Hörmüzd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı.

Yaradıcı kimi

[redaktə | mənbəni redaktə et]

Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir."

Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir.

Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə.

Sənəviyyani Məzdai

[redaktə | mənbəni redaktə et]

Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır. Bunun da müqabilində Əhrimən qərar tutur ki, bütün pis işlər ona mənsub edilir. Hörmüzd bu kimi işlərdən pak və münəzzəhdir. Buna əsasən, bu firqə Hörmüzdü nurun xaliqi hesab edərək, onunla zülmət xaliqi olan Əhrimənin arasında daimi mübarizə və keşməkeş olduğuna inanır və bu aləmin əslinin nur və zülmətdən nəşət tapdığına inanırdılar.

Məsxiyyə firqəsi varlığın əslini Hörmüzd hesab edir, amma inanırdılar ki, Əhrimənin də əsli (qədimki tə’rifi ilə yanaşı) allahdandır. Bu firqə ona görə Məsxiyyə adlanmışdır ki, ona əqidə bəsləmək, Hörmüzdün Əhrimən üçün mənşə olması, zülmətin və pisliklərin əsil ünvanı ilə tanınan Əhrimənin mütləq xeyir və yaxşılıqdan ibarət olan Hörmüzd də məsx olmasını tələb edirdi.

Zərvan sonsuz zaman və məkan mənasındadır. Zərvaniyyə firqəsi inanır ki, Zərvan əsildir; Hörmüzd və Əhrimənin xaliqidir. Zərvandan bir xeyir allahı və bir də şər div yaranmışdır ki, birincisi Orməzd, yaxud Hörmüzd, ikincisi isə Əhrimən adlanmışdır. Zərvaniyyənin nəzəriyyəsinə uyğun olaraq, Hörmüzd zərdüştlərin yeganə allahı olmaqla, Zərvan adlı başqa bir allahın da məxluqudur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]