Getara
Naviqasiyaya keç
Axtarışa keç
Getara | |
---|---|
Getara və ya Qaytara — Qafqaz Albaniyasında qədim şəhər.
Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kür çayının şimalında olduğu göstərilir. Əsərinin digər yerində Ptolemey onu Qanqara adlandırır. Həmin şəhər əsərin bizə gəlib çatmış nüsxələrinin birində Qarqara kimi qeyd də olunur. Yeri tarixçilər tərəfindən tam müəyyənləşdirilməmişdir. Bəzi ehtimallara görə Qarqarçayın adı bu şəhərin adı ilə bağlıdır. Eyni zamanda digər bir versiyaya görə Yerevan şəhərindən axan Getar çayının adının da bu qədim şəhərin adıyla bağlılığı var.