyabr 1903, Frankental[d], Bavariya31 oktyabr 1943, Şetsin və ya Lüdviqshafen[1]) — almaniyalı Yunan-Roma güləşçisi, Avropa çempionu, Olimpiya Oyunları mükafatçısı.

1903-cü ildə Frankental şəhərində anadan olmuşdur. 1926-cı ildə Avropa çempionatında qızıl medal qazandı. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarının bürünc medalını qazandı. 1929-cu ildə yenidən Avropa çempionu oldu. 1930 və 1931-ci illərdə Avropa Çempionatlarında bürünc mükafatları qazandı. 1932-ci ildə Los-Anceles Olimpiya Oyunlarında iştirak etdi, amma orada yalnız 4-cü yeri tuta bildi. 1936-cı ildə Berlin Olimpiya Oyunlarında sərbəst güləş növündə çıxış etdi, amma orada yalnız 7-ci oldu.

  1. 1 2 Lexikon Pfälzer Persönlichkeiten (alm.). 3 Edenkoben: 2004. 992 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]