Hənif

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hənif (ərəb. حنيفية‎) — İslamdan əvvəlki Ərəbistanda yaranmış dini monoteizm formalarından biri. Hənifilik həm yəhudilik, həm də xristianlıqdan təsirlənmişdir. Hənifilik ardıcıllarına həniflər deyilir.

Quranda İbrahim peyğəmbərin adı Hənifdir[1][2]. Mədinə surələrində hənif müsəlman termini ilə sinonimdir. İslam ehkamına görə, Məhəmməd peyğəmbər İbrahim peyğəmbərin həqiqi tövhidini dirçəltmişdir.

Quran insanlara çatmazdan əvvəl tövhidə inanan insanlara ərəbcə hənif deyilirdi. Bu insanların İbrahim peyğəmbərin yolu ilə getdiyinə inanılırdı. Həniflər tövhidi qəbul edir və ritual təmizliyə riayət edirdilər. Onlar nə xristianlığı, nə də yəhudiliyi tam qəbul etməmişlər, qəbilə bütlərini ləğv etməyə çağırır və Ərəbistan üçün nisbətən sadə, əlçatan bir dini sistem yaratmağa çalışırlar. Məhəmməd peyğəmbərə peyğəmbərlik verilməmişdən öncə fəal Həniflər arasında idi.

VIII-IX əsrlərdə müsəlman ədəbiyyatında müsəlmanlar “hənif”, islam isə “hənif dini” sözü ilə ifadə olunmağa başlanılır. “Hənif” ifadəsini sufilər çox vaxt özlərinə aid etmək üçün işlədirlər. Xristian ərəb müəllifləri də müsəlmanları həniflər adlandırırdılar.

  • Беляев Е. А.,. Арабы, ислам и арабский халифат в раннее средневековье. — 2 изд. — М., 1966. — С. 103—108.;
  • Браницкий А. Г., Корнилов А. А. Религии региона. — Н. Новгород: ННГУ имени Н. И. Лобачевского, 2013. — 305 с. Архивная копия от 28 июля 2014
  • Кашталева К. С. О термине «ханиф» в Коране. — ДАН-В, 1928. — С. 157—162.;
  • Марр Н. Я. Арабский термин «ханиф» в палеонтологическом освещении. Предварительный набросок // Известия Академии наук СССР. VII серия, ОГН. — 1929. — № 2. — С. 85—95.
  • Петрушевский И. П. Ислам в Иране в VII—XV веках. — Л., 1966. — С. 13—14.;
  • Пиотровский М. Б. Ханиф // Ислам: энциклопедический словарь / Отв. ред. С. М. Прозоров. — М. : Наука, ГРВЛ, 1991. — С. 273. — 315 с. — 50 000 экз. — ISBN 5-02-016941-2.
  • Hənifizm — Böyük Sovet Ensiklopediyası. ;
  • Ḥanīf // Encyclopaedia of Islam. 2nd ed : [англ.] : in 12 vol. / ed. by P. J. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel, W. P. Heinrichs et al. — Leiden : E.J. Brill, 1960—2005.