Gimli planeri
Naviqasiyaya keç
Axtarışa keç
Gimli planeri (ing. Gimli Glider) — 1983-cü il iyulun 23-də Kanadanın Gimli aeroportunda enmiş "Air Canada" aviaşirkətinə məxsus Boinq-767 təyyarəsinə verilən qeyri-rəsmi ad. 143 nömrəli reyslə Ottavadan Edmontona uçan təyyarənin yanacağı cihazların və texniklərin səhvi ucbatından yerdən 12000 metr yüksəklikdə qəfil bitmiş və təyyarənin mühərrikləri dayanmışdır. Buna baxmayaraq pilotlar planer effektindən istifadə edərək təyyarəni Gimli aviabazasında təhlükəsiz şəkildə yerə endirə bilmişdilər. Təyyarədəki 61 sərnişin və 8 heyət üzvünün hamısı sağ qalmışdır.
1985-ci ildə hər iki pilot Beynəlxalq Aviasiya Federasiyasının diplomu ilə mükafatlandırıldılar.
2008-ci ildə hadisənin 25 illiyi ilə bağlı Gimlidə xatirə lövhəsi açılmışdır.